Peyğəmbər (s) hədİs yazmağı qadağan etmİşdİmİ?


Çox təəssüfləndirici haldır ki bəzi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verərək demişlər: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mənim dediklərimin arasından Qurandan başqa heç nə yazmayın kim də Qurandan başqa bir şey yazıbsa onu məhv etsin.”
Bəzi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli (əleyhissəlam) o Həzrətdən çoxlu sayda hədislər yazmış onun əlyazmaları bir-bir İmamlara yetişmişdir. Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etsəydi Əli (əleyhissəlam) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də, müxtəlif məsələlər – əhkam vacib-haram mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə bir çox yazılar yazılmış hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama dəvət barədə yazılmış əksəri isə İslami hökmlər - hədlər mübahisələr əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən, necə inana bilərik ki Peyğəmbər (səlləllahu əleyhi və alih) bir tərəfdən Qurandan başqa şeylərin yazılmasını qadağan edir digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onu qadağan etmir?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter