Ateistlər: Dünyanın yaranması ilə bağlı dastanların, həqiqətdən uzaq olması çoxdan məlum¬dur. Dini nəzəriyyələri də bu cürdür?!


 - SUAL: K.Hitçens: “Dünyanın yaranması ilə bağlı bütün əfsanələrin həqiqətdən uzaq olması çoxdan məlumdur. Dinlər, sadəcə, öz tövbə siyahısına daha bir üzrü əlavə etməlidir. Çünki heç nədən şübhələn­məyən insanlara perqament üzərində yazılmış nağıllar və fantaziyalar yüklədi və bunu uzun müddət qəbul etmək istəmədi”.

- CAVAB: Ateistlərin nəzərincə, dünyanı yaranması ilə bağlı bütün əfsanələrin həqiqətdən uzaq olması çoxdan məlum­dur. Güya, dinin bu haqdakı nəzəri və bildirdiyi şeylər yalandır. Beləsə, biz də sual veririk: Bəs sizin dünyanın yaranması haqda nəzərinizin mənbəyi nədir?

Digər bir tərəfdən, bəlkə siz dünya yarananda var olmuş və onu öz gözlərinizlə görmüsünüz? Bu düşüncə və nəzəriyyələr kimin nəzəridir? Sizin bu iddialara dəliliniz nədir? Allaha şükürlər olsun ki, bura qədər etdiyiniz iddi­aların dəlil-sübutsuz olduğunu isbat etmişik. Sizin iddialarınız həqiqətdən uzaq düşən əfsanələr kimidir. İddia edirsiniz ki, “Dünyanın yaranması ilə bağlı bütün əfsanələrin həqiqətdən uzaq olması çoxdan məlumdur”. Kim üçün məlumdur? Əgər bütün bəşə­riyyəti nəzərdə tutursunuzsa, bu, yalandır. Əgər insanların əksəriyyəti üçün məlum olduğunu deyirsinizsə, bu da yalandır. Əgər yalnız sizə məlumdursa, bu da fərdi şəxsə aid olan nəzə­riy­yədir və onu bütün bəşəriyyətə şamil etmək olmaz. Hər üç halda sizin dəliliniz yoxdur. İslam dini məntiqli və ağıla əsaslanan bir dindir. Öz məntiq və dəlilləri ilə dünyanın yaranışı ilə əlaqədar olan həqiqi məlumatları vermişdir. Əgər məsihilik və yəhudi­likdə bu haqda yanlış və təhrif olunmuş məlumatlar varsa, bunun İslama aidiyyatı yoxdur. Dinin bu haqda verdiyi xəbərlərdə heç bir anlaşılmazlıq və yalan yoxdur. İslami mətnlərdə, bu haqda kifayət qədər məlumat verilmiş, Məsum İmamların (ə) kəlamlarında tutarlı dəlillər qeyd olunmuşdur.

Tanrı böyükdür Kitabı  122-123 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter