necə Salam verməlİYİK?
Salam verməyin özünə gəldikdə isə yarışmaq lazımdır yaxşı salam verməkdə, birinci salam verməkdə. Gözləmək lazım deyil kim birinci salam verdi. Ay qoy o versin, sonra mən verərəm, deyərlər ki, belədir, elədir. Ümumiyyətlə, salam verməkdə insanlar bir-biri ilə yarışmalıdır. Həzrət Rəsulullah (s) buyurub: “Allaha və Onun Rəsuluna ən yaxın olan insan birinci salam verəndir”.
Dinimizin salamın ədəbi ilə bağlı əlamətdar tövsiyələri var. Allahın Peyğəmbəri (s) buyurub: “Kiçik böyüyə salam versin, 1 nəfər 2 nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin”. Gördüyümüz kimi, bu düsturu rəhbər tutaraq, toplumda salamın ədəbini rahat yaşatmaq olar.
Əgər salam vermək bəyənilən əməldirsə, salamın cavabını almaq müsəlman üçün vacibdir. Rəsuli-Əkrəm (s) buyurub: “Salam vermək müstəhəbdir, salamı almaq isə vacib”.
Salama təşviq edən hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: “Salamın 70 savabı var: 69-u salam verənə, 1-i də salam alana çatar”.
Salamın ehsanla müqayisə edildiyi hədisdə İmam Baqirdən (ə) nəql edilir: lAllah-Təala sevir təamın it”™amını, salamın (isə) ifşasını».
Bəli, dinimiz buyurur ki, Allah-Təala təamın it”™amını sevir, yeməyi ehsan edəndə sevir. İkinci məsələ: Allah-Təala sevir salamın ifşasını. Yəni salamın faş olunmasını, yəni salamın açıq-aşkar halda deyilişini.
Bir başqa hədisdə Əziz Peyğəmbərdən (s) nəql olunur ki, lSalamın ifşası budur ki, müsəlman heç bir müsəlmana salam verməkdə simiclik etməyə».
İnsanın salam verməkdə gərək simicliyi olmaya. Simiclik etdisə, salamı ifşa etmir. Salamı yaşatmır. Salamın ifşası gəlir bu termin baxımdan, yəni müsəlman heç bir müsəlmana salam verməkdə gərək heç bir simiclik etməyə.
Həzrət Peyğəmbərdən (s) bu mövzuda mübarək bir hədis var: lƏn aciz insan odur ki, dua etməkdə aciz ola». Bəli, dua etməyən çox aciz bir insandır. Davamında gəlir: lİkinci ən simic insan odur ki, salam verməyi əsirgəyə». İnsan var ki, salamını ağızucu, dişarası verir. Beləsini dinimiz çox simic sayır.
Bir başqa hədisdə İmam Baqir (ə) buyurur ki, lHər vaxt bir kişi ki, evə daxil olur, evdə adam olsa, gərək onları salamlasın, əgər olmasa, gərəkdir ki, deyə lƏssələmun-ələynə min indi-Rabbinə».
Evdə adam yoxdursa, yenə də salam verməlisən. İslam dini tövsiyyə edir ki, salam ver. Mənası da budur ki, salam olsun bizlərə Rəbbin dərgahından. Yəni girmisən evə, evdə insan var, salam verirsən. Əgər adam yoxdursa da, yenə də salam verirsən. Müvafiq atmosfer yaradırsan.