İmam Əlinin (ə) atası Əbu Talibin mömin olduğuna bir sübut varmı?
Əbu Talib əleyhissalamın mömin olduğuna sübutlar
A)- Əbu Talibin özünün etirafları
1- İbn İshaq deyir:
“-Əbu Ləhəbin əlləri kəsilsin- ayəsi gələndən sonra Məkkə camaatı Peyğəmbərin(s) əleyhinə olmaqda birləşdilər və Peyğəmbərin(s) əleyhinə hərəkətlərə başladılar. Əbu Talib dedi:
ألم تعلموا أنّا وجدنا محمداً *** رسولا كموسى خط في أولّ الكتب
Məgər bilmirsinizmi ki, biz Məhəmmədi belə gördük ki, O da Musa kimi peyğəmbərdir, bu, bütün kitabların əvvəlində təsdiqlənib.
Axırda dedi:
فلسنا وربّ البيت نُسلم أحمداً *** لعزّاءَ من عضّ الزمان ولا كربِ
And olsun Kəbənin Rəbbinə! Biz çəkdiymiz çətinliklərə rəğmən Peyğəmbəri heç vax bütə dəyişmərik.”
Sirətu ibn İshaq 2-ci cild 138-ci səhifə (müəllif- Məhəmməd ibn İshaq)
Əs-Sirətun nəbəviyyə 2-ci cild 197-ci səhifə (müəllif- ibn Hişam)
Əlhəmasətul məğribiyyə 1-ci cild 105-ci səhifə (müəllif- Əl-Cəravi əl-Taduli)
Mucəmul Buldan 4-cü cild 345-ci səhifə (müəllif- Yaqut əl-Həməvi)
Əl-İktifa bima təzminəhu min məğazi Rəsulillah vəs səlasətil xuləfa 1-ci cild 256-cı səhifə (müəllif- əl-Kəlai əl-Əndəlusi)
Əl-Cəvhərətu fi nəsəbin nəbi və əshabihil əşərə (müəllif- Məhəmməd ibn Əbu Bəkr Balbəri)
Əl-Bidayə vən Nihayə 3-cü cild 87-ci səhifə (müəllif- İbn Kəsir Diməşqi)
Hədaiqul Əbrar 1-ci cild 190-cı səhifə (müəllif- Məhəmməd ibn Ömər )
2- Müsəlmanlar Həbəşəyə hicrət etdikdən sonra Əmr As onları Həbəşənin padşahı Nəcaşinin yanında rüsvay etmək və geri qaytarıb cəzalandırmaq üçün oraya getdi. Əbu Talib Həbəşənin padşahı Nəcaşiyə məktub yazaraq onu ədalətli olmağa və yaxşılıq etməyə dəvət etdi.
İbn Kəsir deyir:
“Ziyad ibn İshaqdan nəql etmişdir ki, Əbu Talib Məkkəlilərin rəftarını gördükdə Nəcaşıyə məktubyazdı, o məktubda beytlə onu ədalət və yaxşılığa dəvət etdi, eləcə də Həşəşəyə pənah aparmış yaxınlarını müdafiə etməyə çağırdı.
ونَعلم أبيتَ اللَّعْنَ أنَّكَ ماجِدٌ *** كريمٌ، فلا يَشقى لديكَ المُجانبُ
وَنعلم بأنّ اللهَ زادَك بَسْطَةً *** وأفعالَ خيرٍ كلُّها بكَ لازِبُ
Bilirəm ki, sən yaxşı və kərimsən, sənin yanında heç kimə zülm edilməz.
Bilirəm ki, Allah sənin gücünü çoxaltmış, yaxşılıq etmək üçün bütün vasitələri sənə vermişdir.”
Sirətu ibn İshaq 4-cü cild 203-cü səhifə (müəllif- Məhəmməd ibn İshaq)
Əs-Sirətun nəbəviyyə 2-ci cild 177-ci səhifə (müəllif- ibn Hişam)
Əl-İktifa bima təzminəhu min məğazi Rəsulillah vəs səlasətil xuləfa 1-ci cild 243-cü səhifə (müəllif- əl-Kəlai əl-Əndəlusi)
Əl-Bidayə vən Nihayə 3-cü cild 77-ci səhifə (müəllif- İbn Kəsir Diməşqi)
3- Hakim sənəd ilə ibn İshaqdan nəql edir:
“Əbu Talib, Nəcaşi üçün beytlər deyərək onu panah aparanlar yaxşılıq etməyə və onları müdafiə etməyə dəvət etdi.
ليعلم خيار الناس أنّ محمدا *** وزير لموسى والمسيح ابن مريم
أتانا بهدي مثل ما أتيا به *** فكلٌّ بأمر الله يهدي ويعصم
Bilməlisiniz ki, Məhəmməd insanların ən yaxşısıdır, və o, həzrət Musa və həzrət İsanın vəziridir.
Bizim üçün hidayət gətirib, necə ki, o ikisi də hidayət gətirmişdilər. Deməli, onların hər biri Allahın əmri ilə hidayət edir və qorunurlar.”
Əl-mustədrək ələs-Səhihəyn 2-ci cild 680-cı səhifə (müəllif- əl-Hakim ən-Nisaburi)
4- İbn Hişam deyir:
“Əbu Talib ərəblərin böyüklərinin Peyğəmbərin(s) əleyhinə hücamundan qorxduğu zaman bir qəsidə qoşdu, qəsidəsində Məkkəmin hərəminə və onun məqamına sığınır, nəslinin böyüklərini sevdiyini bildirir, bu mövzudan hamını xəbərdar edir,bu mövzudan başqası da onun şerində vardır ki, heç vaxt Peyğəmbəri(s) təslim etməyəcək, onu heç vaxt buraxmayacaq, yalnız ölüm buna mane olar.
خليليّ ما أُذني لأوّلِ عاذلِ *** بِصَغْواءَ في حقٍ ولا عند باطلٍ
أعوذ برب الناس من كل طاعن *** علينا بسوء أو ملح بباطل
وبالبيت حق البيت من بطن مكة *** وبالله إن الله ليس بغافل
Heç vaxt danlayanların danlağına məhəl qoymamışam, zərrə qədər də olsa batilə meyl etməyəcəm
Pənah aparıram insanların Rəbbinə, pisliklərlə bizə tənə vuran və bizi batil sayanlardan
And olsun Kəbəyə! Allah təxribat törədənlərin təxribatlarından qəflətdə deyil.
Əs-Sirətun nəbəviyyə 1-ci cild 176-ci səhifə (müəllif- ibn Hişam)
Əlbəttə Əbu Talibin belə məzmunlu şerləri çoxdur. Bütün şerləri oxumaq istəyənlər Əllamə Əmininin “Əbu Talibin imanı” kitabını mütaliə etsinlər.
Səhihi-Buxari kitabıbın şərhçisi İbn Həcər Əsqəlani yazır:
وذكر إبن التين أن في شعر أبي طالب هذا، دلالة على أنّه كان يعرف نبوة النبي صلى الله عليه وآله وسلم قبل أن يبعث، لما أخبره به بُحيرا أو غيره من شأنه
İbn Nədim də bunu qeyd edib ki, Əbu Talibin şeri buna dəlalət edir ki, Əbu Talib həzrət Peyğəmbərin(s) peyğəmbərliyini o həzrət peyğəmbərliyə seçilməmişdən öncə bilirdi, Buheyranın və ya başqa kimsələrinsə ona dediklərindən.
Fəthul Bari şərhu Səhihil Buxari 2-ci cild 496-cı səhifə
Əllamə Əmini yazır:
“Mən bilmirəm ki, bu qədər müxtəlif üslublar ilə şerlərdə Peyğəmbərin(s) peyğəmbərliyinə etrif və şəhadət vermək də imana sübut olmazsa bəz nəylə sübut olar? Əgər bu qədər şerlərin cəmi biri başqasının olsaydı hamı yekdilliklə onun mömin olacağını deyəcəkdilər. Amma bu qədər sözlər Əbu Talibin mömin olması üçün onlara kifayət etmir, bu mövzu çox təəccüblü və düşünüləsidir.
Əl-Ğədir fil-kitabi vəs-sunnəti vəl-ədəb 7-ci cild 341-ci səhifə