Allah hamıya məhrəm olduğu halda, namazda örtünməyİ vacİb edən nədİr?


Cavab: Geyim yalnız naməhrəmə görə yox, həm də ədəbə görədir. İnsanlar, adətən evdə sadə geyinir, evə qonaq gəldikdə isə ehtiram göstərərək paltarlarını dəyişirlər. Daha böyük məclislərə də`vət olunanlar xüsusi geyim geyirlər.
Ərlə arvad, valideynlə övlad bir-birlərinə məhrəm olsalar da qarşılıqlı hörməti qorumaq üçün geyimsiz qalmırlar. Elə bu məqsədlə də namaz vaxtı kamil geyim şərt sayılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter