İblisin 10 dostu və 10 düşməni kimdir?


Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: \"Mənim ümmətimdən olan dostların nə qədərdir?”
İblis cavab verdi: \"On dəstə: zalım rəhbərlər, lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir fərqi olmayan haram yeyən, rəhbərin zülmü ilə müvafiqət edən alim, xain (camaatı aldadan) tacir, möhtəkir (yəni, bir şeydən çox miqdarda alıb qıtlıq zamanında da onu baha satmaqdan ötrü saxlayan kəs), zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa çalışan kəs.”

Sonra Həzrət (s) soruşdu: \"Bəs mənim ümmətimdən olan düşmənlərin kimlərdir?”
İblis cavab verdi: \"On beş dəstə insan. Birincisi, sən özün, ikincisi, əməl sahibi olan alim, üçüncüsü, Quran qiraət edib ona əməl edənlər və beş dəfə azan deyənlər, dördüncüsü, yoxsulları, kimsəsizləri və yetimləri sevənlər, beşincisi insanları sevib onlara qarşı mehriban olanlar, altıncısı, haqq qarşısında təvazökar olanlar, yeddincisi, ömrünün baharını Allaha itaətdə keçirərək gecənin bir aləmi bütün gözlər yuxuda olarkən namazla məşğul olan cavanlar, səkkizincisi, haramdan qorunan kəslər, doqquzuncusu, Allah yolunda xeyirxahlıq edənlər, (başqa bir hədisdə \"qəlbində heç bir kin qoymayaraq mömin qardaşından ötrü dua edənlər”), onuncu, daim dəstəmazlı olanlar, on birincisi səxavətlilər, on ikinci xoş xasiyyət olanlar, on üçüncüsü, Allahın vədələrini təsdiqləyənlər, on dördüncü, pak və örtülmüş qadınlar, on beşincisi də, ölümə hazır olan kəslər.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter