Kərbəlada İmamın (ə) ətrafında neçə nəfər var İdİ?


Kərbəlada İmamın (ə) ətrafında neçə nəfər var idi?

Cavab: Müxtəlif mənbələrdə Aşura günü İmamın köməkçilərinin sayı fərqli bildirilir. Məsələn, Təbəri İmamın ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi, qalanları isə müxtəlif qəbilələrdən olmuşdur. İbn Şəhr Aşub orada 82 nəfərin olduğunu bildirir. “Məsirül-əhzan” kitabında isə İmamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə də bu say təsdiqlənir.
Ən təəccüblü rəqəm isə Məsudi tərəfindən qeyd olunur. O, İmam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500 süvari və 100 piyada olduğunu qeyd edir.
Bu say barədə ən məşhur məlumata əsasən Kərbəlada İmamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yəni cəmi 72 nəfər!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter