HƏZRƏT PEYĞƏMBƏRIN(S) BUYURDUĞU«HÜSEYN MƏNDƏNDIR VƏ MƏN DƏ HÜSEYNDƏNƏM» HƏDİSİNİN ŞƏRHİ NƏDİR?


İmam Hüseyn(ə) Kərbəla hadisəsində və aşura günü bütün bəĢəriyyətə və müsəlmanlara müəyyən dərslər öyrədir. O həzrətin öyrətdiyi dərsləri əziz
möminlərin nəzərinə çatdırıram. Bu bəhsimizə başlamazdan öncə Islam Peyğəmbərinin(s) İmam Hüseyn(ə) barədə buyurduğu hədislərdən birini qeyd edib,
Ģərhini nəzərinizə çatdırmaq istəyirəm. Islam dünyasında firqəsindən asılı olmayaraq İmam Hüseyn(ə) barədə yazılan hər hansı bir kitabda Həzrət
Peyğəmbərin (s) buyurduğu bu hədisə rast gəlirik. Həmin hədis iki hissədən ibarətdir. Istərdim ki, hədisin hər iki hissəsini lazım olduğu qədər izah edək. Bu
kəlam elə də qaranlıq bir kəlam və mətləb deyil. Lakin tam aydınlaĢdırmaq üçün azacıq izaha ehtiyac duyulur. Bu hədisə çox yerlərdə rast gəlmək olar. Xüsusənməhərrəm ayında məscidlərdə, Hüseyniyyələrdə və İmam Hüseyn (ə) barədə yazılan kitablarda bunu müĢahidə edirik. Həzrət Peyğəmbər (s) buyurur: \"Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hüseyni sevəni Allah da sevir\". Bu, Həzrət Peyğəmbərin(s) İmam Hüseyn(ə) haqda buyurduğu kəlamlardan biridir. Həzrət Peyğəmbər (s) bu hədisi həm İmam Həsən (ə), həm Həzrət Əli (ə), həm də Xanım Zəhra (s.ə) barədə buyurmuşdur. Lakin bu hədis ən çox İmam Hüseyn(ə) barədə deyilmiş və təkrar-təkrar nəql olunmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter