K.Hitçens: Bir möcüzə arasında onlarla nəsil fasilə varsa, onu isbat etmək mümkün deyil?
SUAL: K.Hitçens: “Bir möcüzə ilə sizin aranızda onlarla nəsil varsa və hər hansı bir müstəqil sübut yoxdursa, onun ola bilmə ehtimalı radikal şəkildə dəyişir”.
CAVAB: Kim deyir ki, İslamda göstərilən möcüzələrin açıq-aşkar bir dəlili yoxdur və hansısa bir möcüzə arasında onlarla nəsil fasilə varsa, onu isbat etmək mümkün deyil?
Kim bununla bağlı bir dəlil irəli sürmüşdür? Bu, sadəcə, ateistlərin arqumentsiz söylədikləri iddialarıdır.
Qurani-Kərim Peyğəmbərin (s) daimi möcüzəsidir. Necə olur ki, arxeoloqlar qazıntılar nəticəsində hansısa bir qövmün, cəmiyyətin varlığını və mədəniyyətini sübut edir, lakin əsrlərlə qorunub saxlanılan və əzəməti sübuta yetirilən Qurani-Kərimin möcüzə olması sübuta yetirilə bilmir!? Quranı kimsə aradan aparmağa çalışmamış və bunu etməyə qadir belə olmamışdır. Quranda heç bir təhrif və dəyişikliklər də olmamışdır. Arxeoloqlar qazıntılarla nəyisə sübut edə bildiyi halda, Quranın Peyğəmbərin (s) şəriət və möcüzəsini sübut edə bilməməsi mümkündürmü? Əlbəttə ki, xeyr. Bəli, təhrif edilmiş dinlərdə belə bir şey varsa, bunu İslamın adına yazmaq olmaz.
Tanrı böyükdür Kitabı 117-118 səhifələr. İlahiyyatçı: Camir Ağayev.