Nə üçün əzadarlığa aşuradan bİr neçə gün əvvəl başlanılır?
Cavab: İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi müqəddəs şəriətin tapşırılmış göstərişlərindəndir.Amma bu əzadarlığın forması xalqın istəyindən asılıdır. Bəzi yerlərdə Aşura gününədək, bəzi yerlərdə İmamın üçünədək, bəzi yerlərdə isə İmamın yeddisinədək əzadarlıq keçirilir. İstənilən formada əzadarlıq keçirmək xalqın ənənələrindən asılıdır və bu müxtəlifliyin heç bir eybi yoxdur. Əsas məsələ Aşura hadisəsinin mahiyyətinin açıqlanması və xalqın həqiqətsevərlik və ədalətsevərlik hisslərinin oyadılmasıdır.