K.Hitçens: “Gözlənildiyi kimi, İslam bir çox daxili ziddiyyətlər içindədir”. ?!


CAVAB: Xatırladırıq ki, müqəddəs İslam dini üç hissədən ibarətdir: Əqidə, Əməli hökmlər (halal-haram və s.) və Əxlaq bölməsi. İndi bu ateistlər ziddiyyəti nədə görür?

Əqaidlə Əhkam (hökmlər) bir-birilə ziddir, yoxsa şəriət hökmləri ilə Əxlaq ziddiyyətə malikdir? Əslində, bunların heç biri digəri ilə ziddiyyətdə deyil, çünki ayrıca bir bölməni təşkil edirlər.

Onlar deyə bilər ki, məsələn, Əqidə bölməsinin öz daxilində ziddiyyətlər vardır. Elə götürək Tövhid məsələ­sini; tövhid dedikdə, yenə də ziddiyyət təsəvvür olunmur. İstər Nübuvvət məsələsi olsun və s., burada arqumentlər bir-birinin kənarında düzülərək əqidəni formalaşdırır. Məsələn, Allah-taala gözlə görünməzdir, peyğəmbərlər məsumdur, bu məsələdə ziddiyyət nədir? Və yaxud Əxlaqa nəzər salaq. Əxlaqda deyilir ki, səbir gözəldir; indi gözəl olduğu halda həm də pisdir? Aydın məsələdir ki, belə bir şey yoxdur. Hitçens kimi insanlar məsələləri həzm edə bilmədiyindən belə iddialar irəli sürmüşlər.

Tanrı böyükdür Kitabı  142-ci səhifə. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter