ƏHLİ SÜNNƏ QAYNAQLARINDA ✅ Səhabələr Hz. Hüseynin (Allah ondan razı olsun) İraqa getməsinə qarşı çıxaraq qayıtmasını istəyirlər?!


➖ Səhabələrdən və qeyri-səhabələrdən olan bir çoxları Hüseyni (Allah ondan razı olsun) İraqa getməkdən çəkindirirdilər. Onlardan Abdullah ibn Ömər ibn Xəttabı (Allah ondan razı olsun), Abdullah ibn Abbası (Allah ondan razı olsun), Abdullah ibn Amr ibn Ası (Allah ondan razı olsun), Əbu Səid əl-Xudrini (Allah ondan razı olsun), Abdullah ibn Zubeyri (Allah ondan razı olsun) və Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Muhəmməd ibn Hənəfiyyəni (Allah ondan razı olsun) misal gətirmək olar.

 

Onlardan bəzilərinin sözləri:

1-Abdullah ibn Ömər:

 Şabi deyir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Məkkədə olarkən Hüseynin (Allah ondan razı olsun) İraqa yollanması xəbərini eşidir. O, da üç günlük yol gedərək Hüseynə (Allah ondan razı olsun) çatır və deyir: “Hara gedirsən?” O, “İraqa” deyir və ona İraqdan gələn məktubları göstərərək onların ona kömək edəcəklərini və beyət etdiklərini deyir. İbn Ömər etiraz bildirərək onu getməkdən çəkindirir. Lakin, Hüseynin (Allah ondan razı olsun) getməkdə israrlı olduğunu gördükdən sonra onu qucaqlayaraq ağlayır və deyir: “Səni ölümdən Allaha əmanət buraxıram”.

 2-Abdullah ibn Abbas:

İbn Abbas (Allah ondan razı olsun) əmisi nəvəsi olan Hüseynin (Allah ondan razı olsun) ora getməsinin onun üçün təhlükəli olduğunu bildiyinə görə bu rəydən çəkinməsinə çox çalışsa da bacarmır və sonda deyir: “Əgər insanlar məni və səni qınamasaydılar barmaqlarımı saçlarına keçirdib səni getməyə qoymazdım”.

3-Abdullah ibn Zubeyr:

 İbn Zubeyr (Allah ondan razı olsun) də Hüseyni (Allah ondan razı olsun) getməkdən çəkindirərək deyir: “Hara gedirsən?! Atanı öldürənlərin və qardaşını tənə edənlərin yanına gedirsən?! Getmə!” Lakin, Hüseyn (Allah ondan razı olsun) artıq getməyində qərarlı idi.

4-Əbu Səid əl-Xudri:

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir: “Ey Əbu Abdullah mən sənə nəsihətçiyəm və sizə şəfqət edirəm. Artıq mənə çatmışdır ki, Kufədən olanlar sənə yazaraq ora getməni istəyirlər. Getmə onların yanına! Atandan Kufəlilər haqqında belə dediyini eşitdim: “And olsun Allaha ki, artıq onlardan bezdim və onlara nifrət etdim. Onlar da məndən bezdilər və mənə nifrət etdilər. Onlarda heç vəfa yoxdur. Kim onları qazanarsa yalnız qılıncla qazanar”/https://islamevi.az/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter