QURAN QİRAƏTİ ELMİNDƏ ƏHLİ-BEYT (Ə) TƏRƏFDARLARİNİN HANSİ XİDMƏTLƏRİ OLUB?


Müəyyən səbəblərə görə adını çəkmək istəmədiyimiz bəzi təriqətlər belə bir şayiə yayırlar ki, Quranın qiraəti elmində şiələrin heç bir xidməti yoxdur. Bütün xidmətlər başqa təriqətə məxsusdur. Mövzu ilə bağlı \"QuranEvi” dətnəyi olaraq \"Əxlaq elmləri” üzrə tədqiqatçı Rza Əzizoğluna müraciət etdik.
Rza Əzizoğlu: \"Ümumiyyətlə hər cür təhrifin qarşısını almaq hər bir ilahiyyatçının vəzifəsidir. Əvvəla, onu qeyd etmək lazımdır ki, bu mövzunun ümumiyyətlə bəzi radikal təriqətlərə aidiyyəti yoxdur. Çünki onların bəzisi cəmi 200 ildir ki, İslamın düşmənləri tərəfindən yaradılıblar.
Həqiqət isə bundan ibarətdir: 1- İlk öncə Qurani-Kərimi tilavət etmək lazımdır. Qurani-Kərimi tilavət edən şəxslər hər cür milli, irqi, dil, rəng və sair təəssübkeşlikdən uzaq olmalıdır. Çünki, bu şeytani sifətlərə malik olan adam Qurani-Kərimi nə qədər çox qiraət etsə belə, hər an Allahdan uzaqlaşır.
Qurani-Kərim \"Nəhl \"surəsinin 98-ci ayəsində buyurur:
\"Quranı oxuyanda qovulmuş şeytandan uzaq olaraq Allaha pənah apar”
2- Qurani-Kərim Allah tərəfindən nazil olub. Qurani-Kərimin ayələrinə əsasən, Quran \"dərk etmək” \"anlamaq” \"təfəkkür etmək” \"yada salmaq” \"saflaşmaq” \"iman gətirmək” və \"əməl etmək” üçün nazil olmuşdur.
Buna görə də Qurani-Kərimi qiraət etmək zəruriliyi yalnız başlanğıc, başqa sözlə desək, birinci addımdır. Qiraətdən daha mühüm və vacib olan isə Qurani-Kərimin mənası üzərində düşünərək ayələrin məqsədini anlamaq, başa düşmək, sonra o mənalara iman gətirmək, daha sonra isə ona əməl etməkdən ibarətdir. Deməli, hər hansı bir insan 7 qiraət əvəzinə hətta 14 qiraət üslubunun hamısı ilə Qurani-Kərimi oxusa, amma \"dərketmə” , \"iman” və \"əməl” olmazsa, belə bir qiraətin də, belə bir qiraəti edən adamın da faydası yoxdur.
Həzrət Muhəmməd səllallahu əleyhi və alihi və səlləm buyurur:
\"Nə qədər quran oxuyanlar var ki, onlar Quran oxuyanda Quran onlara lənət oxuyur.”
3-Əhli-sünnənin əqidəsinə əsasən, İslam xəlifəsinin əleyhinə qiyam edən və mübarizə aparan adam \"kafir” , \"müşrik” , \"tüğyankar” , \"azmış” və \"yağı” hökmündədir. Şəkksiz Cəməl, Siffeyn və sair müharibələrdə İslam xəlifəsi ilə müharibə edənlər Qurani-Kərimi yaxşı qiraət edən adamlar olublar.
4- Qurani-Kərimin ilk Qaresi, yəni qiraətçisi Həzrət Muhəmməd səllallahu əleyhi və alihdir.
Bütün müsəlmanların icmasına görə Qurani-Kərimin ikinci qaresi Həzrət Əli əleyhissalamdır ki, o da bugünkü şiəlik məktəbinin əsas şəxsiyyətlərindən hesab olunur.
5- Qurani-Kərimin qiraətinin formalaşmasında və inkişafında Ərəb dilinin qrammatikası ən başlıca yerlərdən birini tutur. Ərəb qrammatikasının əsasını qoyan, yəni banısı həzrət Əli əleyhissalamın səhabəsi Əbul Əsvəd ədDuəlidir ki, o da şiədir.
6- Qurani-Kərimin qiraəti mövzusunda kimin ilk əsər yazması barəsində müsəlman alimləri tərəfindən 2 nəzər var. Alimlərin bir dəstəsinin nəzərinə əsasən Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi Yəhya ibn Yəmərdir ki, o da və şiədir. Alimlərin başqa bir dəstəsinin nəzərinə əsasən isə, Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi İmam Cəfər Sadiq aleyhissalamın səhabəsi Əban ibn Təğləbdir ki, o da şiədir.
7-Qurani-Kərimin qiraəti mövzusunda çoxlu adamların iştirakının olmasına baxmayaraq, onlardan yalnız 7 nəfəri qiraət məktəbi və qiraət üslubu yarada bilmişdir. Onlara \"qurraus saba” yəni \"yeddi qare” deyilir. Qurani-Kərimin qiraəti mövzusunda öz sözlərini demiş bu yeddi qare hicri-qəməri tarixi ilə 2-ci əsrin ikinci yarısında yaşamışlar. Bu yeddi qare Qurani-Kərimin qiraəti təbəqəsinin 3-cü mərhələsinə aiddirlər. Bəziləri daha 3 nəfəri, bəziləri isə 3 və 4 nəfəri də qarelərin siyahısına daxil edərək onların sayını 10 və ya 14 etmək istəmiş, amma o biri yeddi qare məşhurlaşa bilməmiş, onların qiraəti münasib və uyğun sayılmamışdır. 7 məşhur Qare bunlardır: 1-ibn Kəsir Maliki; 2-Nafe Mədəni; 3-Asim Kufi; 4-Həmzə Kufi; 5-Kəsai Kufi; 6-Əbu Əmr ibn Əla Bəsri; 7-ibn Amir
Qurani-Kərimin qiraəti fənninin yaradılmasının baniləri sayılan bu 7 nəfərin beşi (Asim, Nafe, Həmzə, Kisai, əbu Əmr) şiə, 2-si isə (ibn Kəsir, ibn Amir) əhli-sünnədən olub. Göründüyü kimi, 7 qarenin 5-i şiədir.
8- Hal hazırda bütün dünyada yayılmış və insanların əllərində mövcud olan Qurani-Kərim Həfsin rəvayəti əsasında tərtib edilmiş Asim Kufinin qiraətidir. Yuxarıda göründüyü kimi, Asim Kufi şiədir.
9- Yeddi Qarenin ustadları arasında ən məşhur ustad Asim Kufinin müəllimi olmuş Əbu Əbdurrəhman Səlmidir ki, onun da Qiraət ustadı Həzrət Əli əleyhissalam olmuşdur. Alimlərin nəzərinə əsasən, Asim Kufini 7 qarenin içində ən məşhur edən onun ustadının Əbu Əbdurrəhman Səlmi olmasıdır. Əbu Əbdurrəhman Səlmi də siədir.
10- Bu qədər sübutlarla yanaşı əgər şiələr Quranın yaşaması və qorunması üçün heç bir şey etməmiş olsaydılar belə, bütün müsəlman cəməyyəti üçün Qurani-Kərimin \"qiraəti” , \"tilavəti” , \"dərkedilməsi” , \"ayələrin mənasına iman” , \" ayələrə əməl” ... üçün ən möhtəşəm öyrətmə üslubu və təcəlli olan İmam Hüseyn əleyhissalamın Kərbəla hərəkatı Qiyamət gününədək kifayət edərdi.”
Fərid Abdullah
www.quranevi.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter