Namazda nə üçün üzü qİbləyə durmalıyıq?


Cavab: Namazın üzüqibləyə qılınması o demək deyil ki, Allahın qiblə istiqamətində məkanı var. Quranda qiblə məsələsi ilə bağlı buyurulur: “Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah oradadır...” Digər bir ayədə isə belə buyurulur: “Şərq də, qərb də Allahındır.” Unutmamalıyıq ki, insan maddi bir varlıq olduğundan üzünü hansısa bir istiqamətə tutmağa məcburdur. Əgər qiblə göstərişi olmasaydı, təbii ki, ibadət zamanı hərə üzünü bir tərəfə tutacaqdı. Amma İslamda bu məsələ yetərincə həll olunmuşdur. Kəbə evi ən qədim tövhid mərkəzidir. Bu ev tövhid qəhrəmanı həzrət İbrahim tərəfindən bərpa edilmiş və bütün Peyğəmbərlərin diqqət mərkəzində olmuşdur. Bu tövhid mərkəzinə diqqət Allaha diqqətdir. Belə bir mərkəzə üz tutmuş insan özünü Allah hüzurunda hiss edir.
Bundan əlavə, dünya müsəlmanlarının gün ərzində beş dəfə bu müqəddəs mərkəzə üz tutması vəhdət, birlik nişanəsidir. Vahid qiblə İslami birliyə yardım göstərir və dünya müsəlmanları eyni bir cəhətə üz tutmaqla İslamın əzəmətini nümayişə qoyurlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter