Səhabələr də Peyğəmbər (s) və övliyaların ziyarətinə gedərdilər ?!
حدثنا أبو العباس محمد بن يعقوب ، ثنا العباس بن محمد بن حاتم الدوري ، ثنا أبو عامر عبد الملك بن عمر العقدي ، ثنا كثير بن زيد ، عن داود بن أبي صالح ، قال : أقبل مروان يوما فوجد رجلا واضعا وجهه على القبر ، فأخذ برقبته وقال : أتدري ما تصنع ؟ قال : نعم ، فأقبل عليه فإذا هو أبو أيوب الأنصاري رضي الله عنه ، فقال : جئت رسول الله صلى الله عليه وآله وسلم ولم آت الحجر سمعت رسول الله صلى الله عليه وآله وسلم ، يقول : " لا تبكوا على الدين إذا وليه أهله ، ولكن ابكوا عليه إذا وليه غير أهله ".
هذا حديث صحيح الإسناد ، ولم يخرجاه.
قال الذهبي في التلخيص : صحيح.
Bizə Əbu əl-Abbas Muhəmməd bin Yəqub rəvayət etdi: bizə əl-Abbas bin Muhəmməd bin Hatəm əd-Duri rəvayət etdi: bizə Əbu Amir Əbd əl-Məlik bin Ömər əl-Aqdi rəvayət etdi: Kəsir bin Ziyad bizə Davud bin Əbi Salehdən belə dediyini rəvayət etdi: «Bir gün Mərvan bin Həkəm bir nəfərin üzünü Peyğəmbərin qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan: «Nə etdiyini bilirsənmi?» – deyə səsləndi. Yaxına gəldikdə onun Əbu Əyyub əl-Ənsari olduğunu gördü. O dedi: «Bəli, mən daşın yanına yox, Peyğəmbərin yanına gəlmişəm.» Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: «Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın.»
(əl-Hakim dedi:) Bu hədisin sənədi səhihdir, lakin onlar (əl-Buxari və Müslim) öz kitablarında nəql etməyiblər.
əz-Zəhəbi “ət-Təlxis”də dedi: Səhihdir.
əl-Mustədrək əla əs-səhiheyn, c.4, s.560, h.8571; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata
Qeyd: Gördüyünüz kimi, bu gün qəbir ziyarətinə qarşı çıxıb qəbirlərə ehtiram göstərənlərə müşrik deyən şəxslər eynilə zalım və qaniçən Mərvan bin Həkəmin əqidəsinin daşıyıcılarıdır. Bu şəxslər anlamır ki, Peyğəmbəri (s) ziyarət edənlər daşa, qəbrə ibadət etmirlər. Əbu Əyyub əl-Ənsari də məhz bunu çatdırmaq istəmişdir.