Axİrət Aləmİnİn mərhələlərİ HANSILARDIR?


Axirət aləminə aid olan bir sıra mövzulardan sonra onun mərhələləri haqda danışmaq münasib olardı:

1- Ölüm:
Ölüm ruhun təmamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər, hadisələr və s... səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi əməllərə görə Allah qarşısında hazır olacaqdır.
Bir sıra rəvayətlərə əsasən ölüm, mö\'min və yaxşı əməl sahibləri üçün asan, kafirlər və günahkarlar üçün isə çətin və ağır olacaqdır.
Kafirlər və qeyb aləmini inkar edənlər ölümü aradan gedib məhv olmaq kimi qələmə verir, mö\'minlər və saleh bəndələr isə onu məhv olmaq deyil, əksinə əbədi yaşayışa qovuşmaq bilirlər.

2- Qəbr:
Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s... işlərdən sonra qəbrdə dəfn olunur.
Kafir, müşrik və günahkarlar üçün qəbr sıxıntısı ən qorxulu və dözülməz hadisələrdən biri sayılır.
İstər müsəlman, istərsə də qeyri-müsəlman üçün qəbr məsələlərindən biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır. Onlar qəbrdə olan insandan Allah, peyğəmbər, müqəddəs kitab, İmam və s... məsələlər haqda sual edəcəkdir.

3- Bərzəx:
Bərzəx aləmi Qiyamət gününədək mö\'minlər və kafirlərin qalacağı müvəqqəti bir yerdir ki, mö\'minlər Qiyamət gününədək orada cənnətə oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar.
Bu aləm dünya həyatı ilə Axirət arasında olan ayrılıq və boşluğu doldurduğu üçün «Bərzəx» adlanmışdır.

4- Qiyamət:
«Qiyamət» sözü ayağa qalxmaq və dirçəliş mə\'nasını daşıyır. Qur\'ani-kərimdə bu gün «Yəvmud-din» (cəza və mükafat), «Yəvmul-axir» (son gün), «Yəvmul-həsrət» (Həsrət günü,) «Yəvmul-üsr» (çətin gün) və «Yəvmə tubləs-sərair» (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir.
Qur\'ani-kərimin buyurduğuna görə iki dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq.
Birinci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar öləcək və bununla da Qiyamət günü başlanacaqdır.
Şeypur ikinci dəfə çalındıqda isə ölmüş canlılar bir daha diriləcək və Allah hüzurunda dayanacaqlar. Qur\'ani-kərimdə oxuyuruq:
«İsrafil şeypuru çalacaq və Allah istədiyi kəslərdən başqa göylərdə və yerdə olan bütün canlılar öləcəkdir və sonra bir daha şeypur çalındıqda, insanlar ölümdən ayılaraq (məhşərə) baxacaqlar.»
Qiyamət gününün necə ağır və dəhşətli olduğunu diqqətinizə çatdırmaq üçün bir neçə ayəni qeyd edirik:
«Bağışlayan va mehriban Allahın adı ilə. Ey insanlar! Rəbbinizdən (qorxub) pərhizkar olun ki, şübhəsiz Qiyamət gününün zəlzəlzsi çox böyuk bir Hadisədir. O gün bütün südverən analar qorxudan öz körpələrini unudacaq və bütün hamilə qadınlar uşaqlarını salacaqlar.
O gün xalqı məst halda görəcəksən, halbuki onlar məst deyil və lakin Allahın əzabı şiddətlidir.»

Nəql olunmuş rəvayətə əsasən, bu ayələr «Bənil-müstələq» döyüşündə Həzrət Peyğəmbərə (s) nazil oldu. Peyğəmbər onu müsəlmanlar üçün oxudu və onlar qorxudan ağlayaraq pərişan oldular.
hamılıqla o günün şərrindən Allaha pənah aparırıq.
5-Qəbrdən qalxmaq:
Həzrət İsrafilin çaldığı ikinci şeypurdan sonra əvvəldən dəfn olunmuş insanlar öz qəbrlərindən qalxacaq və etdiyi əməllərin hesabını görəcəklər.
Qur\'ani-kərim bu haqda buyurur:
«(Onlar) qəbrlərdən çıxaraq həşəratlar kimi məhşərə səpələnəcəklər.»
6-Əməllərin hesablanması:
Qur\'ani-kərimin buyurduğuna əsasən, Qiyamət günündə zərrə qədər də olsa, yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab və cəza veriləcəkdir.
Rəvayətlərdən belə başa düşülür ki, yaxşı əməlləri artırıb daha çox savab almaq üçün Həzrət Peyğəmbər (s) və onun pak ailəsinə salavat göndərmək, («Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd»)-sözünü demək, həmçinin xoş əxlaqlı olmaq çox faydalıdır.
Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün bir sıra şahidlər şəhadət verəcəkdir. Qur\'ani-kərimin ayələrindən istifadə olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağıdakılardan ibarətdir:
Birinci: Allah-təala;
İkinci: İslam ümmətinin peyğəmbəri;
Üçüncü: İnsanın bədən üzvləri;
Dördüncü: Mələklər;
Beşinci: Yer;
Həmçinin Qur\'ani-kərimdə qiyamət günündə İslam ümməti, əməllər kitabı və əməllərin şəhadət verməsi barədə də söz açılmışdır.
7-Əməllər kitabının verilməsi:
Axirət aləminin həyəcanlı mərhələlərindən biri də insanlara əməllər kitabının verilməsidir.
Bu kitab insana sağ tərəfdən verilərsə onun cənnətə, sol tərəfdən verilərsə, cəhənnəmə kedəcəyi mə\'lum olacaqdır.
İnsanların bütün yaxşı və pis işləri bu kitabda yazılı halda təhvil veriləcəkdir ki, Qur\'ani-kərimdə bu haqda belə buyurulur:
«Onlar deyərlər: Vay olsun bizə! Bu nə cür kitabdır ki, bizim bütün kiçik və böyük əməllərimizi (unutmamış) və saxlamışdır!.»

8-Sirat körpüsü:
Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür. Bu dayanacaqlar aşağıdakılardan ibarətdir:
Birinci: Rəhm (qohum-əqrəba ilə yaxşı rabitə), əmanət və mə\'sumların vilayət və İmaməti;
İkinci: Namaz;
Üçüncü: Xüms və zəkat;
Dördüncü: Oruc;
Beşinci: Həcc;
Altıncı: Təharət və təmizlik;
Yeddinci: Məzalim (haqqun-nas və yaxud xalqın hüquqları);
Məryəm surəsinin 70-ci ayəsinə əsasən, bütün insanlar bu sirat körpüsündən keçməli, amma günahkarlar sirat üzərində büdrəyib Cəhənnəmə düşəcəklər.
Sadaladığımız yeddi dayanacağın hər birində insandan bu əməllərin yerinə yetirib-yetirməməsi soruşulacaq, onları yerinə yetirmişsə tez keçəcək, əks təqdirdə isə ayağı büdrəyəcəkdir. Amma mö\'min şəxslər bu körpünü bir göz qırpımında keçəcəklər.

9-Behişt ya Cəhənnəm:
Axirət aləminin sonuncu və əbədi mərhələsi cənnət və ya cəhənnəmdən ibarətdir ki, cənnət yaxşı əməl sahibləri olan mö\'minlər, cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir.
Məşhur alim Şeyx Səduq (r.ə) bu barədə deyir:
«Cənnət haqda əqidəmiz belədir: Həqiqətən cənnət əbədilik və sağlamlıq evidir. Orada ölüm, qocalıq, xəstəlik, ziyan və fanilik yoxdur...həmçinin cənnətdə Heç bir qəm-qüssə, hacət və yoxsulluq olmayacaq. Cənnət ehtiyacsızlıq və səadət evidir.»
Cəhənnəm Haqda olan əqidəmiz isə belədir: Həqiqətən cəhənnəm zillət evi olub küfr və günah əhlindən intiqam alınmaq yeridir ki, yalnız küfr və şirk əhli orada əbədi olaraq qalacaqdır.»

AXİRƏT ALƏMİ BARƏDƏ BİR NEÇƏ SÖZ
1-Mə\'lum olduğu kimi, dünyada yaxşı əməl sahibi olan mö\'minlər əbədi olaraq cənnətdə, kafirlər və müşriklər isə əbədi olaraq Cəhənnəmdə qalacaqdır. Amma günahkar müsəlmanlar müvəqqəti cəhənnəm əzabından sonra Cənnətə aparılacaq və əbədi olaraq orada qalacaqlar.
2-Şəfaət bir şeyin digər bir şeyin kənarında durmasına deyilir. İmtahandan iki almış şagirdə bir qiymət əlavə edərək üç qiymətlə müəllim tərəfindən edilən bu hörmət, şəfaət üçün ən yaxşı bir misaldır.
Bizim əqidəmizə əsasən qiyamət günü peyğəmbərlər, İmamlar, alimlər, şəhidlər və salehlər, bə\'zi günahkar bəndələrə şəfaət edəcək və beləliklə Allah-təala onların təqsirindən keçəcəkdir. Qur\'ani-kərimdə oxuyuruq:
«Qiyamət günü Allahın izn verdiyi və sözlərini bəyəndiyi şəxslərdən başqa heç bir kəsin şəfaəti fayda verməz.»
Qeyd etmək lazımdır ki, şəfaət heç də səhlənkar, müqəssir və bu kimi digər şəxslərə aid olmayıb, yalnız məxsus insanlar üçün Allah izni ilə həyata keçəcəkdir.
3-Müsəlman məzhəbləri arasında olan ixtilaflardan biri də «v\'əd» və «və\'id» məsələsidir. «Və\'d» savab və xeyir, «Və\'id» isə əzab və cəza üçün işlədilir. Bizim əqidəmizə əsasən Allah-təala heç vaxt öz və\'dinə yalançı çıxmaz.
Necə ki, Qur\'ani-kərimdə buyurur:
«Bu Allah və\'didir və Allah heç vaxt öz və\'dinə yalançı çıxmaz, lakin xalqın çoxu bundan agah deyildir.»

Lakin və\'id (cəza və əzab və\'dəsini) yerinə yetirib-yetirməməkdə ixtiyar sahibidir. Yə\'ni Allah-təala bir şəxs və ya bir millət üçün və\'id (cəza və əzab və\'di) verərsə, bu və\'dinə əməl edib-etməməsi öz ixtiyarındadır. Necə ki, Qur\'ani-kərimdə buyurur:
«Göylərdə və yerdə olan hər bir şey Allaha məxsusdur, o istədiyini bağışlayar və istədiyinə əzab verər və Allah bağışlayan və mehribandır.»[128]
Pərvərdigara! Bizə həqiqi İslam maarifinə yiyələnməkdə yardımçı ol və bircə an da bizi qəflətdə saxlama! İlahi Amin.
Zumər surəsi, ayə.73

«Tövbə» surəsi, ayə.68
«Ə`raf» surəsi, ayə 49
«Zəlzələ» surəsi, ayə 7-8
«Munafiqun» surəsi, ayə 10
«Əl-mizan təfsiri», 7-ci cild;«Yasin» surəsi, ayə.78-79,
«Əl-mizan təfsiri», 20-ci cild; «3əlzələ» surəsi.
«Yasin» surəsi, ayə.65
«Məryəm» surəsi, ayə.40
«Əlbabul-hadi əşər»,7-ci fəsil, səh.105
Qur\'ani-kərimin Mö\'minun surəsinin 100-cü ayəsi, həmçinin bir sıra rəvayətlərdə Bərzəx aləmi haqda danışılmışdır.
Zumər surəsi, ayə.68
«həcc» surəsi, ayə.1-2
Qəmər surəsi, ayə.7
3əlzələ surəsi
Bu barədə Həcc surəsi, ayə.17, Nisa surəsi, ayə.41, Nəhl surəsi, ayə.89, Nur surəsi, ayə.24, Qaf surəsi, ayə.21 və 3əlzələ surəsi, 4-5-ci ayələrə baxa bilərsiz.
Bu barədə Bəqərə surəsi, ayə.143, Kəhf surəsi, ayə.49, Ali İmran surəsi, ayə.30 baxa bilərsiz.
Kəhf» surəsi, ayə,49
«Əl-e\'tiqadat fi dinil-İmamiyyə» səh.53-54
«Qəvaidul-əqaid» səh.149
«Taha» surəsi, ayə.109
«Rum» surəsi, ayə.6.
«Ali imran» surəsi, ayə.129.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter