AŞURA HANSI GÜNDÜR?


AŞURA HANSI GÜNDÜR?
Aşura ərəblərin cahiliyyət dövründə rəsmi bayram günləri idi. Həmin gündə xalq oruc tutb şənlik keçirirdilər. Iranda novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura günü, tarixi bayram günü və ayrı-ayrı Әrəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu. Həmin gündə camaat təzə paltar geyib şəhəri bəzəyirdilər. Hələ də Yezidi tayfası adlı bir ərəb tayfası hər il həmin günü qeyd etməkdədirlər.
Kərbəla hadisəsinin baş verdiyi hicri 61-ci ildə ərəblərin və müsəlmanların ənənəsi dəyişildi. Haram ayalardan sayılan, müharibə və öldürməyin qadağan olduğu Aşura günün həzrət Adəmin ən yaxşı övladlarından birisi İmam Hüseyn əleyhissalamın şəhadət gününə, şiələrin qəm, matəm və şəhidlərin xatirəsinin qeyd olunduğu bir qəmli günə çevrildi.
Həzrət Hüseyn (ə) və əshabının şəhid olmasının birinci ildönümündə minlərlə nəfər qəbrin ətrafında yığışıb matəm mərasimi keçirdilər. Bəni Üməyyə və Yezid hökumətinin başlanğıcından bu günədək, Әhli-beyt dostlarından yüz minlərlə insan matəm və xatirə mərasimləri təşkil edir və qafilələr Kərbəlaya gəlir.
Kərbəladan uzaqda yaşayanlar isə öz şəhərlərini Kərbəlaya çevirib əza məclisləri qurular.
Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdilər. Camaat Ümmü Gülsümün qəbri ətrafında yığışıb əzadarlıq edib növhə oxuyurdular. Fatimilərin dövründə Misirdə Aşura günün rəsmi əza və matəm günü olaraq qalırdı.
Iranda Müizüd-dövlə Deyləmi Aşura gününü rəsmi tətil günü elan edib bütün dövlət qulluqçuları və xalqa əmr etdi ki, işlərini buraxıb yas tutsunlar.
Iran, Iraq, Misir, Hindistan və sairə ölkələrdə əzadarlıq mərasimləri keçirildiyi üçün müsəlman xalq arasında ruhi bir hərəkət və fikir dəyişikliyi əmələ gətirdi. Müsəlmanların bu günkü hərəkəti onun təsirlərinin nəticəsidir. Bu mərasimlərin ildən-ilə daha da zənginləşərək geniş şəkildə qeyd edilməsi xalqın doğru yola gəlib, səhvlərini düzəltmələrinə səbəb olacaq və onların qüdrətini çoxaldacaq inşaallah.
Alimlərdən birisi bu barədə deyir:
«Məscid Peyğəmbərin əsəridir; amma əzadarlıq təkyələri və hüseyniyyələr isə Әhli-beytin əsəridir şiələr məscidlərdə Allaha ibadət və dua edər, təkyələrdə isə Allahın aşiqlərini və Onun yolunun qurbanlarının xatirəsini əziz tutub qeyd edərlər.» Tarix boyu heç bir qüvvə Hüseyn yolu ilə gedən karvanların hərəkətinin qarşısını ala bilməmişdir, sübut etmişdir ki, üstündün 13 əsr ötməsinə baxmayaraq hələ də bu coşqun hərəkət sönməyibdir.
«Hüseyn (ə) və əshabı belə bir gündə şəhid olduğu üçün, artıq Aşura günündə şənlik keçirmək, şəhəri bəzəmək və oruc tutmaq haram oldu».
Ibni Kəsir belə yazır: Hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu və xalq Hüseynin susuzluğu səbəbilə küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdılar. Iraq əhalisi də Aşura günündə, Peyğəmbərin vəfat etdiyi günün ildönümündə olduğu kimi, əzadar idilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter