Əgər dünya pİsdİrsə, Allah onu nə üçün yaradıb?
Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya pis olmaq pislənilib. Dünyada gördüyümüz bütün ne`mətlər üçün var-dövlət qətiyyn qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür Amma dünyaya qul olan insan üçün halal haramın fərqi yoxdur.
İslam peyğəmbəri (s) buyurur: “İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır.” Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunur.
Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: “Məbada, dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir.”
Maraqlıdır ki, rəvayətlərdə insana ailə -övladını sevmək tövsiyə olunur. Peyğəmbər və İmamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: “İnsan dünyanın övladıdır və kimsə və kimsə anasını sevdiyi üçün qınamaz.” Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun ne`mətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: “Dünya axirət üçün ən böyük köməkdir.” Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır.