İmamın (ə) Mərv şəhərinə gəlişi zamanı Məmunun xəlifəlik təklifinə cavabı nə oldu ?!


Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. İmam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geyindiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?»


Məmun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. İmam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. İmam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən öncə dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Məmun, «səni kim zəhərləyəcək?» - deyə soruşduqda İmam (ə) buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma».
Məmun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız İmamla (ə) beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun.


Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu imam Məhəmməd Təqiyə (ə) adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi. www.sibtayn.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter