Kİşİlərİn qızıldan İstİfadə etməsİ düzgündürmü?
A) Qızıl və gümüş qablar:
Müctəhidlərin haramlığına dair fətva verdikləri əməllərdən biri də, qızıl və gümüş qablardan istifadə etməkdir.
Qızıl və gümüş qabların zərərləri haqda, aidiyyatı kitablarda söz açılmışdır. Biz isə, ruhi-psixoloji zərərlər arasından, yalnız cismi zərərlərə toxunacağıq.
Bu qabların başlıca zərəri, yeməklə qarışmasıdır. Misal olaraq, gümüş qaşığı yumurtanın sarısında yerləşdirsək, sürətlə oksidləşərək rəngi dəyişməyə başlayır; yəni yumurtanın sarısı gümüşlə reaksiyaya girir.
Qızıl və gümüş qabların zərərlərinə misal olaraq göstərmək olar ki, gün ərzində C vitamininin bədənə çatması gərəkdir, qızıl və gümüş kimi ağır metallarda isə, istər xörək çiy şəklində olsun, istərsə də bişmiş, C vitamini məhv olur.
B) Kişilərin qızıldan istifadə etməsi:
Qızıl üzük, boyunbağıdan istəfadə etmək kişilər üçün haram, qadınlar üçün isə caiz edilmişdir. Hazırda tibb elmi, qızıldan istifadənin kişilər üçün zərəli, qadınlar üçün isə faydalı olduğunu sübuta yetirmişdir.
Bəlkə də bunun səbəbini belə izah etmək olar ki, qızıl bədəndə qan hazırlanmasına yardım edir və bildiyiniz kimi hər ay qadınların bədənindən bir miqdar qan xaric olur və bu qan hazırlanması isə, itirilmiş qanın əvəzləyicisidir. Halbuki kişidə belə deyildir, əslində kişi üçün qızılın istifadəsi ümumiyyətlə əlacsız xəstəliklərlə tamamlanır! Bu barədə ətraflı məlumat üçün oxucular, Harisonun yazdığı \"Hemotoloji xəstəliklər\" kitabına müraciət edə bilərlər.