Namazın təşəhhüdündə Əttəhiyyətu demək İmam Sadiqdən (ə) nəql olunmuşdur ?! Hədisin araşdırılması


Zurarənin İmam Cəfər əs-Sadiq (ə.s) ilə təşəhhüd barədə söhbəti.   
İnternetdə Cəfəri məzhəbli qardaş və bacılarımızı haqq yoldan azdırmaq üçün istifadə olunan "copy-paste"-lərdən biri də budur:

زرارة قال: (سألت أبا عبد الله عن التشهد .. قلت التحيات والصلوات .. فسألته عن التشهد فقال كمثله، قال: التحيات والصلوات، فلما خرجت ضرطت في لحيته وقلت: لا يفلح أبداً) رجال الكشي 142

“Zurara nəql edir ki: “Cəfər Sadiq (ə)-dən təşəhüd barəsində soruşdum və o, belə cavab verdi: “Əttəhiyyətu vas-sələvatu....” Mən yenə təşəhüd barəsində soruşdum və o, yenə belə cavab verdi: “Əttəhiyyətu vas-sələvatu....” Mən oranı tərk edən zaman (arxamdan) onun saqqalına yel buraxdım və ona dedim ki: “Biz səndən heç vaxt xeyir götürməyəcəyik.” (Rical əl-Kəşşi", səh.142).

CAVAB:

Əvvəla, rəvayəti tam şəkildə gözdən keçirək, sonra isə hədis barədə alimlərin rəyləri, ravilərin adları və onların rical elminə əsasən etibarlılıq dərəcələri ilə tanış olaq.

يوسف قال حدثني علي بن أحمد بن بقاح، عن عمه، عن زرارة، قال : سألت أبا عبد الله (عليه السلام) عن التشهد فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له و أشهد أن محمدا عبده و رسوله، قلت التحيات الصلوات قال التحيات و الصلوات، فلما خرجت قلت إن لقيته لأسألنه غدا، فسألته من الغد عن التشهد فقال كمثل ذلك، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، قلت ألقاه بعد يوم لأسألنه غدا، فسألته عن التشهد فقال كمثله، قلت التحيات و الصلوات قال التحيات و الصلوات، فلما خرجت ضرطت في لحيته و قلت لا يفلح أبدا

Yusif dedi, Əli b. Əhməd b. Bəqqah mənə əmisindən, o da Zurarədən onun belə dediyini rəvayət etdi: ......

Rical əl-Kəşşi, c.2, s.159, №265

Onlayn mənbə 1: al-shia.org

ALİMLƏRİN BU RƏVAYƏT BARƏDƏ RƏYLƏRİ:

1. Seyyid əl-Xoi   - Və xüsusən də rəvayətin bütün raviləri məchuldur.    Mucəm ricalul-hədis, c.8, s.245

Onlayn mənbə 1: shiaonlinelibrary.com

Onlayn mənbə 2: shariat.org

Qeyd: Seyyid əl-Xoinin Yusif adlı ravini məchul hesab etməsinin səbəbi onun hansı Yusif olduğunun təyin olunmamasından irəli gəlir.

2. Şeyx Tusi:    Şeyx Tusi bu hədisi qeyd etdikdən sonra yazır:  يوسف ابن السخت وهو ضعيف    (Sənədində) Yusif b. Səxt var və o, zəifdir.  

 İxtiyar marifətur-rical, c.1, s.379, №265

Onlayn mənbə 1: alseraj.net

Onlayn mənbə 2: yasoob.com

HƏDİSİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

A - Yusif b. Səxt

1. Əllamə Hilli onun "zəif" olduğunu deyib. (Xulasətul-əqval fi marifətur-rical, s.265)   Onlayn mənbə: 1234 (4 nömrəli mənbədə Əllamənin sözləri səhifə 419-dadır.)

2. Əbu Ğalib əz-Zurari onun "zəif" olduğunu deyib. (Tarix ali Zurarə, c.1, s.62)   Onlayn mənbə: 123 

3. Əllamə Məclisi onun "zəif" olduğunu deyib. (Biharul-ənvar, c.6, s.41)   Onlayn mənbə: 1234

4. Muhəmməd Əli əl-Ərdəbili onun "zəif" olduğunu deyib. (Camiur-ruvat, c.2, s.352)   Onlayn mənbə: 1

5. əl-Xəzzaz əl-Qummi onun "zəif" olduğunu deyib. (Kifayətul-əsər, s.339)  Onlayn mənbə: 1

 

B - Əli b. Əhməd b. Bəqqah  Şiə rical elminə əsasən məchuldur, heç bir kitabda onun haqqında məlumat yoxdur.

C - Əli b. Əhmədin əmisi  Şiə rical elminə əsasən məchuldur, heç bir kitabda onun haqqında məlumat yoxdur.

Beləliklə, məlum olur ki, bu hədisin sənədi həddən artıq zəifdir, çünki ravilərinin hamısı ya məchul, ya da zəif şəxslərdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter