Zəncİr və sİnə vurmağın dİnİ əsası varmı?


Zəncir və sinə vurmağın dini əsası varmı?

Cavab: Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur.
Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə vurmaq səfəvilər dövründən kütləviləşmişdir.
“Təziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura faciəsinin səhnələşdirilməsi bəzən əzadarlığın mahiyyətini arxa plana keçirir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter