K.Hitçens: “Bir çox şiə mərasimlərinin şahidi olmuşam. Onların ayinlərinin qismən katoliklərdən mənimsələndiyini öyrə¬nən¬-də çox da təəccüblənmədim”.
K.Hitçens: “Bir çox şiə ritual və mərasimlərinin şahidi olmuşam. Bu səbəbdən, onların ayinlərinin qismən katoliklərdən mənimsələndiyini öyrənəndə çox da təəccüblənmədim”.
CAVAB: Maraqlıdır, Hitçens bu ritual və mərasimləri harada görüb? Məsələn, həmin mərasimlərdən biri əzadarlıqdır, görəsən, məsihilər əzadarlıq edir və sinə vururlarmı?
Əgər belə olsaydı, nə üçün indiyə qədər məsihilər həmin adət-ənənələri müsəlmanların və xüsusilə şiələrin üzünə vurmayıb və deməyiblər ki, bunu bizdən götürmüsünüz? Bəzi işlər var ki, bunda Allahın razılığı var və bütün dinlərdə müştərəkdir. Məsələn, ölən bir şəxs üçün göz yaşı tökmək və əzadarlıq etmək kimi. Bunlar insanlıqdan, fitrətdən irəli gəlir və bütün dinlərdə yer alması mümkündür.
Tanrı böyükdür Kitabı 146-cı səhifə. İlahiyyatçı: Camir Ağayev.