Səhabənİn hörmətİ qorunmalıdırMI?


Deyirlər: Səhabələrin işini onların özlərinə buraxmaq lazımdır. Bu barədə rəy söyləmək böyüklər barəsində füzulluq etməkdir. Avam, xas adamlar barəsində ehtiyyat etməlidir.
Diqqət edin:
Hafiz Əbu Muhəmməd Əbdürrəhman ibn Əbuhətəm Razi (327-ci il hicri qəməri ilində vəfat etmişdir). «Təqəddimətul Mərifə, Likitabil Cərhi Vəttədil» kitabında yazır:
Peyğəmbər (s) səhabələri Quranın və vəhyin nazil olmasının şahidi olan, təfsir və tə`vilin necəliyini bilən şəxslərdir. Allah Təala onları peyğəmbərə(s) həmdəm, köməkçi və dini bərpa etmək üçün seçmişdir. Onları o cənab üçün müsahib seçmişdir və rəhbər qərar vermişdir. Peyğəmbərin(s) Allah tərəfindən gətirərək onları təbliğ etdiyini azaldıb-əskildmədən öyrənmiş, öz bütün vücudu ilə xatirələrini saxlamış və dində təqih və alim olmuşlar. Allah Təala onları qaldırıb ümmətə öndərlik imtiyazını onlara vermişdir. Peyğəmbər(s) səhabələri ümmüətin adilləri doğru yol başçılarıdırlar. Allahın dini işlərində höccət, Quranı və peyğəmbər sünnətinin daşıyıcılarıdırlar. Allah Təala göstəriş vermişdi ki, onlara əl atsın və onların üslubu əsas götürülsün. Qərarlaşdırmışdır ki, biz onları özümüzə nümunə götürək və onların yolu addımlayaq.
İbn Əsir də «Usdul göbə» kitabının müqəddiməsində yazır: Rəsuləllah (s) səhabələri digər hədis və sünnə ravilrəi ilə Cərh, Tədil və İrad yerlərindən başqa bütün yerlərdə bərabərdirlər. Çünki, onlar hamısı adildirlər və eyib axtarmaq, irad etmək üçün onlarda heç bir yer yoxdur.
Hədis hafizi İbn Həcər «Əl isabə fi Təmyizissəhabə» kitabının müqəddiməsində yazır: Əhl-sünnə Peyğəmbər(s) səhabələrinin hamısının adilliyində müttəfiqdirlər. Bu işdə bir qrup əhəmiyyətsiz bid`ət əhlindən başqa onlarla müxalifət edən yoxdur.
Hədis əhlinin İmamı Əbu Zər`ədən nəql olunmuşdur: Bir nəfərin Peyğəmbər(s) səhabələrindən birinə eyib tutduğunu və irad etdiyini gördün, bil ki, o, zındıqdır.
Amma həqiqətən avama lazım və ya vacib olan budur ki, böyüklərin barəsində olan sözləri böyüklərdən eşitsin. Onda (əgər böyüklər icazə versələr) özü hakim stoluna otursun. Güman edirəm ki, bu hər bir azad insanın tam hüququdur. Əgər yenə də «ayağını yorğanına görə uzatmamısan» desələr, onda onlara bu Quran ayəsini oxumaq lazımdır.
فَبَشِّرْ عِبَادِ الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
«O bəndələrimə müjdə ver ki, onlar, sözü eşidib, lap yaxşılarına tabe olarlar. Allahın hidayət etdikləri bunlardır və ağıl sahibləri də elə bunlardır. («ZUMƏR», ayə 17-18)
Əbu Əbil Hədid «Nəhcül-Bəlağəyə» şərhin 47-20-ci cildində yazır:
Altı yüz on birinci ildə Bağdadda Nəqib Əbu Cəfər Yəhya ibn Muhəmməd Ələvi Həsrinin yanına gəldim. Onun yanında bir qrup adam var idi. Onlardan biri Əbulfərəc Muğanu oxuyurdu. Araya Muğeyrə ibn Şöbədən söz düşdü. Oradakılar onun barəsində danışmağa başladılar. Bəzisi onu təriflədi, digərləri danladı və bəziləri də söz deməkdən çəkindilər.
Oradakılardan biri dedi: «Səhabələr barəsində danışmaqdan çəkinmək və onların arasında baş verənlərdə əl saxlamaq vacibdir. Əbul Məali Cəvini demişdir. Peyğəmbər(s) bu işdən nəhy etmişdir: mənim səhabələrimin arasında olan ixtilaflardan danışmaqdan çəkinin!» Yenə də buyrmuşdur: «Mənim dostlarımla işiniz olmasın, əgər sizdən biri Ühüd dağı ağırlığında qızıl infaq edərsə, əsla mənim səhabələrimdən birinin dəyərinin dörddə birinə bəlkə də onun yarısına çatmaz». Yenə də buyurmuşdur: «Mənim dostlarım ulduzlardır. Onların hər birinə iqtida etsəniz hidayət olarsınız». Həmçinin buyrumuşdur: «Sizin ən yaxşılarınız mən yaşadığım əsrdə yaşayanlardır, ondan sonrakı və ondan sonra ondan dasonrakı əsrlərdə yaşayanlardır». Həsəni Bəsridən rəvayət olunmuşdur ki, onun yanında «Cəməl» və «Süffeyn» döyüşlərdən söz düşəndə demişdir: Onlar bir qandır ki, Allah bizim qılınclarımızı ondan pak saxlamışdır, dilimizi də onu yad etməklə bulaşdırmayaq. Eləcə də bu xəbər bizdən məxfi qalmışdır. Kişilik də bizdən istəyir ki, Peyğəmbərin (с) hörmətini xanımı Aişə, bibisi oğlu Zubeyr və Əlini o həzrətin balalarına sipər etmiş, Təlhə barəsində saxlayaq. Peyğəmbər(s) Müaviyənin bacısının həyat yoldaşıdır. Belə ki, Ümmi Həbibə onun bacısı, Peyğəmbərin (с) isə həyat yoldaşıdır. Ədəb qaydası budur ki, Ümmi Həbibənin hörmətini qardaşı barəsində də qoruyaq. Beləliklə şiənin səhabələri arasında baş verən ixtilaf barəsində dedikləri sübuta yetməmişdir. Onlar bir ananın balaları kimi olmuş, əsla birinin batini digərindən kədərlənməmiş və aralarında ixtilaf baş verməmişdir.
Əbu Cəfər (Allah ona rəhmət eləsin) dedi: Bir müddət öncə Əbu Məalinin sözlərinə cavab yazmışam və istəyirəm ki, onu bu məclisdə oxuyum və beləliklə başladı: (ixtisara görə Əbu Cəfərin sözünün xülasəsini qeyd edirik). Allah Təala, onun düşməninə düşmən olmağı və dostlarını sevməyi müsəlmanlara vacib buyurmuşdur. Onu tərk etmək də əqli və nəqli dəlillərlə bərk tutaraq buyurmuşdur: «Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla-öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə- dostluq etdiyini görməzsən» («Mücadilə», ayə 22).
Yenə də buyurmuşdur: «Onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. («Maidə», ayə 81)
Yenə də buyurmuşdur: «Allahın qəzəb etdiyi bir qövmü dost tutmayın! («Mümtəhinə», ayə 13)
Beləliklə, müsəlmanların icması bu mövzunu təsdiq edir ki, Allah Təala onun düşmənlərinə düşmən olmağı və dostlarını sevməyi vacib buyurmuşdur. Eləcə də Allah yolunda sevmək və qəzəblənmək vacibdir. Əgər bu dediklərimiz olmasaydı, kiminləsə mübarizə aparmaq və təbərra etməli olmasaydıq, onda bəlkə də bizim onlarla düşmənçiliyimiz lazım olmazdı.
Əgər güman etsək ki, əgər Allaha onların işlərinin necəliyi bizə gizlindir, keçmiş zamanda olmuşdur və bizim bizdən gizlin işləri araşdırmağımızın mənası yoxdur desək və bu bəhanəyə etimad edib onları sevsək, qoxuruq ki, Allah Təala bizə buyursun: Əgər onların işləri sizin gözünüzdən məxfi idi və keçmiş zamanda olmuşdusa da sizin qulağınız və qəlbinizdən ki, gizlin deyildi: Əlinizə elə səhih hədislər çatmışdı ki, sizin boynunuza peyğəmbərin (s) peyğəmbərliyinə iqrar etmək, onu təsdiq edənləri sevmək, inkar edənlərə düşmən olmaq vəzifəsini qoyurdu. Bununla da sizə Quran və Rəsulullahın(s) gətirdiyi şeylər barəsində fikirləşmək göstərişi verilmişdir. Kaş ki, çəkinəydiniz və savab qiyamət günü – «Pərvərdigara! Biz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar isə bizi yoldan azdırdılar» («Əhzab», ayə 67) deyənlərdən olmayaydınız. Amma Allah lənət kəlməsini göstəriş vermiş və onu vacib buyurmuşdur. Görmürsünüz ki, Quranda- Bəqərə-159-da buyurur: «O qrupa həm Allah və həm bütün lənət edə bilənlər lənət edərlər». Digər yerdə Allah Təala Aislərə lənt buyuraraq deyir: «Bəni İsraildən kafir olanlara Davudun dili ilə lənət oxundu» («Maidə» 78). Eləcə də, «şübhəsiz ki, Allah və onun Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət eləmiş və onlara rüsvayedici əzab hazırlamışdır». (Əhzab-57) Amma «lənət etməyin nə savabı vardır, Allah mükəllətə niyə lənət etmədin» –deməz . Bəlkə soruşar: Niyə lənət etdin? Deyən adam nadan adamdır və nə dediyini anlamır.
Əgər lənət etmək, Allahın dediyi kimi olarsa, elə Allaha itaət etmək deməkdir. Yəni lənətə layiq olan adam, həvayi nəfsə və təəssübə görə deyil, Allah xatirinə lənətlənirsə və mükafata layiqdir. Bizim Allah lənətlədiyi adamı lənətləməyə haqqımız yoxdurmu? Bu, irad qəbul etməyən bir aksiomdur. Allah təala bir nəfəri tərifləyib digərini pisləyərsə bizim də təriflənəni tərifləmək, pislənəni isə pisləmək haqqımız vardır.
Bu deyimi eşitməmisinizmi?
«Mənim düşmənimlə dostluq edir və elə bilirsən ki, mən sənin dostunam?! Həqiqətdə sənin bu düşüncən heyrətlidir».
Dostun düşməni ilə dost olmaq dostu tirmək deməkdir. Düşməni sevmək batil olduğu üçün ondan uzaqlaşmaqdan başqa çarəsi yoxdur. Müsəlmanların icmasına uyğun olaraq, Allahın düşməni, onun göstərişlərini yerinə yetirməyənlər və günahkarlarla dostluq etmək caiz deyil və insan belə adamlara qarşı laqeyd olaraq, «nə onları sevirəm və nə də bunlara düşmənəm»- deyə bilməz.
Əbu Cəfər dedi: Bunlardan əlavə- bir nəfərin, Yezid ibni Müaviyə və Həccac ibni Yusifin işinin həqiqəti bizə məlum deyildir- deməsi düzgündürmü? Bu iki nəfərin dastanını araşdırıb onlarla düşmənçilik etmək və onlaraı lənətləmək nalayiq hərəkətdirmi? Bu sözlə, sizin dediyiniz, Müaviyyə, Muğeyrə ibni Şöbə və başqalarının işlərinin bizdən məxfi qalmışdır və onların dastanını araşdırmaq layiq deyildir- sözünün arasında nə fərqi vardır.
Ey hədis və haşiyə əhli, ey ammə, siz necə «orada olmadığınız üçün sizdən məxfi qalan – Osmanın dastanını araşdırır, onun qatillərinə nifrət bəsləyir və onları lənətləyirsiniz? Siz necə Əbu Bəkrə görə onun oğlu Məhəmmədin hörmətini saxlamır, mömünlər anası Aişəyə görə onun qardaşına hörmət etmir, Muhəmməd ibni Əbu Bəkri fasiq sayır və lənətləyirsiniz? Halbuki bizi Əli (ə), Həsən(ə) və Hüseynə(ə) zülm edən, onların haqqını qəsb edən Müaviyyənin bu zülmünün qarşısında sükut etməyə çağırır və ona lənət etməyi qadağan edirsiniz.
Necə olur ki, Osmana zülm edəni lənətləmək sizə sünnə, amma Əli(ə), Həsən(ə) və Hüseynə(ə) zülm edəni lənətləmək isə təkəllüf olur və ondan çəkinmək lazımdır? Necə olur ki, ammə Aişənin məsələsinə dəxalət edir? Ona baxıb «Hümeyra» deyənlərə nifrət edir. Aişənin hörmət pərdəsini yırtanların bəzisini lənətləyirlər, eyni halda, bizə atası dünyadan köçəndən sonra Fatimənin (s.ə) başına gələnlər barəsində danışmağı qadağan edirlər? Əgər, Fatimənin (s.ə) hörmət pərdəsini yırtmaq və onun evinə daxil olmaq, islam nizamını qorumaq üçün baş vermişdir ki, bu iş genişlənərək bir dəstə müsəlmanların itaətdən boyun qaçırmasına səbəb olmasın – deyəsiniz, sizə cavab verirlər ki, Aişənin də hörmət pərdəsi elə bu səbəbə görə yırtılmış, onun kəcavəsinə itaətdən boyun qaçırmasına görə, müsəlmanların birliyini pozduğuna görə hörmətsizlik edilmişdir. Eləcə də, Bəsrəyə çatan kimi onların qanlarını tökdüyünə görə hörmətsizlik edilmişdir. Onunla Osman ibn Hənif, Həkim ibn Cəbələ və onlarla olan əməlisaleh müsəlmanlar arasında olan ölüm dirim döyüşünü tarix kitablarında əks etdirilimişdir. Buna əsasən əgər Fatimənin (s.ə) evinə hələ baş verməmiş iş üçün daxil olmaq rəva olarsa, onda baş vermiş iş üçün Aişənin hörmət pərdəsini yırtmaq da caiz olacaqdır. Necə mümkündür ki, Aişənin hörmət pərdəsini yırtmaq əbədi cəhənnəmdə qalmaqla nəticələnən böyük günahlardan, amma Fatimənin (s.ə) qapısını açmaq, oraya daxil olmaq, qapının ağzına odun yığıb od vurmaqla hədələmək Allahın islamı bu vasitə ilə qorumağı və fitnə odunu söndürməsi kimi yaxşı işlərdən sayılsın? Halbuki, ən azı Fatimə(s.ə) və Aişənin hörmətini saxlamaq hər ikisi bərabərdir. Biz istəmirik ki, Fatimənin (s.ə) hörmətinin daha böyük olduğunu və onun hörməti Rəsuləllaha (s) görə daha mühüm olduğunu deyək. Eləcə də, istəmirik ki, Fatimənin (s.ə) Peyğəmbərin (s) bədəninin bir parçası onun qanı və ətindən bir parça olduğunu və onun həyat yoldaşı ilə müqyisə olunmayacağını deyək. Hər haldqa onunla həyat yoldaşı arasında ər-arvadlıqdan başqa bir bağlantı olmamışdır.
Əbu Cə`fər dedi: Bütün bunlardan sonra, bizə necə lazım olmalıdır ki, Peyğəmbərə (s) görə onun həyat yoldaşının ehtiramını və yoldaşı Ümmü Həbibəyə görə onun qardaşının (Müaviyənin) hörmətini saxlayaq? Halbukisəhabələr özləri peyğəmbərə (s) görə onun Əhli-beytinin hörmətini saxlamamışlar. Habelə Peyğəmbərə(s) görə onun bir neçə vasitə ilə əmisi nəvəsi və kürəkəni olan Osman ibn Əffana nəinki hörmət etmədilər, hətta onun bəzi köməkçilərini oldürərək lənətlədilər. Səhabələrdən çoxu Osmanın xəlifə olduğu halda lənətləyirdilər. Onlardan biri də, Aişə idi. O, deyirdi: «Nə`səli (axmaq yəhudi) öldürün, Allah Nə`sələ lənət eləsin». Daha sonra, Abdullah ibn Məs`ud Osmanı lənətləyirdi. Əbu Bəkr və Ömər, Sə`d ibn Ubadəni diriykn lənətləyir, ona nifrət edir və onu Mədinədən Şama qovdular. (Yolda onu Cinlər vurdu və öldürdü!!!)
Əgər, Allaha düşmənçilik edən peyğəmbər (s) səhabələri ilə düşmənçilikdən çəkinmək Peyğəmbərin(с) hörmətini saxlamaq olsaydı, onda bizim boynumuzu da vursaydılar, onlarla düşmənçilik etməzdik. Lakin Peyğəmbərin(s) öz dostlarına olan məhəbbəti cahillərin bir-birinə təəssüb üstündə qurulan məhəbbəti kimi deyildir. Rəsulullah (s) öz səhabələrinə məhəbbəti, onların Allahın sözünə baxmaqlarına görə qərar vermişdir. Onlar Allahın sözünə baxmazsa, onları sevməyi lazım edən şeyi verərlərsə, daha Rəsulullah (s) üçün onları sevməyin fərqi yoxdur və onları sevmədiyimiz üçün qəzəblənməz. Bir də ki, səhabələr özləri özləri üçün bu məhəbbəti görməmişlər. Bunu onların öz həyatlarından çıxarış etsəydin bilərdin ki, onlar özləri öz nüfuz və məqamlarına, bizim dövrümüzdəki avam camaatdan daha agah idilər. Əgər onların bəzisinin bəzisinə qarşı rəftarını araşdırsan görərsən ki, mövzu, bu günkü camaatın qədimdə olanlarla tamamilə əks qütbdə yertləşir.
Bu fəslin sonunda saxta hədislərdən iki nümunəyə işarə etməklə kifayətlənirik. Yəqinə yaxın ehtimala görə bu hədislər Bəni-Üməyyə zamanında deyil, hicrətn birinci yüzilliyinin birinci iyirmi beş ilində düzəldilmişdir.
A) Birinci xəlifəni «Əbu Bəkr Siddiq», ikinci xəlifəni «Ömər Faruq» , üçüncü xəlifəni isə «Osman Zunnurin» adlandırırlar. Deyirlər ki, bu üç adama bu ləqəbi Peyğəmbər vermişdir.
Bu ləqəb və hədislərin əvvəlki üç xəlifənin zamanında baş vermişdir. Deməyinizin dəlili bir tarixi sənəddir. Onun barəsində beşinci fəsildə təfsilatı ilə danışacağıq.
Qısası budur ki, «Suffeyn» döyüşündə Mуhəmməd ibn Əbu Bəkr, Müaviyyə ibn Əbu Süfyana bir məktub yazdı. Müaviyyə də bu məktuba cavab yazdı. Bu məktubda yazmışdır: «... keçmişdə biz var idik və sənin atanda bizimlə idi. Əli ibn Əbu Talib fəzilətini və onun haqqını boynumuzda lazım olmağını bilirdik. Onun haqqını alan və onunla müxalifət edən ilk kəslər sənin atan və onun Faruqu olmuşdur. Bu iki nəfər bu işdə müttəfiq idi və bu iş qərara almışdılar.
Əziz oxucu özü görür ki, bu məktubda çevrilişin iki nömrəli şəxsi «Faruq» adı ilə qeyd edilmişdir. Yəni bu ləqəb hicrətin otuz altıncı ilində yerini tutmuş kəlmə idi.
Halbuki Həsskaninin «Şəvahiduttənzil məhraninin» «Ğayətul Məram» və «Ər-riyatun Nəzrə» kitablarında nəql olunmuşdur ki, Rəsululah (s) buyurdu: Siddiqlər üç nəfərdirlər: Al Yasin mömini – Həzq ilə və Əli ibn Əbi Talib. Əli onların hamısından daha üstündür». İmam özü buyurmuşdur: «Məndən Siddiqilərin ən böyüyüyəm. Məndən başqa bunu yalançıdan başqa heç kəs deməz».
Ibn Macə Qəzvininin «Sünən», Nisainin «Xəsais», Hakim Nişaburinin «Müstədrək» kitablarında nəql olunmuşdur ki, Əli (ə) ən böyük Faruqdur. Allah onun vasitəsilə haqla batili bir-birindən ayırır.
Ümmi Sələmə, Abdullah ibn Abbas, Əbu Bəkr Ğifari, Ənəs ibn Malik və İmran ibn Hüseyn Rəsuləllahdan (с) nəql etmişlər ki, «Əlini mömündən başqa sevən, münafiqdən başqa düşmən bilən olmaz».
Əbu Səid Xidri deyir: Biz ənsar qrupu, münafiqləri Əli ibn Əbi Talibə düşmənçilik etməsi ilə tanıyırdıq. Abdullah ibn Abbas deyir: Biz Peyğəmbər (s) zamanında münafiqləri Əli ibn Əbi Taliblə düşmənçiliyindən tanıyırdıq.
Cabir ibn Abdullah ənsari deyir: Biz münafiqləri, Əli ibn Əbi Talib ilə düşmənçiliyindən başqa heç bir yolla tanımırdıq».
Deməli, Faruq və əməllərin mizanı başqası deyil, Əli ibn Əbi Talibdir(ə).
Zunnureyn də Əlidir(ə). Çünki o, Rəsulullahın(s) iki gözünün işığı, cənnət cavanlarının ağası Həsən(ə) və Hüseynin (ə) atasıdır. Daha üçüncü xəlifə deyildir. Demişlər ki, Peyğəmbərin(s) qızları Ruqəyyə və Gülsümlə evləndiyinə görə bu ləqəbi qazanmışdır. Halbuki o iki qız Rəsulullahın(s) öz qızları deyil, həyat yoldaşının qızları idi. Əgər öz qızları da olsa di , Həsən və Hüseynlə(ə) necə müqayisə oluna bilərdilər? Halbuki onların fəziləti barəsində hətta bir hədis belə nəql olunmamışdır.
B) Uzaq məsafələrdən saxtalığı duyulan digər bir hədis isə:
-Müslim öz «Səhih»-ində öz sənəd ilə Həddab ibn Xalid Əzdidən, o, da, Zeyd ibn Əsləmdən, o, da, Ətta` ibn Yəssardan, o, isə Əbu Səid Xidridən nəql edir ki, Rəsulullah(s) buyurdu: «Mənim dilimdən heç nə yazmayın, hər kəs Qurandan başqa bir şey yazmış olsa, onu silməlidir və bu qorxulu deyildir».
Bu hədis birinc və ikinci xəlifənin Peyğəmbərdən(s) hədis nəql etməyin şiddətli müxalifətini və hədis yandırmaqlarını yozmaq üçün düzəldildi. Onun saxta olmasının dəlilləri:
1. Hədisdə gəlmişdir: Peyğəmbər(s) buyurdu: «Mənim dilimdən heç nə yazmayın. Hər kəs..». Günəşin gəməsi günəşə dəlildir. Məgər elə bu hədis peyğəmbərin öz dilindən yazılmamışdır? Məgər o cənabın dilindən hədis yazılmamaq qərar deyildi? Bu hədisin mənası budur ki, əhli-sünnə qardaşlar onlarla kitablarda, hətta «Sihahi sittə»-də yazdıqları hədisləri silməlidirlər. Amma nəinki silmədilər, hətta məsləhət gördükləri yerdə Qurandan da üstün bildilər.
2. «Hər kəs Qurandan başqa nə yazmışdırsa, silməlidir». Cümləsinin məfhumu budur ki, Quranın söykənin. Quranın müqabilində hətta Peyğəmbərin (s) sözünə də istinad etməyin. Lakin yuxarıda gördük ki, «Fədək» hadisəsində peyğəmbərin(s) qızı Qurana istinad edir, amma cənab xəlifə deyir: Rəsulullahdan(s) eşitdim ki, «peyğəmbərlərdən miras qalmaz»..
3. Əgər bu hədis düzgün olsa, və doğrudan da Rəsulullahın (s) dilindən olsa idi, birinci və ikinci xəlifə səhabələrin yazdığı və tapdığı bütün hədisləri toplayar və silərdilər, lakin onlar silmədilər yandırdılar.
4. Əgər bu hədis düzgün olsa idi, onda bütün hədis nəql edənlər və yazanlar başda aşağıdakıar olmaqla:
a. Əbu Abdullah İsmail Buxari (256-cı hicri ilində vəfat etmişdir). Səhihi Buxari yazmaq dəlili ilə.
b. Müslim ibn Hüccac Nişaburi (261-ci hicri ilində vəfat etmişdir). Səhihi Müslim yazmaq dəlili ilə.
c. Əbu Abdullah Muhəmməd ibn Yezid Rəb`i Qəzvini (273-cü hicri ilində vəfat etmişdir). Sünəni ibn Macə yazmaq dəlili ilə.
d. Əbu Davud Süleyman ibn Əş`əs ibn Şəddad Lecistani (275-ci hicri ilində vəfat etmişdir). Sünəni Əbu Davud yazmaq dəlili ilə.
е. Hafiz Muhəmməd ibn İsa... Tirmizi (279-cu hicri ilində vəfat etmişdir). Səhihi Tirmizi yazmaq dəlili ilə.
v. Əbu Abdurrəhman əhməd ibn Şueyb Nəsai (303-cü hicr iində vəfat etmişdir). Sünəni Nəsai yazmaq dəlili ilə günahkardırlar və «Sihahi sittə» adı ilə məşhur olan kitabı yandırılmalıdır.
5. Əgər bu hədis doğru olsaydı Rəsulullahın(s) elminin qapısı, yəni Əli bin Əbi Talib(ə) bundan məlumatsız qalardımı? Çünki o, Peyğəmbərin(s) rəvayətlərini «Camiə» adlı səhifədə toplamışdır ki, İmamətin mirasarındandır.
Əbu Cə`fər Muhəmməd ibn Yəqub ibn İshaq Kuleyni (338-ci hicri ilində vəfat etmişdir). dörd kitabdan (Kutubi arbaa) biri olan «Üsuli Kafi»-də İmam Sadiqdən(ə) nəql edir ki, buyurdu: «Bizim, uzunluğu yetmiş zira` olan «Camiə» kitabımız vardır. O, Peyğəmbərin(s) imlası və Əlinin(ə) xətti ilə yazılmışdır. Xalqın ehtiyacı olan elə bir halal-haram yoxdur ki, bu kitabda olmasın. Hər növ hakimlik, hətta kiçik bir cırmaq yeri barəsində mühakimə etmək də orada vardır».
Təəssüflə qeyd etməyik ki, səhabələrin böyükləri Peyğəmbər(s) hədislərini qorumalı olduqları halda, elə kresloya oturan kimi
كفانا كتاب الله
(Allahın kitabı bizə kifayətdir!) deyib, doğru hədisləri toplayıb yandırdılar. Sonra isə, bu qəsbkar xilafətin hədəflərinə müxalif olan hər hansı rəyi rədd etmək üçün saxta hədis düzəltməyə əl atdılar. Nizamın məsləhətini islamın məsləhətindən üstün tutaraq öz azğın hərəkətlərini ört-basdır etmək üçün saxta hədislər düzəltdilər. Sonra da, elə əvvəldən islamın bünövrəsini yıxmağa səy edən Bəni-Üməyyədən olan tabelərinin əlinə fürsət düşdü ki, bu fikir azğınlığı üstündə olan xətti, döyüş qənimətləri və maliyyə gəlirləri mənbəyindən maliyyələşdirərək davam etdirsinlər. Beləliklə də hicrətin birinci yüzillyinin birinci yarısında saxta hədislərin sayı altı yüz mini keçdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter