Hər kəsi maraqlandıracaq suallardan : Qurban bayramı niyə keçirilir?
“Qurban” kəlməsinin lügəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.
İslamda qurbanın dini hökmü ilə əlaqədar olaraq Quranda və Hz. Mühəmmədin(s) hədislərində bəyanlar vardır. Məsəslən, Qurani Kərimin əl- Kövsər surəsinin 2-ci ayəsində açıq şəkildə buyurulur ki, “Rəbbin üçün namaz qıl, qurban kəs”. Həzrəti Peybəmdərin (s) hədislərində də qurban kəsmənin vacibliyi vurğulanır:“Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim məscidimizə yaxınlaşmasın”
Kimlər qurban kəsməlidir? Qurban kəsən şəxsdə də dört şərt olmalıdır:
1. Müsəlman olmaq
Qurban kəsmək istəyən hər bir kimsənin islamın digər ibadətlərində olduğu kimi müsəlman olması lazımdır. Qeyri müsəlmanların qurban kəsməsi vacib deyil.
2. Ağıllı və həddi buluğ yaşında olmaq.
Ağıl xəstəsi və uşaqların dini və hüquqi cavabdehliyi olmadığı üçün qurban kəsmələri vacib deyil.
3. Səfərdə olmamaq.
Səfərdə olan müsəlman qurban kəsmək məcburiyyətində deyil. Amma istərsə, maddi vəziyyəti buna imkan verirsə kəsə bilər.
4. Müəyyən miqdar bir mala sahib olmaq.
Müsəlman borcları və ehtiyaclarından başqa 20 misqal(85 qr) qızıla və ya buna bərabər olan pula və ya mala sahib olarsa, dinimizə görə zəngin sayılır. Bu miqdar mala sahib olan müsəlman qurban kəsməlidir.sheffafliq.az