K.Hitçens: “Peyğəmbərlər, həqiqətən, inan¬clıdırlarmı? Bəlkə onlar insanları şüurlu şəkildə aldadırlar?!”


CAVAB:    Siz ki peyğəmbərləri görməmisiniz! Özü də bütün peyğəmbərləri nəzərdə tutursunuz. Bütün iddialarınızda olduğu kimi, bir dəlil ortaya qoymursuz. Sonuncu Peyğəmbərin (s) gətirdiyi kitab Qurandır, əvvəlkilərin də gətirdiyi kitablar məlumdur. Heç bir peyğəmbər yalandan nəyisə demir, doğru danışırlar. Hitçens kimi ateistlər dəlilsiz-sübutsuz belə iradları qəbul edir, lakin varlığı haqqında bir çox dəlilləri olan Allahı qəbul etmirlər.

Peyğəmbərlər kitablar gətirmişlər, o cümlədən İslam Peyğəmbəri (s) də. Onun sözündə yalan yox idi, hətta kafirlər, İslama iman gətirməyənlər belə həzrətin əma­nətdar və doğrudanışan olduğunu qəbul etmişlər. Biz ateistlərdən bu məsələylə bağlı dəlil tələb etsək, əlbəttə, gətirə bilməyəcəklər.

Tanrı böyükdür Kitabı  145-ci səhifə. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter