İnsan Xoşbəxtlİyİnİn Əsasları nədİR?


Qurani-kərim «Əsr» adlanan kiçik bir surədə (\"And olsun əsrə ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”) təkidlə and içərək buyurur ki, dörd xislətə malik olmayan insan zi­yan və bədbəxtlik içindədir. Onlardan birincisi iman, ikin­­cisi yaxşı əməl, üçüncüsü insanların bir-birini haqqa vadar et­­məsi, dördüncüsü insanların bir-birini səbrə, təmkinliliyə və möh­­kəmliyə təşviq etməsidir. Bunlar bəşəriyyətin xoşbəxtlik sa­­rayının dörd sütun və əsasıdır. Birinci əsas, yəni iman, insan hə­­yatının ən əsas və mühüm əsasıdır. İnsan insan olaraq iman­sız xoş və rahat həyata malik ola bilməz. İnsanın hərəkət və fəa­­liyyətləri yeyib-içmək, yatmaq, qəzəb, şəhvət və müvəqqəti ləz­­zətlər çərçivəsindən nə qədər çıxırsa, dayaq nöqtəsinə möh­tac­­dır. Həmin dayaq nöqtəsi olmasa, insanın hərəkət və fəa­liy­yə­­ti nə qaydasına düşər, nə də sevinc və rəğbətlə yoldaş olar. Am­­ma əgər biz hər hansı bir heyvanı, məsələn, atı və ya qo­yu­nu, yaxud maralı nəzərə alsaq, onun «iman» adlandırdığımız şe­­yə ehtiyacının olmamasını görərik. Çünki həmin heyvanın iş­lə­­ri, hərəkət və fəaliyyəti məhduddur. Onun işi su içmək, ot­la­maq, atılıb-düşmək və bir də uzaq başı balasını saxlamaqdır. Bu əməllərdə onun bələdçisi, hərəkət amili və dayaq nöqtəsi tə­­bii və ibtidai instinktdir. O, acanda və ya susayanda heç bir şəkk-şübhə və tərəddüdə düşmədən ot və ya su dalınca gedir.

Əgər insanın da iş və hərəkətlərinin çərçivəsi təbii və fitri hə­rə­­kətlərdə məhdudlaşsaydı, onun da işlərinin dayaq nöqtəsi yal­nız ibtidai və təbii instinkt olardı. Lakin nə etmək olar ki, in­sa­nın zəruri iş və hərəkətlərinin əhatə dairəsi bunlardan çox-çox böyükdür. Çünki insanı heyvandan fərqləndirən ilk cəhət onun həyatının ictimai olmasıdır. İctimai həyat insanın baş­qa­la­rın­dan saysız-hesabsız qədər yararlanmasına səbəb olmuşdur. Bu­na görə də sayəsində saysız-hesabsız faydalar əldə etdiyi cə­miy­yət qarşısında onun öhdəsinə bir sıra vəzifələr və mə­su­liy­yət­lər düşür. Boyuna düşən vəzifələrin yerinə yetirilməsi ictimai bir məsələ olduõu üçün daha burada instinkt və təbiət hökm sür­mür və burada təbii işlərin yerinə yetirilməsindəki asanlıq və yün­güllük, ləzzət və şövq yoxdur. Burada insan çiyinlərində yal­nız vəzifə və məsuliyyətin ağırlığını hiss edir və hətta hiss edir ki, bir çox hallarda həmin vəzifələrin yerinə yetirilməsi onun şəxsi istək, meyil və təbiətinə ziddir. Vəzifə və məsuliyyət on­dan düzlük, əmanətdarlıq, fədakarlıq, insaf, ədalət, təqva, if­fət, paklıq tələb edir, onun şəxsi təbiəti isə bunların əksinə ola­raq, hökm edir ki, ləzzət və şəxsi mənafe üçün yalan danışsın, xə­yanət və oğurluq etsin, fədakarlıq, insaf və ədalətdən boyun qa­çırsın, kama çatmaq üçün təqva, paklıq və iffət libasını bu­laş­dır­sın. Burada insan özünü öz təbiət və mənafeyinə zidd bir sı­ra böyük qərarların qarşısında görür. Belə bir şəraitdə insanın ru­hunu bu fəzilətlərə razı edən dayaq nöqtəsi olmasa, onun bu və­zifənin öhdəsindən gəlməsi qeyri-mümkündür. Bu dayaq nöq­təsi Qurani-kərimin bəşəriyyətin xoşbəxtliyi üçün qeyd et­di­yi dörd sütundan biri – imandır.

İkinci əsas və sütun yaxşı əməldir. Ola bilər ki, bəzilərinin ima­nı olsun, amma onlar yaxşı əməl sahibi olmasınlar. İlk ba­xış­da bunun, yəni insanın imana malik olub imanın cil­və­lə­rin­dən olan yaxşı əmələ sahib olmamasının təsəvvür edilməsi bir az çətindir. Lakin təəccüb etmək lazım deyil. Çünki bəzən in­san­ların əsas prinsiplərə, Allaha, peyõəmbərlərə, səma ki­tab­la­rı­na və din övliyalarına etiqad və imanları olur, amma bəzi sa­pı­n­tılar və səhvlər ucbatından belə güman edirlər ki, təkcə ima­na malik olmaq yetərlidir və əməlin elə də əhəmiyyəti yoxdur. Ya­xud ola bilər bəzilərinin əməlləri də olsun və həmin əməllər iman və etiqada əsaslansın, amma onlar əməlin müəy­yən­ləş­di­rilməsində səhv etmiş olsunlar. Yəni onlar iman və əqid­ə­lə­ri­nin hökmü ilə bir sıra işlər görsünlər, amma həmin əməllərin heç bir təsir və xeyiri olmasın. Çoxları ilə rastlaşırıq ki, əqidə və iman­ları əsasında zəhmət çəkirlər, səy göstərirlər, lakin mənasız və boş yerə; onların həmin əməllərinin zərrəcə müsbət təsiri ol­mur.

Bəşəriyyətin xoşbəxtliyinin üçüncü sütunu insanların bir-bi­ri­ni imana, həqiqətə və yaxşı işlərə təhrik və təşviq etməsidir. Cə­miyyətdə insanlar özlərinin imanının olmasından və yaxşı iş­lər görmələrindən əlavə, həm də söz və əməlləri ilə bir-birini iman və yaxşı işlərə təşviq etməlidirlər. Cəmiyyət özünü elə for­ma­laşdırmalıdır ki, insanlar Allah eləməmiş yaxşı və xeyir iş­lə­rin təlqininin deyil, pis və pozõun təlqinlərin təsiri altında ol­sun­lar.

Dördüncü əsas, insanların bir-birini səbrə, təmkinli və möh­kəm olmağa təşviq etməsi, həvəsləndirməsidir. Dövran həmişə in­sanların istəyinə uyğun olmur, hadisələr küləyi həmişə gə­mi­nin hərəkət istiqamətində əsmir. Buna görə də xoşagəlməz ha­di­sələr qarşısında möhkəm dayanmaq, müqavimət göstərmək la­­zımdır. İnsanlar, gərək, daim bir-birinə səbirli və möhkəm ol­ma­ğı tövsiyə etsinlər. Qurani-kərim buyurur: \"Şübhəsiz, əgər (in­­sanlar haqq) yolda sabitqədəm olsalar, mütləq onları (Öz rəh­mət dəryamızdan) bol su (maddi və mənəvi bərəkətlər) ilə si­rab edərik”. (Cin, 16)

Mürtəza Mütəhhəri


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter