Allahdan qeyrİsİnə arxalanmaq olarmı?
Təvəkkül
Quran:
«İşlərdə onlarla məsləhətləş və qərara gəldikdə Allaha təvəkkül et. Çünki Allah təvəkkül edənləri sevər.»
«Ölməyəcək həmin diri olana təvəkkül et, Onun sitayişinə təsbih et. Onun bəndələrinin günahından agah olması kifayətdir.»
Hədis:
. İmam Əli (ə): «İmanın dörd sütunu var: Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allahın təqdirinə razı olmaq və Allahın əmrinə təslim olmaq.»
. İmam Əli (ə): «Təvəkkül hikmətin qalasıdır.»
. İmam Əli (ə): «Allaha təvəkkül hər pislikdən xilas olmağın və hər düşmənçilikdən qorunmağın səbəbidir.»
İmam Əli (ə): «Yəqinliyin həqiqəti təvəkküldədir.»
Təvəkkülün izahı
Quran:
«Əgər Allah sizə yardım etsə, sizə qalib gəlməyəcəklər. Sizdən kömək əlini çəksə, Ondan sonra kim sizə kömək edəcək? Möminlər ancaq Allaha təvəkkül etməlidir.»
«De: Allahın bizimçün təyin etdiyindən qeyrisi başımıza gəlməyəcək. O bizim hayanımızdır və möminlər yalnız Allaha təvəkkül etməlidir»
Hədis:
Cəbrayıl (ə) (Allah-taalaya təvəkkül etmək barədə Allahın Peyğəm¬bərinin sualına cavabından): «Məxluqun nə ziyan vurduğunu, nə xeyir verdiyini, nə əta etdiyini, nə qarşısını aldığını bilmək və xalqdan ümidini üzməkdir. Bəndə belə olsa, Allahdan qeyrisi üçün iş görməz, ümidi ilə qorxusu Allahdan qeyrisindən olmaz. Allahdan başqa heç kimə təmənna gözü ilə baxmaz. Budur təvəkkül.»
Allahın Peyğəmbəri (s): «Kim dağ vursa və ya (özünü qorumaq üçün) dua və əfsundan istifadə etsə, təvəkküldən bəhrəsi olmaz.»
. İmam Sadiq (ə) (Əbu Bəsirə cavabından): «Həddi-hüdudu olmayan heç nə yoxdur. Ərz etdim: Sənə fəda olum, təvəkkülün hədd-hüdudu nədir? Buyurdu: Yəqinlik. Ərz etdim: Yəqinliyin hədd-hüdudu nədir? Buyurdu: Allahdan qeyrisindən qorxmamaq.»
Təvəkkülün nəticəsi
Quran:
«Kim Allaha təvəkkül etsə, bu onunçun kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Həqiqətən, Allah hər bir şey üçün əndazə qoymuşdur.»
Hədis:
. Loğman (ə) (Övladına nəsihətindən): «Əziz övladım, Allaha etimad et. Onda camaatı ara-axtar (gör) ki, Allaha etimad edən, ancaq Allahın onu xilas etmədiyi bir kimsə varmı? Əziz övladım, Allaha təvəkkül et. Onda camaatı sorğu sual et ki, Allaha təvəkkül edən, Allahın isə onu təmin etmədiyi kimsə varmı?»
. Allahın Peyğəmbəri (s): «İnsanların ən güclüsü olmaq istəyən Allah-taalaya təvəkkül etməlidir.»
. İmam Əli (ə): «Kim Allaha təvəkkül etsə, çətin işlər onunçun asanlaşar, ona şərait yaranar.»
İmam Əli (ə): «Kim Allaha etimad etsə, Allah şadlığı ona göstərər. Kim Ona təvəkkül etsə, Allah onun işlərini təmin edər.»
İmam Baqir (ə): «Allaha təvəkkül edən məğlub olmaz. Allaha təvəkkül edən uğursuzluğa düçar olmaz.»
. İmam Sadiq (ə): «Ehtiyacsızlıq və izzət hər yanı gəzər, təvəkkülün məqamına çatdıqda orada ilişib qalar.»
. İmam Sadiq (ə) (Müaviyə ibn Vəhəbə): «Kimə təvəkkül verilsə, elə qane olmaq da verilər. Sonra buyurdu: Allahın kitabını oxumusanmı? Kim Allaha təvəkkül edərsə, bu ona bəs edər.»
. İmam Cavad (ə): «Allah-taalaya etimad hər bir bahalı şeyin qiyməti və hər yüksəkliyə çatmağın nərdivanıdır.»
Təvəkkül qaydaları Allahın Peyğəmbəri (s):
(Dəvənin dizini bağlayıb Allaha təvəkkül edim, yoxsa açıb-buraxıb təvəkkül edim?» deyə soruşan kişiyə cavbından): «Təvəkkül edərək dəvənin dizini bağla.»
«Mustədrəkul-Vəsail» kitabından: «Allahın Peyğəmbəri (s) bir dəstənin əkin-səpinlə məşğul olmağını gördükdə onlara buyurdu: Siz nəçisiniz? Ərz etdilər: Biz təvəkkül edənlərik. Buyurdu: Yox, siz (cəmiyyət üçün) çiyindəki yüksünüz.»
İmam Əli (ə) («Cəməl» döyüşündə bayrağı oğlu Məhəmməd ibn Hənəfiyyəyə verəndə): «Dağlar öz yerindən tərpənər, ancaq sən tərpənmə. Dişlərini bir-birinə qıca və başını Allahına əmanət tapşır. Ayağını yerə sanc. Baxışlarını düşmən qoşununun sonuna dik və gözlərini (qılınc və nizələrin parıltısına) bağla. Bil ki, qələbə pak Allah tərəfindən verilər.»
. «Mustədrəkul-Vəsail» kitabından: İmam Əli (ə) məscidin bir küncünə yığılmış sap-sağlam bir dəstə insanı gördükdə buyurdu: Siz kimsiniz? Dedilər: Biz təvəkkül edənlərik. Həzrət buyurdu: Yox, siz müftəxorlarsınız.»
İmam Sadiq (ə): «Halal ruzi qazanmağı buraxma! Çünki halal ruzi sənə öz niyyətində daha çox kömək edər. Dəvənin dizini bağla, sonra təvəkkül et.»
. İmam Sadiq (ə): «Kim Allahdan qorxsa, Allah onunçun çıxış yolu qoyar. Güman etmədiyi yerdən ona ruzi verər\" ayəsi nazil olduqda Allahın Peyğəmbərinin (s) səhabələrinin bir dəstəsi qapıları üzlərinə bağlayıb ibadətə başladılar və dedilər: «Bizim ruzimizə zəmanət verilmişdir.» Bu xəbər peyğəmbərə çatdı. Allahın Rəsulu onların arxasınca adam göndərib buyurdu: «Sizi bu işi görməyə nə vadar etmişdir?\" Ərz etdilər: «Ey Allahın Peyğəmbəri! Bizim ruzimizə zəmanət verilmişdir və buna görə də ibadətə üz tutduq.» Peyğəmbər (s) buyurdu: «Bilin ki, kim belə etsə, duası müstəcab olmaz. İş və qazanc dalınca gedin.»
Allahdan qeyrisinə üz tutmaq
Allahın Peyğəmbəri (s): «Allahdan qeyrisinə arxalanma ki, Allah səni onun kimisinə tapşırar.»
. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: Səmaların və yerin qapısını üzlərinə bağladıqlarımdan başqa elə bir məxluq yoxdur ki, xəlq edilmişlərə Mənim yerimə əl vursun. Belələrinin isə Məni dinlədikdə cavabını vermərəm və Məndən istəsələr əta etmərəm.»
İmam Əli (ə): «Özünə əminlikdən çəkin. Çünki bu şeytanın ən böyük tələlərindən biridir.»