Hitçens qərb alimi: Allah Rəsulunun (s) Ayişə ilə evliliyi məsələsinə irad tutur !
ŞÜBHƏ: K.Hitçens: “...Bu adamın doqquz yaşlı qızla nikaha girmək istəyini ağız büzmədən oxumaq mümkün deyildir”.
- CAVAB: Hitçens, Allah Rəsulunun (s) Ayişə ilə evliliyi məsələsinə irad tutur və demək istəyir ki, onun doqquz yaşı var idi. Halbuki tarixi dəlil və şahidlərin sözlərinə əsasən, Ayişənin doqquz yox, on yeddi yaşı var idi. Allah Rəsulunun (s) evləndiyi ən azyaşlı xanım elə Ayişə olmuşdur. Bunu dəqiq tarixi məlumatlar sübuta yetirmişdir.
İkincisi, xanım Ayişədən başqa, Peyğəmbərin (s) evləndiyi qadınların hamısı yaşlı olmuşlar. Bu da həzrətin (s) heç də şəhvətpərəst insan olmadığını göstərir. Onun Ayişə ilə ailə qurması da müəyyən məsələlər səbəbi ilədir. Peyğəmbər (s) hansı qəbilədən qız alsaydı, həmin qəbiləni İslama dəvət edər və onlar da müsəlmanlığı qəbul edərdi ki, bu da İslamın qələbəsi idi.
Digər tərəfdən, Peyğəmbərin (s) 17 yaşlı xanımla ailə qurmasında nə qəbahətli bir şey vardı?
Tanrı böyükdür Kitabı Səhifə -121, İlahiyyatçı: Camir Ağayev.