Məhərrəmlik mərasimləri özünü döyənlər və işgəncə verənlər mərasimi...” deyildirmi?!


K.Hitçens: “Susuz Kərbəla çölündə tərk edilmiş və ya aldadılmış imam Hüseynin dəhşətli ölümü ilə bağlı vəhşi şəhidlik kultu, öz qurbanlıq liderlərinin darda qalmasından kədərlik hissinə qapılıb özünü döyənlər və işgəncə verənlər mərasimi...”

CAVAB:

Əzadarlıq mərasi­minə irad tutulur. Cavab olaraq bildiririk ki,  İmam Hüseynin (ə) nə nöqsanı, nə də eybi var. İnsanlar həzrəti dəvət etdi, İmam Hüseyn (ə) də öz hədəflərinə çatmaq və insani, islami dəyərləri qorumaq naminə bu addımı atıb canından keçdi; bu elə bir yol idi ki, əməvilərin zülmünü aradan aparmaq üçün nəzərdə tutulmuşdur. Bu gün qeyri-müsəlman alimlər belə müsəlmanlar və İslamın, İmam Hüseynin (ə) qələbəsini görür və bunu daha yaxşı başa düşürlər. Burada hansısa bir nöqsan və çatışmazlıq yoxdur. Ateistlər şiələrin keçirdiyi mərasimləri “özünü döyən­lər və işgəncə verən­lər mərasimi” adlandırır.

    Fərz edin, ateist Hitçensi azad fikirləri, ateistlik üçün göstərdiyi xidmətlərinə görə öldürsəydilər və İmam Hüseynin (ə) başına gələnlər onun başına gətirilsəydi, ateistlər bu hadisəyə nə deyəcəkdilər? Üç ehtimal vermək olar: birincisi, ateistlər bu hadisəyə gülər və sevinclə qarşılayardılar;

   ikincisi, bu hadisəyə sükut edər, heç nə deməz və bitərəf qalardılar. Təbii ki, hər iki halda ağıl sahibləri onları tənqid edəcəkdilər.

Üçüncüsü, bir ateist olaraq nahaq yerə öldürülən bu həmfikirlərini müdafiə edəcəkdilər; ya sözdə, ya ağlamaqla və yaxud da digər vasitələrlə ona dəstək olmağa və digərlərinə çatdırmağa çalışacaqdılar. İmam Hüseyn (ə) də şiə və İslam dünyası üçün önəmli şəxslər­dən biridir, Allah yolunda şəhid olmuşdur, şiələr də həzrətin məzlumluğuna göz yaşı axıdır, ona edilən bu dəhşətli zülmü bütün dünyaya bəyan etməyə çalışır.

Tanrı böyükdür Kitabı  146-147 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter