Öləndən sonra nə hala düşəcəyİnİzİ hec fİkİrləşmİsİnİz?
Öləndən sonra nə hala düşəcəyinizi heç fikirləşmisiniz?
Basdırılmağımızla birlikdə bədəniniz həm, içindən həmdə çöldən gələn təsirlərlə sürətli bir parçalanma mərhələsinə girəcək.Vücudda oksigen qalmadığına görə bir müddət sonra mikroblar fəaliyyətə başlayaraq bədənə yayılacaq.Qarında yığılan qazla bədəni şişdirəcək və bu şişkinlik vücudun hər tərəfinə yayılacaq, bədəni tanınmaz hala salacaq.Bundan sonra həmin qazların diafraqmaya güclü təzyiq göstərməsi səbəbi ilə ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayacaq.Çürümə prosesi davam etdikcə tüklər, dırnaqlar, ovuc içləri və dabanlar yerlərindən ayrılacaq.Zahiri dəyişkənliklərlə bərabər daxili orqanlarda da çürümə başlayacaq.Ən qorxunc hadisə isə bu məqamda baş verəcək.Belə ki qarın nahiyəsində yığılan qazlar dərini zəif nöqtəsindən parçalayacaq və bədəndən dözülməz dərəcədə pis qoxular yayılacaq.Bu müddətdə başdan başlayaraq əzələlərda yerindən ayrılacaq.Dəri və bədənin yumşaq hissələri tamamilə töküləcək və sklet görünməyə başlayacaq.Beyin tamamilə çürüyəcək gil şəkilinə düşəcək ,sümüklərin oynaqları bir-birindən ayrılacaq və sklet dağılmağa başlayacaq.Bu proses cəsədi bir torpaq və sümük yığını halına gələnə qədər davam edəcək.
“Mən”sandığınız bədən beləliklə qorxunc və iyrənc bir şəkildə yox olacaq.Arxada qalanlar sizin üçün halva bişirib yeyəndə torpaqdakı qurdlar, böcəklər və bakteriyalar da sizin ətinizi gəmirəcəkər.
Bəs nə üçün? Nədən belə olur?
İnsan vücudunun öldükdən sonra bu hala düşməsi Allahın istəyi ilə baş verir.Bunun çox böyük mənası var.İnsan özünün əslində bədən olmadığını, bədənin yalnız ona geydirilmiş müvəqqəti bir qılaf olduğunu bu qorxunc aqibəti görərək anlamalı ,bədəninin o biri tərəfində bir varlığın olduğunu hiss etməlidir.Özünü “ət və sümükdən” ibaret olduğunu zənn edən insana bunun bir aldanış olduğunu başa salmaq üçün belə heyrət doğuran və ibratamiz bir aqibət hazırlanmışdır.
İnsan bədəninin ölümünə baxmalı ,bu müvəqqəti və fani dünyada sanki əbədi qalacaqmış kimi sahib olduğu və bütün arzularına boyun əydiyi bədəninin aqibəti haqqında düşünməlidir. O bədən torpağın altında çürüyəcək, qurdlanacaq və skletə çevriləcək