İmam Hüseynə (ə) qiyamı ilə səhv etmişdi deyən şəxsin aqibəti necə oldu?!
Hafiz əl-Heysəmi "Məcmə əz-zəvaid və əl-mənbə əl-fəvaid" kitabında yazır:
حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ حَنْبَلٍ، ثنا بَكْرُ بْنُ خَلَفٍ، ثنا أَبُو عَاصِمٍ، ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْحَضْرَمِيُّ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعِيدٍ الْجَوْهَرِيُّ، ثنا أَبُو عَامِرٍ الْعَقَدِيُّ، كِلَاهُمَا عَنْ قُرَّةَ بْنِ خَالِدٍ، قَالَ: سَمِعْتُ أَبَا رَجَاءٍ الْعُطَارِدِيَّ يَقُولُ: " لَا تَسُبُّوا عَلِيًّا وَلَا أَهْلَ هَذَا الْبَيْتِ، فَإِنَّ جَارًا لَنَا مِنْ بَلْهُجَيْمِ قَالَ: أَلَمْ تَرَوْا إِلَى هَذَا الْفَاسِقِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ قَتَلَهُ اللهُ، فَرَمَاهُ اللهُ بِكَوْكَبَيْنِ فِي عَيْنَيْهِ، فَطَمَسَ اللهُ بَصَرَهُ "
Bizə Abdullah bin Əhməd bin Hənbəl rəvayət etdi (və dedi): bizə Bəkr bin Xələf rəvayət etdi (və dedi): bizə Abu Asim rəvayət etdi (birinci sənədin sonu) və bizə Muhəmməd bin Abdullah əl-Həzrəmi rəvayət etdi (və dedi): bizə İbrahim bin Səid əl-Cəvhəri rəvayət etdi (və dedi): bizə Əbu Amir əl-Əqədi rəvayət etdi, (Asim və Əbu Amir) hər ikisi Qurrə bin Xaliddən rəvayət etdilər və dedilər: Əba Rəca əl-Utaridinin belə dediyini eşitdik: «Nə Əlini, nə də Əhli-beytdən bir kəsi söyməyin. Bəlhuceymdən olan bir qonşum “Görürsünüz bu fasiq Hüseyn ibn Əlini?! Allah onu öldürsün» – demişdi. Allah onu iki ulduzla gözlərindən vuraraq kor etdi.
Süleyman bin Əhməd ət-Təbərani, Mucəm əl-kəbir, c.3, s.112, h.2830; Məktəbə əl-Ulum vəl-Həkəm, Mosul, 1404/1983; təhqiq: Həmdi bin Əbd əl-Məcid əs-Sələfi (onlayn mənbə: 1, 2, 3)
Fotoşəkil: Süleyman bin Əhməd ət-Təbərani, Mucəm əl-kəbir, c.3, s.119, h.2830; Məktəbə İbn Teymiyyə, Qahirə, Misir; təhqiq: Həmdi bin Əbd əl-Məcid əs-Sələfi
Kitabı yükləmək üçün: ÜNVAN
Hafiz əl-Heysəmi bu rəvayəti qeyd etdikdən sonra yazır:
رَوَاهُ الطَّبَرَانِيُّ، وَرِجَالُهُ رِجَالُ الصَّحِيحِ.
Bunu ət-Təbərani rəvayət etmişdi, raviləri «əs-Səhih»in raviləridir.
Hafiz əl-Heysəmi, Məcmə əz-zəvaid və mənbə əl-fəvaid, c.9, s.130; Dar əl-Fikr, Beyrut, 1412/1992 (onlayn mənbə: 1, 2, Digər nəşr - 9/196 - 3 )
Fotoşəkil: Hafiz əl-Heysəmi, Məcmə əz-zəvaid və əl-mənbə əl-fəvaid, c.9, s.229, №15157; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata