İslam Dinin bəzi aspektlərinin nəinki mənəviyyatla heç bir əlaqəsi yoxdu, onların mənəviyyatsız olduğu açıq-aydındır ?!


İRAD:   K.Hitçens: “Dinin bəzi aspektlərinin nəinki mənəviyyatla heç bir əlaqəsi yoxdu, onların mənəviyyatsız olduğu açıq-aydındır. Söhbət ayrı-ayrı dindar­ların pis əməlləri və cinayətlərindən deyil, dinin əsas prinsiplərindən gedir. O cümlədən:

  1. Dinin sadəlövh insanlara yeritdiyi dünyanın saxta görüntüsü.
  2. Qurbanlıq qan barədə təlim.
  3. Günahların təmizlənməsi barə­də tə­lim.
  4. Əbədi cəza və əbədi mükafat barədə təlim.
  5. İcraolunmaz hökmlər və qaydaların yeridilməsi”.

 - CAVAB:  Ateistlər dinin əsas prinsiplərinin yuxarıdakı amil­lərin olduğunu və bunun mənəviyyatla heç bir əlaqəsinin olmadığını güman edirlər. “Dinin sadəlövh insanlara yeritdiyi dünyanın saxta görüntüsü” dedikdə, dinin hansı bölməsini nəzərdə tutursunuz? Etiqad, əxlaq, hökmlər bölməsini? Dindarları sadəcə savadsızlar təşkil etmir, bunun ziyalısı, elmlisi var və onlar dinə əməl edirlər. Onların hamısını sadəlövh hesab etmək olmaz axı! Nə saxta görüntü var, nə də dindarların təsviri belədir. Bəli, bəzi dinsiz və din pərdəsi altında gizlənən kəslər özlərini dindar kimi göstərə bilər, amma bunu ümumi kütləyə şamil etmək olmaz.

Din saflığa dəvət edir, hər bir işin başında Allaha yaxın olmaq, “qurbətan iləllah” niyyəti olmalıdır. Quranda, hədislərdə münafiq və ikiüzlü insanların məzəmmət edilərək pisləndiyi nəzərə çarpmaqdadır. Hətta müna­fiqlə­rin kafirlərdən də şiddətli şəkildə cəzalandırılacağı bildirilmişdir. Əgər biz dinin əxlaq və əqidəvi bölmədəki dəvətini nəzərə alsaq, görərik ki, din insanlara mənəviy­yatı, düzlüyü, yaxşı işləri əmr edir.

Bundan əlavə, sadalanan prinsiplər heç də dinin əsas prinsiplərini özündə əks etdirmir. Bu, sadəcə ateist Hit­çen­sin şəxsi nəzəridir və o, dinin əsas prinsiplərini belə ayırd edə bilmir.

Görəsən, “qurbanlıq qan” dedikdə, nəyi nəzərdə tuturlar? Yəhudilik və məsihilikdə yanlış olan qurbanlıq qanı varsa, bunun İslama nə aidiyyatı var? İslamdakı qurbanlıqları nəzərdə tuturlarsa, burada Həcc mərasi­mində heyvanlar kəsilir və qan axıdılırsa, bunun məntiqi və fəlsəfi səbəbləri vardır. Heyvan üç hissəyə bölünür: bir hissəsini insan özünə götürür, bir hissəsi fəqirlərə verilir, digər hissəsi də möminlər üçün paylanılır.

Əgər kəsilən qurbanlar bu cür bölüşdürülürsə, burada pis və mənəviyyatsızlıq olan məsələ nədir? Mənəviyyatsızlıq kimi günahların bağışlanmasını da qeyd etmişlər.

Əvvəla, deyin görək, günahların bağışlanmasın yaxşı işdir, yoxsa pis? Bunu Allah-taala həyata keçirir, peşman olan insanların günahları bağışlanır və bu, tövbə qapısıdır. İnsanlar səhvlərini düzəldərək Allah yoluna qayıdırlar.

Əgər Allah bu qapını qoymasaydı, siz deyəcək­diniz ki, Allah-taala nə üçün belə bir qapı qoymayıb?

Əgər məsihilikdə keşişlərə pul verib günahların bağışlanmasını nəzərdə tuturlarsa, bunun İslama aidiyyatı yoxdur. İslamda orucunu qəsdən pozan kəslərə cəza olaraq altmış bir gün oruc tutmaq və ya altmış fəqirə təam vermək nəzərdə tutulursa, deməliyik ki, burada həmin pullar imkansızlara çatdırılır və bu, heç də məsihilikdəki məsələ ilə eyni deyil. Allah istəyir ki, qəsdən bu işi görənlər peşman olsun və bir daha bu əmələ qayıtmasınlar. Bu hökm və qayda-qanunlar Allah üçün deyil, fəqir insanlara verilməsi və günahların kəffarəsi üçündür.

Əbədi cəza və əbədi mükafat məsələsinə, icraolun­maz hökmlər və qaydaların yeridilməsinə irad tutulur. Əbədi cəza kafirlər üçündür, bunun mənəviyyatsızlıqla nə əlaqəsi var?

Digər tərəfdən, dində bütövlüklə icra olunmaz bir hökm, qayda yoxdur.

Tanrı böyükdür Kitabı  138-140 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter