Məmun Əbbasi nə üçün Mərvdə İmam Rzaya (ə) bayram namazını qılmağı təklif etdi və sonra qarşısını aldı ?!


      Bayram günü Məmun bayram namazını İmamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. İmam (ə) bunu qəbul etmədi. Lakin Məmunun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Məmun qəbul etdi və İmam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da İmamla (ə) birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdır ki, sanki göy, yer və bütün məxluqlar İmamın (ə) səsinə səs verərək təkbir deyirdilər.


Məmunun vəziri Fəzl ibn Səhl vəziyyəti belə təhlükəli gördükdə Məmuna xəbər verdi ki, əgər İmam (ə) bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə imamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. İmam (ə) Məmunun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o Həzrət (ə) xalqa göstərdi ki, bunların hamısı Məmunun oyunlarıdır. Xalqın Məmuna qarşı olan qəzəb və nifrəti, İmama (ə) qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Məmunun ikiüzlü və hiyləgər olduğunu və İmam (ə) haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər. sibtayn.com/az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter