İxlas (Tövhid) surəsini oxumağın savab və dəyəri haqda Əhli Beyt (ə) -ın hədislərində nə buyurulmuşdur ?
(İxlas)
1-İmam Baqir (ə) buyurdu: Bir kəs gün ərzində beş dəfə namaz qıla, və onların heç birində "Qul huvəllahu əhəd" surəsini oxumasa, ona xitab olunar ki, ey Allahın bəndəsi sən namaz qılanlardan deyilsən.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kim "Qul huvəllahu əhədi" oxusa, Allah ona birinci ayəni oxumağın səbəbinə min (rəhmət) nəzəri edər, ikinci ayəni oxumağın səbəbinə onun min xahişini (istədiyi) qəbul edər, və dördüncü ayəni oxumağın səbəbinə onun min hacətini qəbul edər.
3-İmam Sadiq (ə) buyurdu: Hər kəsə bir xəstəlik yaxud giriftarçılıq üz versə, onu dəf etmək üçün "Qul huvəllahu əhəd" surəsini oxumasa, və elə o hadisənin səbəbi ilə ölsə, o şəxs od əhlindən olacaqdır.
4-İmam Sadiq (ə) buyurdu: Bir kəsin Allaha və Qiyamət gününə imanı vardırsa, özünün vacibi namazların qıldıqdan sonra "Qul huvəllahu əhəd" surəsini oxumağı tərk etməsin. Çünki hər kəs namazını qılıb qurtardıqdan sonra onu (Tovhid surəsini) oxusa, Allah dünya və axirətin xeyrini verər, onun atasını, anasını, övladlarının ata-anasının hamısını bağışlayar.
5-İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) Səd bin Məazın cənazəsinə namaz qılıb buyurdu: Doxsan min mələk onun cənazəsinə namaz qıldılar, Cəbrail də onların arasında idi.
6-İmam Sadiq (ə) buyurdu: Hər kəs öz yatağında uzanıb, "Qul huvvəlahu əhəd" surəsini on bir dəfə oxusa, Allah onu öz evində və qonuşuluğundakı evləri qoruyacağdır.
7-Əmirəl-möminin (ə) buyurdu: Bir kəs "Qul huvəllahu əhəd" surəsini sübh namazından sonra on bir dəfə oxusa, həmin gündə günaha aludə olmaz, hərçənd ki, bu əməl Şeytanın istəyinin əksinədir. sibtayn.com/az