Bu düzdürmü ki, Əhli-Beyt (ə) davamçıları (ə) cəhənnəmə getməyəcəklər?


Əgər Əhli-Beyt (ə) davamçısı dedikdə həqiqi Əhli-Beyt (ə) davamçısı nəzərdə tutulursa, yəni həm əməlində və həm də nəzərində Həzrət Peyğəmbərə (s) və İmamlara (ə) ardıcıllıq edərsə, onları həyatlarının əsl ülgüsü hesab edərsə, həyatın bütün sahəsini dini təlimlər üzərində tənzim edərsə, Allahın eşqi bütün varlığını bürüyərsə, Peyğəmbər (s) və İmamlara (ə) olan sevgisi İlahi hadayətin nişanəsi kimi onu məşğul edərsə - bu cür insan günaha əslən yaxın olmaz və cəhhənəm əhli olmaz. Ancaq əgər bu sualda məqsəd istilahi Əhli-beyt (ə) davamçısıdırsa, ya da daha düzgün desək, Əhli-beyt (ə) davamçısı adı altında tanınan müsəlmandırsa, o zaman onun aqibəti haqda müəyyən heç nə demək olmaz.

Şəhid Mütəhhəri \"İlahi ədalət” kitabında yazmışdır: \"Hal-hazırkı əsrin müsəlmanlarının geridə qalmalarının əsas amili - yersiz qürur göstərmələridir. Bu xüsusilə Əhli-beyt (ə) davamçıları arasında yaranmışdır. Onlar Əhli-beyt (ə) davamçısı olmayanların yaxşı əməllərini qəbul olmayan hesab edir və Əhli-beyt (ə) davamçılarının günahlarının mütləq bağışlandığını düşünürlər. Yəni səadət və xoşbəxtlik üçün lazım olan şərt Əhli-beyt (ə) davamçısı olmaqdır. Daha doğrusu adının Əhli-beyt (ə) davamçısı olması. Bəs onda bizimlə başqalarının günahları bir cür mühasibə olursa, Əhli-beyt (ə) davamçısı olmaqla, olmamağın nə fərqi var?”

\"Əliyə (ə) məhəbbət elə bir həsənədir ki, günahın zərər vurmasına mane olar”. Yəni günahın yol tapmasına mane olar. Ancaq mənası o deyildir ki, Əliyə (ə) məhəbbət bütün etdiyin günahları təsirsiz edər.

Demək lazımdır ki, Əhli-beyt (ə) davamçısı ilə olmayan arasında fərq o zaman məlum olur ki, hər ikisi rəhbərlərinin dediklərinə əməl edərlər. Yəni, bu fərqi müsbət tərəfdə axtarmaq lazımdır, mənfi deyil. Bu ona bənzəyir ki, iki xəstə iki həkimə müraciət edir, biri təcrübəli həkimə, o birisi isə təcrübəsiz həkimə. Heç biri onlara verilən reseptə əməl etməzlər. Sonra əvvəli giley edər ki, bəs niyə mən təcrübəli həkimə müracitə edə-edə o birisi xəstə kimi sağalmamışam.

Ona görə də İmam Sadiqin (ə) səhabələrindən biri onun bu sözlərini: \"O zaman ki, İmama mərifət əldə etdin, hər nə istəyirsən et” kəlamını səhv başa düşərək, belə yozmuşdu ki, hər kim İmamı tanısa, oğurluq, zina, şərab içmək və sair günahları etməsi caizdir. İmam (ə) dəfələrlə xəbərdarlıq etmişdi ki, necə ola bilər ki, biz öz əməlimizə məsuliyyət daşıyaq, ancaq davamçılarımızdan bu vəzifəni dəf edək? Bu cümlənin məzmunu budur ki, xeyir əməllərin qəbul olunması şərti İmama qarşı mərifətdir. Nəinki İmamı tanımaq hər bir nalayiq əmələ gətirib çıxara bilər.

O ki, qaldı Məsumların (ə) şəfaətinə, burada həqiqi Əhli-beyt (ə) davamçıları nəzərdə tutulur. Yəni o kəslər ki, Məsumların (ə) ardınca getməyi həyatının əsas məqsədi qərar veribdir. Hərdənbir səhv də edir ki, bu zaman Məsumlar (ə) onun dadına çatırlar. Bu Əhli-beyt (ə) adını bədnam edənlərə aid deyildir.

Böyük alimlərin birinin dilindən belə nəql edirlər: \"Əliyə (ə) məhəbbət bir həsənədir ki, günahın zərər vurmasına mane olur” hədisinin mənası odur ki, əgər Əlinin (ə) məhəbbəti doğrudursa, heç bir günah insana zərər vurmaz. Əli (ə) kimi bir rəhbərə aşiq olan insan onun rəftarına məftun olar, bu da günah fikrini ondan uzaqlaşdırar. Əlbəttə, gərək məhəbbəti sadiqanə olsun. Deməli, hədisin mənası budur ki, Əlinin (ə) məhəbbəti günahın zərər vurmasının qarşısını alır. Yəni günahın yol tapmasına mane olur”.

İmam Sadiq (ə) bu haqda buyurmuşdur: \"Allaha günah edirsən, halbuki onu sevdiyini iddia edirsən! Əgər məhəbbətin düzgün olsaydı, Ona itaət edərdin. Çünki təbiidir ki, hər dostluq öz məhbubunun mütiidir, itaət edənidir”.

Ustad Mütəhərrinin nəzərinə görə insanlar İlahi qanunlar əsasında xoşbəxt və bədbəxt olmağı bəşərin ictimai qanunları ilə müqayisə edirlər. Ona görə də bu cür səhvlərə yol verirlər. Qurani-Kərimdə və hədislərimizdə günahın cəzaları haqqında o qədər danışılmışdır ki, saymaqla qurtarmaz. Onların heç biri nə kafirlərə və nə də Əhli-beyt (ə) davamçısı olan və olmayan müsəlmanlara məxsusdur. Əgər müsəlmanlar və başqa tövhid əhli fəsad edərlərsə, Allahın əməli göstərişlərinə xəyanət edərlərsə, bərzəx və Qiyamətdə uzun əzaba düçar olarlar. Burada heç kimə fərq qoyulmaz. Əgər vəba xəstəliyi gələrsə, Əhli-beyt (ə) davamçısına və qeyrisinə baxmır. İlahi qanunlar da axirət səadət və əzabına görə hazırki şəraitə tabedir. Bu belə deyildir ki, əgər kimsə iddia etsə ki, mənim adım İslamda Əhli-beyt (ə) davamçısı kimi qeyd edilmişdir, adım müsəlmandır, gərək başqalarından üstün olam. Bu, düzgün deyildir.


Quran və hədislərin nəzərincə bu məsələ qətidir ki, əgər günahkar müsəlman olsa belə, İlahi əzaba düçar olacaqdır. İmanı onu xilas edə bilər, ancaq ola bilsin ki, onun nicatı illərlə əzab və əziyyət çəkəndən sonra olsun. Bəzilərinin günahının hesabını ölümünün çətinliyi ilə, bəzilərinin qəbir əzabı və cəhənnəm əzabı ilə, bəzilərinki isə Qiyamət günü haqq-hesab edəcəklər.


(Porseju/Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter