“Fələq” və “Nas” surəsini fəziləti, insan ruh və bədəninə təsiri haqda hədislərdə nələr buyurulmuşdur?


 -Fəzl ibn Yəsar deyir: Əbu Cəfərin (ə) belə buyurduğunu eşitdim: Allahın Rəsulunun (s.ə.v.v.) cismində şiddətli ağrılar tapılmışdı. Cəbrail və Mikail (ə) o həzrətin xidmətinə gəldilər. Cəbrail (ə) o həzrətin baş tərəfində Mikail (ə) isə onun ayaq tərəfində oturdu. Beləliklə Cəbrail (ə) "Qul əuzu birəbbil fələq" surəsini Mikail isə "Qul əuzu birəbbin-nas" surəsini oxuyub o həzrəti dua etdilər və Allaha sığındılar.


Pis adət olan vasvaslığı aradan qaldırmaq üçün ərəb ayının on dördündə Nas surəsini bir qaba yazıb onu yuyub, o qabdan su için və onunla dəstəmaz alın. İnşaallah tezliklə vasvaslıqdan nicat tapar.
Deyirlər əgər Həmd və muəvvəzətəyni müqəddəs türbətlə yazıb, qadın və kişiyə içirtsəniz qadın oğlan uşağına hamilə olar. Əsəb xəstəliyini müalicə etmək üçün çoxlu nüsxələrdənbir neçəsini burada qeyd edirəm.


1-Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü. İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (fələq və nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı. Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar.
2-İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş ayrı bir hədisdə yazılıb ki, xəstənin yanında əyləşib Həmd, Fələq, və Nas surələrinin hər birini on dəfə bihuş olmuş xəstəyə oxusanız, o ayılar.
3-Bu xəstəliyə qarşı ər-Rəhman surəsini kağıza yazaraq, “Ayətəl-kürsü”nü isə onun haşiyəsində yazıb özünüzdə saxlayın.
4-Ləyl surəsini əsəb xəstəliyinin təsirindən bihuş olmuş adamın qulağına oxusanız ayılar.
5-Cin surəsini oxuyub əsəbdən bihuş olmuş şəxsə tərəf üfürsən o ayılar.
6-Bu ayəni oxusan və yaxud yazıb onun suyunu içsən əsəb xəstəliyin sağalar.
Ayə-"Bismillahir-rəhmanir-rəhim. Fəxələfə min bəədihim xəlfun əzaus-səlatə vəttəbəuş-şəhəvati fəsəvfə yəlqunə ğəyyən." (Məryəm 59) "Və səlləllahu əla Muhəmmədin və alihi əcməin."


Yeddi ədəd mərci böyüklüyündə həb, yeddi ədəd qara dənə və yeddi damcı balı suda yaxud yağda qarışdırın. Sonra isə Həmdi, Muəvvəzətəyni “Ayətəl-kürsü”nü, Hədid surəsinin əvvəlinidən (1-ci ayədən 5-ci ayəyə )"tərcəul umur" -a qədər və Həşr surəsinin (21-ci) "Ləv ənzəlna " ayəsindən həmin surənin sonuna qədər düzəltdiyiniz məcuna oxuyun və sonra onu için. İnşaallah şifa taparsınız.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter