Həzrətİ Zəhra(s) Şeyxeyndən razı İdİmİ?
Cavab: Fərz edək ki, Fatimə (s) haçansa iki şeyxdən narazı olub , lakin iki şeyxin Fatimə (s)-nın ömrünün axır günlərində gəlib ondan halallıq alması da sübuta yetmişdir. Necə ki, Beyhəqi və başqaları bunu nəql etmişlər:
عن الشعبي قال لما مرضت فاطمة أتاها أبو بكر الصديق فأستئذن عليها فقال علي يا فاطمة هذا أبو بكر يستئذن عليك فقالت أتحب أن أأذن؟ قال نعم فأذنت له فدخل عليها يترضاها وقال والله ما تركت الدار والمال والأهل والعشيرة إلا لإبتغاء مرضاة الله ومرضاة رسوله ومرضاتكم أهل البيت ثم ترضاها حتى رضيت
“Fatimə (s) xəstə olduğu zaman Əbubəkr halallıq almaq üçün onun yanına getdi. Onunla görüşmək üçün icazə istədi. Əli (ə) Fatimə (s)-ya buyurdu:
-Əbubəkr görüşmək üçün icazə istəyir. Fatimə (s) “əgər istəyirsənsə gəlsin. ” –deyə buyurdu. Əli (ə) buyurdu:
-Bəli.
Sonra Fatimə (s) icazə verdi. Əbubəkr daxil olub Fatimə (s)-nın razılığını almaq istəyirdi. Əbubəkr dedi:
And olsun Allaha! Evimi, yaşayışmı, mal-dövlətimi və yaxınlarımı yalnız Allahın, Rəsulun və siz Peyğəmbər ailəsinin razılığını əldə etmək üçün tərk etmişəm. Sonra Fatimə (s) ondan razı olduğunu bildirdi.”
البيهقي، احمد بن الحسين (المتوفي 458هـ) دلائل النبوة، ج 7، ص 281؛
البيهقي، احمد بن الحسين (المتوفي 458هـ) الاعتقاد والهداية إلى سبيل الرشاد على مذهب السلف وأصحاب الحديث، ج 1، ص 354، التحقيق: أحمد عصام الكاتب، الناشر: دار الآفاق الجديدة - بيروت، الطبعة: الأولى، 1401هـ.
Cavab və araşdırma
Şəhidə, Siddiqə Fətimeyi Zəhra (s)-nın iki şeyxdən razı qalmaması onların xəlifəliklərinin şəri olmasını sual oltına aparır. Çünki bu sübut edir ki, Rəsuli-Əkrəm (s)-in tənha yadigarı, iki dünya qadınlarının ən üstünü, behişt qadınlarının xanımı Əbubəkr və Ömərin xəlifəliyinə müxalif, onlardan narazı və qəzəbli olmuşdur. Əhli sünnənin ən səhih kitablarında nəql olunmuş səhih rəvayətlərə əsasən, Fatimənin razılığı Allahın razılığı, onun qəzəbi Allahın qəzəbidir.
Elə buna görə də Əhli sünnə alimləri əl-ayağa düşüb bir neçə rəvayət qondarmaqla iki şeyxin Peyğəmbərin qızını qəzəbləndirdikdən sonra ömrünün axır anlarında onun ziyarətinə gedib ondan halallıq istəmiş və Fatimə (s) da onlardan razı qıldığını bildirməsini sübut etməyə çalışmışlar.
Bunun cavabında deyirik:
Birincisi: Rəvayətin sənədi mürsəldir. Çünki Şəbi tabeindəndir, özü bu hadisənin şahidi olmamışdır.
İkincisi: Fərz edək ki, tabeinlərin mürsəl rəvayətlərini qəbul edirik. Yenədə Şəbinin rəvayətini qəbul etmək mümkün deyil. Çünki Şəbi Əmirəl-möminin Əli (ə)-ın düşmənlərindən , nasibi olmuşdur. Necə ki, Bəlaziri və Əbu Hamid Ğəzali elə Şəbinin özündən nəql edirlər:
عن مجالد عن الشعبي قال: قدمنا على الحجاج البصرة، وقدم عليه قراء من المدينة من أبناء المهاجرين والأنصار، فيهم أبو سلمة بن عبد الرحمن بن عوف رضي الله عنه... وجعل الحجاج يذاكرهم ويسألهم إذ ذكر علي بن أبي طالب فنال منه ونلنا مقاربة له وفرقاً منه ومن شره....
“Bəsrə şəhərində bir dəstə insanla Həccacın hüzuruna daxil olduq. Mühacir və Ənsarın övladlarından olan bir dəstə Mədinəli qarilər, o cümlədən Əbu Səlmə ibn Əbdürrəhman ibn Ovf da orada idilər. Həccac onlarla söhbət edirdi. Əli ibn Əbu Talibi xatırladı və ona qarşı nalayiq sözlər işlətdi. Bizdə onun razılığını əldə etmək və şərrindən amanda qalmaq üçün Əliyə qarşı nalayiq sözlər işlətdik...”
البلاذري، أحمد بن يحيى بن جابر (المتوفي279هـ) أنساب الأشراف، ج 4، ص 315؛
الغزالي، محمد بن محمد أبو حامد (المتوفي505هـ)، إحياء علوم الدين، ج 2، ص 346، الناشر: دار االمعرفة – بيروت
Bir nasibinin rəvayəti bizim üçün hüccət və sübut ola bilərmi?!
Əhli sünnənin ən səhih kitablarında Fatimə (s)-nın Əbubəkrdən narazı qalması:
Üçüncüsü: Fatimə (s)-nın Əbubəkrdən narazı qalması gün kimi aydın və inkarolunmazdır. Buxari əhli sünnənin ən səhih kitabı olan “Səhihi-Buxaridə” Fatimə (s)-nın dəfələrlə Əbubəkrə qarşı qəzəblənməsindən söhbət açmışdır. “Əbvabul-xums” bölməsində yazır:
فَغَضِبَتْ فَاطِمَةُ بِنْتُ رسول اللَّهِ صلى الله عليه وسلم فَهَجَرَتْ أَبَا بَكْرٍ فلم تَزَلْ مُهَاجِرَتَهُ حتى تُوُفِّيَتْ
“Rəsulullah (s)-in qızı Fatimə (s) Əbubəkrdən üz döndərmişdir. Dünyadan köçənə qədər onunla barışmadı.”
البخاري الجعفي، محمد بن إسماعيل أبو عبدالله (المتوفي256هـ)، صحيح البخاري، ج 3، ص 1126، حديث: 2926، باب فَرْضِ الْخُمُسِ، التحقيق د. المصطفى ديب البغا، الناشر: دار ابن كثير، اليمامة - بيروت، الطبعة: الثالثة، 1407 - 1987.
Buxari “Əl-məğazi” kitabının, “Ğəzvətul-Xeybər” fəslində, 3998-ci hədisdə deyir:
فَوَجَدَتْ فَاطِمَةُ على أبي بَكْرٍ في ذلك فَهَجَرَتْهُ فلم تُكَلِّمْهُ حتى تُوُفِّيَتْ
“Fətimə (s) Əbubəkrə qarşı qəzəbləndi. Dünyadan köçənə qədər onunla danışmadı.”
البخاري الجعفي، محمد بن إسماعيل أبو عبدالله (المتوفي256هـ)، صحيح البخاري، ج 4، ص 1549، حديث: 3998، كتاب المغازي، باب غزوة الخيبر، التحقيق د. المصطفى ديب البغا، الناشر: دار ابن كثير، اليمامة - بيروت، الطبعة: الثالثة، 1407 - 1987.
Buxari “Əl-fəraiz” kitabının “Qovlin-Nəbi (s) la nuvərrisu ma tərəkna sədəqətun” fəslində, 6346-cı hədisdə deyir:
فَهَجَرَتْهُ فَاطِمَةُ فلم تُكَلِّمْهُ حتى مَاتَتْ
“Sonra Fatimə (s) Əbubəkrdən üz döndərdi və dünyadan köçənə qədər onunla danışmadı.”
البخاري الجعفي، محمد بن إسماعيل أبو عبدالله (المتوفي256هـ)، صحيح البخاري، ج 6، ص 2474، حديث: 6346، كتاب الفرائض، بَاب قَوْلِ النبي (ص) لا نُورَثُ ما تَرَكْنَا صَدَقَةٌ، التحقيق د. المصطفى ديب البغا، الناشر: دار ابن كثير، اليمامة - بيروت، الطبعة: الثالثة، 1407 - 1987.
İbn Quteybiyyənin rəvayətində nəql olunub ki, o iki nəfər Fatimə (s)-nın ziyarətinə gəldikləri zaman Fatimə (s) onlara daxil olmaq üçün icazə vermədi. Naçar qalıb Əmirəl-möminin Əli (ə)-ın yanına gedib Fatimə (s) ilə görüşmək üçün vasitəçilik etməsini istədilər. Fatimə (s) Əli (ə)-ın cavabında buyurdu:
البيت بيتك
Yəni Əlican! “Ev öz evindir.” İxtiyar sahibisən, kimə istəyirsən icazə ver. Əli (ə) hüccəti tamam etmək, sonralar o iki nəfər “biz Fatimə (s)-dən halallıq almaq istəyirdik, lakin Əli (ə) icazə vermədi”-deyə bəhanə gətirməmək üçün onlara icazə verdi.
Onlar üzürxahlıq istədikləri zaman Xanım Zəhra (s) qəbul etmədi və onlardan belə bir etiraf aldı:
نشدتكما الله ألم تسمعا رسول الله يقول: رضا فاطمة من رضاي وسخط فاطمة من سخطي فمن أحب فاطمة ابنتي فقد أحبني ومن أ رضى فاطمة فقد أرضاني ومن أسخط فاطمة فقد أسخطني
Sizi and verirəm Allaha! Məgər siz ikiniz Rəsulallah (s)-dən “Fatimənin razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbimdır. Qızım Fatiməni sevən həqiqətdə məni sevmişdir. Fatiməni razı salan həqiqətdə məni razı salmışdır, onu qəzəbləndirən həqiqətdə məni qəzəbləndirmişdir” –deyə buyurduğunu eşidməmisinizmi? Hər ikisi “bəli, biz Rəsulallah (s)-dən bucür eşitmişik”- deyə cavab verdilər.
Daha sonra Fatimə (s) buyurdur:
فإني أشهد الله وملائكته أنكما أسخطتماني وما أرضيتماني ولئن لقيت النبي لأشكونكما إليه
Mən Allahı və mələkləri şahid tuturam ki, siz ikiniz məni qəzəbləndirmisiniz və mən sizdən narazıyam. Atamla görüşdükdə sizin ikinizdən şikayət edəcəyəm.
Bununlada kifayətlənməyib daha sonra buyurdu:
والله لأدعون الله عليك في كل صلاة أصليها
And olsun Allaha! Hər namazdan sonra sizə qarğış edəcəyəm.
الدينوري، أبو محمد عبد الله بن مسلم ابن قتيبة (المتوفي276هـ)، الإمامة والسياسة، ج 1، ص 17، باب كيف كانت بيعة علي رضي الله عنه، التحقيق: خليل المنصور، الناشر: دار الكتب العلمية - بيروت - 1418هـ - 1997م.
Bunları bildikdən sonra necə inana bilərik ki, Fatimə (s) o iki nəfərdən razı qalmışdır?! Buxarinin rəvayəti üstündür yoxsa Beyhəqinin? Bir halda ki, o Əli (ə)-in düşməni hesab olunur və özüdə bu hadisənin şahidi olmamışdır?!
Dördüncüsü: Əgər Fatimeyi Zəhra (s) o iki nəfərdən razı qalmışdısa, bəs niyə ona zülm edənlər onun dəfnində və namazında iştirak etməsinlər deyə gecə dəfn olunmasına vəsiyyət etdi? Bu haqda hədisləri “Gecə dəfn olunması əhli-sünnət kitablarında” başlıqı altında nəql etdiyimiz üçün yenidən təkrar etmirik.
Əlbəttə, mümkündür biri desin ki, “Əbubəkr sonradan peşman olub tövbə etmişdir.” Onun cavabında deməliyik ki, tövbə insanın daxilindən gələn peşmançılıq olduğu zaman faydalı və dəyərlidir. Birdə öz keçmişini islah etsin. Yəni, tövbə edən şəxs pozduğu haqları, istər ilahi haqlar olsun istərsədə camaatın haqqını islah etməlidir.
İndi belə bir sual edirik: Görəsən Əbubəkr nəsuh tövbəsi etməsi və Allah taala da onun tövbəsini qəbul etməsi üçün Fədəki Fatimeyi Zəhra (s)-ya qaytardımı?
Nəticə: Fatimə (s)-nın iki şeyxdən qəzəblənməsi və ömrünün sonuna qədər onlardan razı qalmaması əhli-sünnətin ən səhih kitablarında nəql olunmüş məsələlərdən biridir. Sənəd silsiləsində nasibi olan “Fatimə (s)-dan razılıq almışdılar” deyən Beyhəqinin rəvayəti etibarsızdır.
İslammaarifinde Elmi Tədqiqatı Mərkəz