Leylətul-məbİt hadİsəsİ hansı tarİxİ hadİsəyə deyİlİr?


İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin 240-cı xütbəsinin şərhində hicrət gecəsindəki hadisəni, yəni Mövla Əlinin(ə) Peyğəmbətin(s) yatağında yatması və Peyğəmbərin(s) Əbu Bəkrlə birlikdə müşriklərin əlindən xilas olması barəsində yazır:
Mən Əbu Cəfər Yəhya ibn Əbu Zeyd Nəqib Həsənidən (Allah ona rəhmət eləsin) soruşdum: Qureyş qəbiləsindən müxtəlif adamlar əllərində qılınc, Peyğəmbəri öldürmək, qanını Qureyşin müxtəlif qəbilələri arasında bölüb aradan aparmaq və Əbdu Mənaf ailəsinin qanı tələb etməyə bir yer tapmamasını təmin etmək üçün bir araya gəldilər. Belə rəvayət olunmuşdur ki, bu fikri onların ağlına şeytan salmışdı. Onlar o gecəni sübhədək gözlədilər. Rəvayət olunur ki, onlar divarın üstünə çıxıb gördülər ki, bir şəxs yaşıl rəngli həzrəmi qətifəsinə bürünüb yatmışdır. Onlar onun Peyğəmbər(s) olmasına şübhə etmirdilər. Bununla belə sübhədək gözlədilər və gördülər ki, bu şəxs Əlidir(ə). Bu çox qəribədir. Çünki onlar Peyğəmbəri(s) o gecə öldürmək üçün bir araya gəlmişdilər. Bəs nəyə görə qətifəyə bürünmüş adamı öldürmədilər? Onların sübhədək gözləməyi onu öldürmək istəmədiklərindən xəbər verir.
Cavabında Həqib dedi: Onlar bir gün qabaqdan bu gecə Peyğəmbəri(s) öldürmək qərarına gəlmiş və bu xəbəri Əbdu Mənaf ailəsindən gizli saxlamaq barəsində razılaşmışdılar. Bu qərara gələn və bu işdə əlbir olanlar aşağıdakılardan ibarətdir: Əbduddar ailəsindən Nəzr ibn Haris, Əsəd ibn Əbdül, Üzza ailəsindən Əbül Düxtəri ibn Hişam, Həkim ibn Hişamın və Zümə ibn Əsvəd ibn Müctəlib Məxzum ailəsindən Əbu Cəhl, qardaşı Haris və Xalid ibn Vəlid ibn Muğeyrə, Səhm ailəsindən Həccacın iki oğlu Nəbiyyə və Mənbə və bir də Əmr Ass və Cəməh qəbiləsindən Üməyyə ibn Xələf və qardaşı Übəyy.
Gecə vaxtı bu xəbər Ütbə ibn Rəbiə ibn Əbdu Şəmsə çatdı. O bu adamların bəzisi ilə görüşüb bu işdən əl çəkməsini istəyib dedi: Əbdu Mənaf ailəsi Muhəmmədin(s) qanını güzəştə getməyəcək və bundan çəkinməyəcəklər, siz onu zəncirləyib evlərinizdən birində həbs edin və digər şairlər öldüyü kimi ölənədək gözləyin. Ütbə ibn Rəbiə Əbdu Mənaf ailəsindən sayılan Əbdu Şəms ailəsindən idi və Peyğəmbərin (s) əmioğlusu sayılırdı. Ona görə də Əbu Cəhl və köməkdaşları o gecə Peyğəmbəri(s) öldürməkdən çəkindilər. Sonra isə Peyğəmbərin(s) evdə olmasını güman edərək divarın üstünə çıxıb baxdılar. Orada yaşıl həzrəmi qətifəyə bürünmüş adam gördükdə daha şəkk etmədilər ki, bu peyğəmbərdir və onu öldürmək barədə plan cızmağa başladılar. Əbu Cəhl onları bu işə təşviq edirdi. Onlar gah öldürmək niyyətinə düşür, gah da, çəkinirdilər. Sonra isə onlardan bəziləri digərlərinə dedilər: Onu başa salın. Onlar daş atmağa başladılar. Əli(ə) bu tərəf o tərəfə çevrilir və yüngül ağrılar hiss edirdi. Çünki Allah Təala Əlinin(ə) salamat qalmasını və nicat tapmasını iradə etmişdi, onlar, hava işıqlananadək tərəddüdlə qadılar. Əgər Əli(ə) onların daşlarının sayəsində ölümə müşərrəf olsaydı və Peyğəmbər(s) Mədinəyə getməyib Məkkədə qalsaydı, onlar ertəsi gün Peyğəmbəri(s) öldürəcəkdilər. Hətta bu Əbdu Mənaf övladları ilə dava ilə nəticələnsəydi də. Çünki Əbu Cəhl Peyğəmbəri(s) öldürməkdən əl çəkməyəcəkdi. O, bəsirətsiz bir adam idi və o həzrətin qanını tökmək üçün əzmlə çalışırdı.
Mən Nəqibə dedim: Rəsulullah(s) və Əli(ə) bilirdilərmi ki, Ütbə onları Peyğəmbəri(s) öldürməkdən saxlamışdır? Dedi: Xeyir, onlar o gecə bilmirdilər. Sonralar bildilər. Peyğəmbər(s) Bədr döyüşündə Ütbənin döyüşü yatırmaq istəyini gördükdə buyurdu: «Əgər bu qövmün içində yaxşı varsa, elə qırmızı erkək dəvənin sahibidir». Fərz edək ki, Əli(ə) Ütbənin müşriklərə dediyindən xəbərdar idi. Yenə də onun Peyğəmbərin(s) yatağında yatması fəzilətindən bir şey azalmır. Çünki onların Ütbənin sözünü eşidib-eşitmədiyinə heç etimadı yox idi. Bəlkə də onun öldürülməyə daha çox gümanı var idi.
İndi ki, söz bura çatdı, İmamın parlaq imanı və əzəmətli ruhundan xəbərdar olmaq üçün bir müqayisə etməyiniz pis olmaz.
Leylətul Məbitdə, Peyğəmbər(s) Əliyə (ə) onun yatağında yatmaq təklifi etdikdə İmam yalnız bir şey barəsində düşünürdü. Odur ki, soruşdu: Ya Rəsulullah(s) əgər mən sizin yerinizdə yatsam siz sağ qalacaqsınızmı? Rəsulullah(s) cavab verdi: Bəli, salamat qalacağam. Əli bin Əbi Talib xoşhallıqla torpağa düşüb şükr səcdəsi etdi. Bu İslamda baş verən ilk şükr səcdəsi idi. Yəqubinin tarixində qeyd olunmuşdur ki, o gecə Əli (ə) Peyğəmbərin(s) yatağında yatmışdı. Allah Təala, Cəbrail və Mikailə vəhy etdi ki, mən sizin ikinizdən birini ölümə məhkum etmişəm, hansı biriniz fədailik edib özünü ölümdə qabağa salar? Hər ikisi həyatı yaşamağı seçdilər. Vəhy gəldi ki, niyə Əli(ə) kimi deyilsiniz? Onu Muhəmmədlə(s) bərabər qərar verdim və birinin ömrünü digərindən çox etdim. Amma Əli(ə) ölümü seçdi və Muhəmmədin(s) qalmasını üstün tutaraq onun yatağında yatdı ki, o diri qalsın. Gedin onu düşmənlərindən qoruyun. Hər ikisi yerə endi. Biri baş tərəfində oturdu ki, onu düşmənlərədən qorusunlar və daşlardan mühafizə etsinlər. Cəbrail deyirdi: Sənin kimilərə eşq olsun, ey Əbutalibin oğlu! Allah yeddi göyün mələklərinə səninlə iftixar edir.
Amma-Yariğar- Əbu Bəkr ibn Əbi Quhafə əlidən çox yaşı olmasına baxmayaraq mağarada gizlənərkən, hörümçəyin tor toxuduğunu, göyərçinin yumurta üstündə oturduğunu gözləri ilə görməsinə və düşmənin onların orada olmasına ehtimal etməyəcəyini bilməsinə baxmayaraq qorxudan bükülmüşdü və Peyğəmbər (s) ona təsəlli verirdi ki, qorxma, Allah bizimlədir.
Burada pis olmaz ki, həssas bir nöqtəyə işarə edək ki, oxucular Peyğəmbərin(s) bu şəxsi özü ilə götürməsini qabaqcadan planlaşdırıldığını təsəvvür etməsinlər. Necə ki, Əhli-sünnə qardaşlarımız bu işlə çox öyünür fəxr edirlər ki, filankəs mağarada və mühacirətdə Peyğəmbərlə(s) birlikdə olmuşdur.
Əhməd Hənbəl «Müsnəd»də və Təbəri öz tarixində yazır: O gecə Əbu Bəkr Peyğəmbərin(s) evinə gəldi. Elə bildi ki, Peyğəmbər(s) yatmışdır. Onu çağırdı. Ya nəbiyəllah, Əli(ə) cavab verdi: Peyğəmbər(s) burada deyildir. Əbu Bəkr «Biri Meynuna» tərəf tələsdi, Peyğəmbər(s)Məkkədən sürətlə uzaqlaşmasına baxmayaraq özünü ona çatdırdı və onunla birlikdə «Sovr» mağarasına getdi.
Amma həqiqət budur ki, o iki nəfərin işinin dəyərləndirilməsi, yəni Peyğəmbərin(s) yatağında yatan şəxslə onunla yol yoldaşı olan adamın işinə qiymət vermək bizim gücümüz xaricindədir. Amma Allah Təala ağıl sahibləri üçün ayələr boyu açıqlayır ki, fərq haradan harayadəkdir.
Hər iki firqənin təfsir alimləri etiraf edirlər ki, «Bəqərə» surəsinin 207-ci ayəsi Peyğəmbər(s) Məkkədən Mədinəyə gedərkən nazil olmuşdur:
وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ
İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda öz canını satar. Allah da öz bəndələrinə şəfqətlidir.
Eyni zamanda bu ayənin də hər iki firqənin təfsir alimlərinin arasında mаğara yoldaşına aid olması məşhurdur:
إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لاَ تَحْزَنْ إِنَّ اللّهَ مَعَنَا
(«TÖVBƏ», ayə 40)
«... Hər ikisi mağarada idilər və onda ki, yol yoldaşına: «Qəm yemə! Allah, həqiqətən, bizimlədir», - deyirdi»....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter