«Əşəreyİ mübəşşərə» hədİsİ HANSI HƏDİSDİR?


İbn Quteybə Deynuri öz «Əl İmamə və əssiyasə» adı ilə məşhur olan xəlifələr tarixi kitabında heyrətli bir hadisəni nəql edir ki, xülasəsi budur:
«Fədək» hadisəsindən sonra iki şeyx (Əbu Bəkr və Ömər) Əlinin(ə) evinə gəldilər. Lakin bu dəfə yumşaq və sönmüş halda. Əbu Bəkr qabaqda gedirdi.
Fatimə qapının yanında tək dayanmışdı. Sanki evə hücum edib qapısına od vurandan və Əlini(ə) məscidə çəkəndən sonra bu evin yeganə keşikçisi idi, tək və köməksiz olaraq Peyğəmbərin(s) vəsisini müdafiə edirdi.
Fatiməyə(s.ə) salam verdilər. Amma o qəzəblə üzünü döndərdi və cavab vermədi. İçəri keçməyə icazə istədilər. Fatimə icazə vermədi. Təsəvvürolunmaz səbri olan Əli(ə) bayıra çıxdı. Onlar Fatimənin ürəyini almaq məqsədi ilə içəri keçməyə icazə istədilər. O Həzrət Fatimədən onlara icazə verməsini xahiş etdi. Fatimə Əlinin(ə) qarşısında müqavimət göstərmədi.
Onlar daxil oldular. Fatimə qəzəbdən özünü divarın arxasında onların gözündən gizlətdi. Əbu Bəkr hiss etdi ki, Fatimənin qəzəbi həddindən aşmışdır. Odur ki, bilmirdi nə desin və haradan başlasın. Xəcalət və sükut hər iki şeyxin üstünə kölgə salmışdı. Əli(ə) onların yanında oturmuşdu. Sanki yeganə ev sahibidir. Dəqiqələr ötdü. Əbu Bəkr, dərin qəmli görünən çöhrəsi ilə, titrək səslə, aram və mehriban şəkildə sözə başladı.
Ey Peyğəmbərin(s) istəkli qızı, Allaha and olsun ki, mənim üçün Peyğəmbərin qohumluğu öz qohumluğumdan daha əzizdir və səni də mən qızım Ayişədən çox istəyirəm. Sənin atan ölən gün, mən öz ölümümü istəyirdim. Görürsən ki, mən səni tanıyıram, sənin fəzilət və şərəfini etiraf edirəm. Peyğəmbərin(s) miras və haqqını səndən yalnız ona görə aldım ki, özüm onun belə dediyini eşitdim: «Biz Peyğəmbərlər irs saxlamırıq. Bizdən qalan hər şey sədəqədir».
Sonra sükut etdi ki, yumşaq və yalvarışlı sözlərin incimiş Fatimənin ruhuna necə təsir etdiyini görsün. O isə cavabında bir an belə tərəddüd etmədən sözə başladı:
Həmd və sənadan sonra – Əgər Rəsulullahın bir sözünü siz iki nəfərə desəm onu etiraf edib ona əməl edərsinizmi?
- Hər ikisi bir səslə cavab verdilər: Bəli.
- Buyurdu: Sizi Allaha and verirəm ki, siz iki nəfər Rəsulullahın(s) belə dediyini eşitməmisinizmi?
Fatimənin sevinci mənim sevincim, onun qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmiş kimidir. Fatiməni sevindirən məni sevindirmişdir. Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir.
Hər ikisi cavab verdilər:
- Bu sözləri Peyğəmbərdən(s) eşitmişik.
Sonra ara vermədən davam etdi: Onda mən Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər məni qəzəbləndirmişsiniz və sevindirməmisiniz. Əgər Rəsulullahı(s) görsəm siz iki nəfərdən şikayət edəcəyəm.
Əbu Bəkr dedi: Ey Fatimə, sənin kədərlənməyindən Allaha pənah aparıram.
Həzrət, cavabında buyurdu: Allaha and olsun, qıldığım hər namazdan sonra sənə qarğış edirəm.
Burada Əbu Bəkr o qədər ağladı ki, az qaldı canı çıxsın və hiss etdi ki, daha nə onun danışmağa, nə də Fatimənin eşitməyə təvanı vardır. Qalxdı və Ömər də onun dalınca evdən çıxdılar. Əbu Bəkr, ağlaya – ağlaya, qəzəb və dərdlə camaatın başına çığırırdı: «Ay camaat, mənim sizin beyətinizə ehtiyacım yoxdur, beyətimi buraxın!»
Amma iqtidar məsləhətçi və işgörənləri onu inandırdılr ki, ümmət üçün sənin kənara çəkilməyin məsləhət deyil. O da mütəəssir halda və ikrahla buna qane oldu. Məsləhət və fikirləri qəbul etdi, ram oldu və öz düşüncəsində islamın köməyinə və Allahın rəsulunun(s) sünnəsinin icrasına başladı» (Doktor Əli Şəriəti – Fatimə Fatimədir).
Bura qədər doğru, indi Fatimənin qəzəbi ilə nə edək? Fatimənin ağlamağı güllədir, qəzəbi od püskürür, zarafat deyil, Peyğəmbər qızıdır. Gördük ki, bir cümlə ilə Əbu Bəkri necə əritdi. Həl əta surəsi, təthir, mübahilə, məvəddət ayələri onun barəsində və onun şənində nazil olmuşdur. İndi həmin Fatimədir ki, deyir:
- «Mən hər namazda xəlifəyə nifrin edirəm».
Davamlı olaraq, ikincinin onun evinin qapısına od vurması və birincinin məddahlıq etməsi, peyğəmbərin(s) ölümü canını odlamasına baxmayaraq, Fatiməni yoldan saxlaya bilmədi. Sonradan olan ardıcıl zərbələr ona bərk təsir etmişdi. Digər tərəfdən də əmisi oğlunun danılmaz haqqı olan hakimiyyəti qaytarmağa ümidi ümidi yox idi. Çünki bilirdi ki, güclü hiyləgərlər öncədən planlar cızmış və öz planları üçün zəmin hazırlamışdılar. Lakin, bununla belə, hökumət və iqtidarın qarşısında xalqın sükutu və təslim olması Fatimənin boynundan haqqın batilə qarşı mübarizəsi məsuliyyətini götürmür, əksinə, qələbəyə ümidi zəif olmasına baxmayaraq təlaş etməli və hakim nizama qarşı mübarizə aparmalı olduğunu bilirdi. Əgər bacarsa onu məğlub və əgər bacarmazsa ən azı məhkum etməlidir. Batil, əgər süquta uğratmaq mümkün olmazsa, rüsvay olunmalı, haqq, əgər bərpa etmək mümkün olmazsa isbat olunmalıdır. Müzakirə edilməli, diri saxlanmalı, ən azı xalqa çatdırılmalıdır ki, iş başında zalım və nahaqqdır, işdən kənarda və həbsdə isə haqq, ədalət və azadlıqdır (Doktor Əli Şəriəti – Fatimə Fatimədir).
Beləliklə, Peyğəmbər (s) dünyadan köçəndən sonra Mədinə, tarixin ən heyrətli mənzərələrinin şahidi olmuşdur. İslamın həmişəyaşar məqamının (Peyğəmbər(s) məscidinin) yanında, gecənin qaranlığında, bir kişi, öz həyat yoldaşını, öz əzalı və qara geyinmiş həyat yoldaşını bir miniyə oturdub, şəhərin xəlvət və dolanbac küçələrində dolanırdı. Əcəb arifanə görüntüdür, Əli(ə) piyada, Fatimə minikdə və Həsəneyn dallarınca Fatimənin atasının dostlarının sorağındadırlar.
Mərhum Təbərsi «Ehticac» kitabında, bu məzmuna yaxın gözəl çıxarış etmişdir. Belə ki, iştirak edənləri beyət etməyi lazım bilməyən bir beyət qarşıya çıxmışdır. ona görə də, əgər sui-qəsd deməsək ən azı deməliyik ki, ictihad olunmuşdur. Özü də, nəss müqabilində ictihad çünki, Peyğəmbər (s) Allahın əmrilə özündən sonra üçün canişin təyin edərək xalqa tanıtmışdı (Bu fəsildə tarixi nöqtələrə işarə etməklə keçirik. Təfsilatı və mənbəyi ilə aşağıda gələcəkdir). Buna görə də Əli (ə) ənsardan çoxu ilə mühacirdən isə az adamla tək-tək gecə müraciət edərək, söhbət edir, onlardan kömək istəyirdi ki, öz mövqelərini dəyişsinlər. Əgər belə olmasaydı, əgər beyət doğru olsaydı Əbu Talibin oğlu kim idi ki, xalqı doğru əhdi sındırmağa çağıraydı?!
İbn Əbil Hədid «Nəhcül-Bəlağə»nin şərhinin altıncı cildində yazır: «Əli (ə) gecələr həyat yoldaşını bir miniyə mindirir, özü miniyin yedəyini çəkir, iki oğlu Həsən və Hüseyn də dallarınca hərəkət edirdilər. Ənsarın qapılarına gedir və hər ikisi Əli (ə) –ın haqqını bərpa etmək üçün onlardan kömək istəyirdilər. Ənsarlar deyirdilər: «Ey Allahın Rəsulunun qızı! Bizim beyətimiz artıq bu kişi üçün tamamlanmışdır, əgər əmin oğlu orada Əbu Bəkrdən daha tez gəlsəydi biz ondan keçməzdik. Əli (ə) cavab verirdi: «Mən peyğəmbərin (s) pak cəsədini evində qoyub onu təchis etməyib xalqın arasına gələrək hökumət barəsində onlarla mübarizə aparardımmı?!
Fatimə (s.ə) görürdü ki, yenə də, Əli (ə) həmişək kimi peyğəmbərə eşq və vəfadarlığının qurbanı olmuşdur. Deyirdi: «Əbulhəsən lazım və layiq olan işi yerinə yetirmişdir. Onlar da, elə bir iş etdilər ki, Allah Təala özü o işi görmüşdü.
Yenə də o, on birinci cilddə hadisəni təkrarlayaraq əlavə edir: «Qırx nəfər Əliyə (ə) mübət cavab verdilər. Əlidə (ə) onlarla can çıxana qədər sözünün üstündə durmaq şərti ilə beyət etdi və onlara göstəriş verdi ki, səhər tezdən başlarını qırxdıraraq silahlı şəkildə onun yanına gəlsinlər. Səhər açılanda onlardan dörd nəfərdən başqa heç kəs gəlmədi . o dörd nəfər Zubeyr, Miqdad, Əbuzər və Salmandan ibarət idi. Əli (ə) yenidən gecə vaxtı onların qapısına gedib onları and verdi. Onlar dedilər: «Sabah səhər tezdən yanına gələcəyik. Yenədə bu dörd nəfərdən başqa heç kəs gəlmədi. Üçüncü gecə yenə də Əi (ə) onlarla görüşdü və nəticə yenə də əvvəlkilər kimi oldu. Bu dörd nəfərin arasından Zubeyr hamıdan çox Əliyə kömək etmək istəyən və ona itaət etməkdə hamıdan irəlidə gedən idi. Dəfələrlə saçını qırxaraq qılıncı belində Əlinin hüzuruna gəldi. Əlbəttə o biri üç nəfər də elə bu cür edirdilər, amma bilməliyik ki, Zubeyr onların başçıları idi.
Bu hərəkatın zahırdə bir o qədər də təsiri olmamasına baxmayaraq, yenicə qurulmuş hökuməti titrətdi. Ona görə də belə bir fikrə düşdülər- nə etməli?
Heç bir şey- sadəcə olaraq möhkəm dayanacağıq. Axı necə? Necə ki, Ğədir vilayəti təyin olunduğu nəssin müqabilində, qabalıqla, səqifənin xilafət məsələsi barəsindəki şurasında Peyğəmbərin(s) yerinə xəlifə təyin edib bura qədər gəldik. Necə ki, Peyğəmbərin(s) möhkəm tapşırdığı Üsamə ibn Zeydin komandanlığından boyun qaçırdıq və orduya getmək əvəzinə qalıb Peyğəmbərin(s) mehrabında namaz iqamə etdik. Necə ki, «Bizə Allahın kitabı kifayət edər» deməklə, Adəmdən Nuha, İbrahimə, Musa və İsaya qədər olan yüz iyirmi dörd min nəbi və mürsəllərin sonuncusunun axırıncı tapşırığını yazılmağa qoymadıq, müsəlman ümmətinin vəhdətini və əzəmətini qorumaq üçün olan sonuncu vəsiyyətinin yazılmasına mane olduq və dediyimizi də yeritdik. Biz ki, çox sadə şəkildə hədis düzəldərək peyğəmbərlərdən miras qalmadığını dedik və hətta Peyğəmbərin(s) qızının qurandan gətirdiyi dəlilləri müqabilində də qətiyyətlə dayandıq, üzdən getməyib əmlakını müsadirə etdik.
İndi də hər vəchlə, öz abırımızı qorumaq, başlanmış işi davam etdirmək, inkişaf etdirmək, nizam məsləhətini qorumaq üçün, quranın və Peyğəmbərin(s) əhli-beytə məhəbbət barəsində olan təkidli tövsiyə və tapşırıqlarının müqabilində hədis düzəldərik. Axı necə?
Bismillah:
1. Peyğəmbərdən eşitdim ki, buyurdu: Bu on nəfərdən razıyam və onları cənnətlə müjdələyirəm: «Əbu Bəkr ibn Əbi Qühafə, Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Təlhə ibn Abdullah, Zübeyr ibn Əvam, Abdurrəhman ibn Ouf, Sə`d ibn Əbi Vəqqas, Səid ibn Zeyd və Əbu Übeydə Cərrah»1.
2. Əli ibn Əbi Talib Əbu Cəhlin qızına elçi getdi. Bu iş Peyğəmbəri(s) qəzəbləndirdi və buyurdu: Allah bu işi bəyənmir. Allahın vəlisinin qızı ilə Allahın düşməni Əbu Cəhlin qızının bir yerdə olması mümkün deyildir. Fatimə mənim bədənimin bir parçasıdır. Onu incidən hər kəs məni incitmişdir. Əgər Əli Əbu Cəhlin qızı ilə evlənmək istəyirsə mənim qızımdan ayrılmalıdır1.
Necə ki, saxta hədislər barəsində də bəhs olunacaqdır. Bu iki hədis barəsində bəzi deyilməli şeylər:
- İkinci hədisi İbn Əbil Hədid, «Nəhcül-Bəlağə»-yə şərhinin dördüncü cildində tənqid etmiş və qəbul etməmişdir. Sonda isə yazır: Fərz edək ki, bu xəbər səhihdir. Belə olarsa, Əmirəlmömününə heç bir etiraz və danlaq etmək etmək olmaz. Çünki, bu məsələni ümmət hamısı qəbul edir ki, ikinci arvad almaq, eyni zamanda dörd arvad almaq icazəsi verən ayənin ümumi hökmünə daxildir. (Nisa surəsi üçüncü ayəsinə işarədir, işarə olunan Əbu Cəhlin qızı müsəlman olmuşdur. Yenə də- əfsanə- səhih olmasını fərz etsək Məkkənin fəthindən sonrakı dövrə aiddir. O zaman isə Məkkə camaatı istər-istəməz müsəlman olmuşdurlar və bu xəbərin raviləri də hamısı bunu qəbul etmişlər.
İbn Əbil Hədidin tənqidindən əlavə, bu fəslin əvvəlində peyğəmbərin (s) qızının iki şeyx (Şeyxeyn) üçün dəlil-sübut gətirəndə gördük ki, Fatimə (s.ə) buyurdu: Əgər sizin üçün peyğəmbərdən (s) bir hədis siz iki nəfərə nəql etsəm onu etiraf edəsinizmi? O hədisin arasında dedi: «Əgər Fatimənin (s.ə) məhəbbəti və qəzəbi barəsindəki hədis, Əlinin (ə) yeni arvad alması ilə bağlı olsaydı, onda Əbu Bəkr və Ömər qətiyyətlə deyərdilər: Fatimə (s.ə), hədis ümumata daxil deyil. Bəlkə də Əlinin (ə) Əbu Cəhlin qızına elçi düşməsinə aiddir.
Hədisdə deyilir: Peyğəmbər (s) dedi: Alahın vəlisinin qızı ilə düşmənin qızı bir yerdə olması mümkün deyildir.
Bu əfsanənin düzlüyünü fərz edərsək ond Əli (ə) peyğəmbərdən (s) soruşmazdımı ki, «Allahın Rəsulunun Allahın düşmənin Əbu Süfyanın qızı ilə, özü də Məkkənin fəthindən qabaq, ən azı Əbu Süfyanın kafirlərin başçısı olduğu və müsəlmanlarla kafirlərin arasındakı qanlı döyüşlərin komandanı olduğu bir zamanda evlənməsi necə mümkündür?
Bunlar hamısı səthi və ibtidai dəlillər idi. Amma sözümüzün canı budur ki, rükniyyət (sütunluq, əsasən məqam və mövqeylik və bünövrəlik) baxımından Fatimə Zəhranın (s.ə) Rəsulullaha (s) Əlinin (ə) mövqeyi ilə münasibətdə eyni ölçülü və bərabərdir. Belə ki, üç müqəddəs varlığın hər birini digər iki varlığın rüknüdürlər. Bu mövzunun da Fatimənin (s.ə) vilayət məqamında peyğəmbər (s) və Əli (ə) ilə bərabər üç oxşar olmadan imkanı yoxdur. Elə məhz buna görədir ki, Fatimə (s.ə) gözünü dünyadan bağlayan kimi Əli (ə) buyurdu: bu peyğəmbərin (s) dediyi ikinci rükn idi ki, itirdim. (Əllamə Əmini-»Fatimə Zəhra»)

Eşq ilə qəlbi yaşayan əsla ölməz
Aləmin qəzatində bizim daimiliyimiz yazılmışdır

Əsas məsələ budur ki, belə hədislərin yaraladanların istedadlrın əsla qüdrəti yoxdur ki, Fatimə (s.ə) ola-ola Əlinin (ə) xəyalından belə yeni arvad almaq keçə bilməz. Məgər Əbu Bəkr və Ömər Fatiməyə (s) elçilik edəndə Peyğəmbər (s) «Fatimənin (s.ə) evlənmək məsələsi Allahın əlindədir» buyurmadımı?!
Aşağıda qeyd olunan iki rəvayət şiə mənbələrindən «Yənəbiul məvəddəh», «Firdovsil Əxbar», Xarəzminin «Məqtəl»i və s... kitablarda yazılmışdır ki, Peyğəmbər (s) buyurdu:
لو لم يخلق الله على بن ابى طالب ما كان بفاطمة كفوًا
«Əgər Allah, Əli ibn Əbu Talibi (ə) yaratmasaydı Fatimənin tayı və bərabəri olmazdı».
لو لاك يا على لما كان لفاطمة كفوا على وجه الارض
«Ya Əli (ə) Əgər sən olmasaydın Fatimənin (s.ə) yer üzündə tayı bərabəri olmazdı».
Məgər Fatimə (s.ə) Əli (ə) yalnız həyat yoldaşı idimi ki, o ola-ola bu yeni həyat yoldaşı fikrinə düşəydi?
Fatimə (s.ə) təkcə həyat yoldaşı deyil həm də səfər yoldaşı addımlayan, köməkçi, həmdəm, sirdaş və Əlinin (ə) ali məqamlarında, seyr etmək üçün pərvaz edən böyük ruhu idi.
Şəriətinin sözü ilə desək, o, Əlinin (ə) yanında təkcə həyat yoldaşı deyildi çünki Əlinin (ə) ondan sonra da digər həyat yoldaşları var idi. Əli (ə) ona bir dost, bir dərd-qəm yoldaşı, böyük arzularının həmdəmi və yalqızlıq sirdaşı gözü ilə baxırdı. Buna görə də Əli (ə) həm ona həm övladlarına başqa gözlə baxırdı. Fatimədən (s.ə) sonra Əli (ə) çoxlu arvadlar alır və onlardan çoxlu övladları olur. Amma elə əvvəlcədən öz Fatimədən (s.ə) olan övladları ilə digər övladlarını ayıraraq bunlara «Bəni-Əli», onlara isə «Bəni-Fatimə» deyirdi. (Fatimə Fatimədir).
Əlinin(ə) övladları belə tərbiyə almışdılar ki, Fatimənin övladları onların başçılarıdır. Siffeyndə, münafiqlər Muhəmməd Hənəfiyyəyə vəsvəsə edirlər ki, İmam Həsəneyni döyüş meydanına göndərmək istəmir, amma sənin dayın göndərir. Muhəmməd fikirləşmədən cavab verir: Mən İmamın əli onlar isə onun gözləridirlər, əl isə həmişə gözləri qorumalıdır.
İmam özü də buyurardı: Muhəmməd mənim, Həsəneyn isə Peyğəmbərin (s) övladlarıdırlar.
Tasua axşamı düşmən tərəfdən Əbbas ibni Əli üçün amannamə gələn vaxt, hətta ammannaməni rədd etdikdən sonra həyanın şiddətindən çöhrəsini İmam Huseyndən (ə) gizlədir.

Ey bizim daimi içməyimizdən bixəbər,
Biz piyalədə yarın üzünün şəklin görmüşük.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter