İmam Hüseynin (ə) qiyamı İslam tarixində hansı təsir və nəticələrlə sonuclanmışdır ?!
-İslamın dirçəlişi və Peyğəmbər sünnəsi
Bəzi yazarlar İmam Hüseynin (ə) qiyamının və şəhadətinin ən mühüm təsirini İslam dininin dirçəlişi hesab etmişlər. (1) İmam Xomeyninin fikrincə, Kərbəla hadisəsi baş verməsəydi, Yezid bin Müaviyə İslam dinini və Peyğəmbərin (s) sünnətini alt-üst edərdi.[2]
-Bəni-Üməyyə hökumətinə qarşı etiraz hərəkatlarının formalaşması
İmam Hüseynin (ə) şəhadətindən sonra Əməvilərə qarşı etiraz hərəkatları yarandı. Təbərinin tarixinə görə, Əməvilərə qarşı qiyamın başlanması hicri 61-ci illə bağlıdır ki, İmam Hüseynin(ə) şəhadətindən sonra bir qrup insan həmişə onun intiqamını almaq üçün tədbirlər görürdü.[3] İlk etiraz belə idi. Abdullah bin Afif Əzdinin İbn Ziyadla qarşıdurması. O, Kufə məscidində İmam Hüseyni (ə) yalançı adlandıran, onu və atasını yalançı adlandıran İbn Ziyadın çıxışına etiraz etdi.[4] Həmçinin Sistan tarixində bir xəbərə görə, Sistan əhalisi İmam Hüseynin (ə) şəhadəti xəbərin eşidəndə onlar Übeydullah bin Ziyadın qardaşı olan Sistan hakiminə qarşı üsyan etdilər.[5] Mədinə əhalisi də Abdullah bin Hənəzzələ başçılığı ilə Yezid bin Müaviyə hökumətinə qarşı qiyam qaldırdılar.[6] Hicrətin 63-cü ilində Hənzələ bin Əbi Ameri (ə) Mədinə əhalisinin qiyamının səbəblərindən biri hesab edir.[7]
- Təvvabin üsyanı
Əsas məqalə: Təvabin üsyanı
Aşura hadisəsindən sonra İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qanını istəmək məqsədi ilə Süleyman bin Sərd Xəzainin başçılığı ilə hicri 65-ci ildə Təvabin qiyamı baş verdi.[8] Təvabin qoşunu Kərbəlaya çatdıqda atlarından düşüb ağladılar və İmamın (ə) qəbrinə çatdılar və coşqulu bir məclis təşkil etdilər.[9] Süleyman onların arasında dedi: İlahi, şahid ol ki, biz Hüseynin (ə) dini və yolundayıq , onun qatillərinin düşməniyik.[10]
- Muxtarın qiyamı
Hicri 66-cı ildə Muxtar Səqəfi İmam Hüseynə (ə) qisası üçün qiyam etdi və Kufə şiələri də ona qoşuldular.[11] O, qiyamında iki şüar işlətdi: “Ya Ləsaratül-Hüseyn” və “Mənsur Əmet”.[12] Bu qiyamda Kərbəla hadisəsini törədənlərin çoxu, o cümlədən Übeydullah bin Ziyad, Ömər bin Səad, Şimr ibn Zil Cəvşən və Xoli öldürüldü.[13]
- Zeyd bin Əlinin qiyamı
Əməvi hökumətinə qarşı Zeyd bin Əli bin Hüseynin üsyanı formalaşdı. Zeyd hicri 122-ci ildə on beş min Kufə əhalisinin beyətinə arxalanaraq Əməvi xəlifəsi Hişam bin Əbdülməlikə qarşı qiyam qaldırdı. Şiə alimlərindən olan Şeyx Mufid, Zeyd bin Əlinin Əməvi hökumətinə qarşı qiyamın əsas motivini İmam Hüseynin (ə) qanın yerdə qoymamaq və qisasını almaq istəyi hesab etmişdir.[14]
- Kərbəla qiyamının Əməvilərin süqutuna təsiri
Kərbəla qiyamının Əməvilərin süqutuna təsiri oldu. Çünki insanlar Kərbəla hadisəsinin səbəbkarı Əməviləri hesab edirdilər. İmam Hüseyn (ə) də öz qiyamını Yezidin hakimiyyətinə qarşı adlandırdı.O, “Əla-İslam əl-Səlam” kimi ifadələrlə onun və Əməvilərin hakimiyyətini və Yezidin it oynatmasını və içki içməsini vurğulayıb şübhə altına aldı.[15]
Abbasilər də Əməvilərə qarşı qiyamın əsas səbəblərindən birinin İmam Hüseynin (ə) qisası olması olduğunu bildirdilər.[16]
- ↑ Kədivər, Nəqşe nehzəte Aşura dər şeklgiri və tədavome İnqilabe İslami İran, s.12
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, s.17, s.52
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.558
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
- ↑ Tarixe Sistan, h.ş 1366, s.100
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.230
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.68-69
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.8, s.251
- ↑ İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1417, c.3, s.264
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.589
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.6, s.20
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
- ↑ Mufid, Əl-İrşad, h.q 1399, c.2, s.171-172
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.245
- ↑ Rəfii, Nəqşe Aşura və Əzadarihaye əsre Əimme (ə) dər suqute Əməviyan və piyruziye Abbasiyan, s.72