Rəsulullaha (s) kİmlər qüsl verdİlər?


Əhli-sünnə qardaşlardan soruşanda ki, nə üçün Əbu Bəkr və Ömər Usamə ibn Zeydin qoşunu ilə yola düşmədilər? Cavabında deyirlər: «Rəsulullahın(s) xəstə olduğuna və onun rehlətinə yəqinə yaxın ehtimal verdiklərinə görə» –qalmaq və o həzrətin qüsl və dəfn mərasimində iştirak etmək istədilər. Buna görə də biz fəryad edirik ki, ay camaat bilin ki, bu cənablar Peyğəmbərin(s) qüsl, kəfən mərasimində iştirak etmədilər, başları başqa işə məşğul idi. Baxın: İbn Səd «Təbəqat» kitabında, Cabir ibn Abdullah Ənsaridən nəql edir:
«Ömərin xilafəti zamanında bir gün biz xəlifənin yanında olduğumuz vaxt Kəbul Əhbar, qalxıb soruşdu: Peyğəmbərin(s) ağzından çıxan son söz nə oldu? Ömər dedi: Əlidən soruş.
Kəb dedi: Əli(ə) haradadır?
Ömər cavab verdi: Oradadır, ondan soruş.
Kəb soruşdu və Əli cavabında dedi:
Həzrəti sinəmə söykəmişdim. O da başını çiynimə qoymuşdu. Buyurdu:
اسندته الى صدرى فوضع رأسه على منكبى فقال:الصلاة،الصلاة
Namaz, namaz.
Kəəb dedi: Doğrudur, peyğəmbərlərin son sözü budur.
Buna görə mömün olmuş və bu halda seçilmişlər. Sonra üzünü Ömərə tutuub dedi: O həzrətə kim qüsl verdi?
Ömər cavab verdi: Əlidən soruş.
Kəb, İmamdan soruşdu, o cavab verdi: «ona mən qüsl verdim, İbn Abbas oturmuşdu, Usamə və Şəqran ardıcıl olaraq su gətirirdilər».
Təbəri, «İbn Əsir və İbn Kəsir» tarixində yazılır: Rəsulullah(s) bazarertəsi günü dünyasını dəyişmişdir, yaxınları o həzrətə qüsl verməklə məşğul idilər. Lakin hakimiyyət məsələsi xalqı o həzərətin cəsədini təchizi ilə məşğul olmaqdan saxlamışdı. Yalnız çərşənbə axşamı, Əbu Bəkrin beyəti tamamlandıqdan sonra Peyğəmbərin(s) cənazəsi yada düşdü. O zaman Peyğəmbərin(s) evinə gəlib ona namaz qıldılar.
«Əqd Əl-fərid» və «Gənc Əl-ummal» kitablarında göstərilir ki, elə o həzrətin cəsədinə qüsl edənlər də onu torpağa tapşırmaq mərasimində iştirak edirdilər. Onlar aşağıdakılardan ibarətdir:
Əli ibn Əbu Talib, Peyğəmbərin(s) əmisi Əbbas, Fəzl ibn Əbbas, Peyğəmbərin(s) azad etdiyi Şəqran və bir qövmə əsasən, Usamə ibn Zeyd. «Gənc Əl-ummal»-da xüsusilə qeyde olunmuşdur ki, Əbu Bəkr və Ömər bu mərasimdə iştirak etməmişlər.
Əllamə Əsgərinin təhqiqatına əsasən və rəvayət «Sireyi ibn Hişam» «Tarixi Təbəri», «Tarixi ibn Kəsir», «Usudul ğabə», «Təbəqati ibn Səd», «Tarix Əl-xəmis» və Əhməd Hənbəlin «Müsnəd»ində yazılmışdır ki, Ayişə Ümmülmöminin deyir:
ما علمنا بدفن الرسول حتى سمعنا صوت المساحى من جوف الليل،ليلة الاربعاء
Bizim, Peyğəmbərin(s) torpağa tapşırılmasından çərşənbə axşamı günün gecəsi qulağımıza bellərin səsi gəlməyənədək xəbərimiz yox idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter