Oruc tutan şəxsin Allah Taala c.c. dərgahında məqamı və əməlləri necə dəyərləndirilir?!
- İmam Sadiq (ə) buyurur: “Oruc tutanın yuxusu ibadət, susması Allaha təsbih, əməlləri və duaları Allah dərgahında qəbuldur.”1
- İmam Sadiq (ə) başqa bir rəvayətdə buyurur: “İsti və yandırıcı havada oruc tutmaq böyük cihaddır.”2
- Xanım Məryəmin vəfatı barədəki hədisdə deyilir: “Həzrət İsa anasını dəfn etdikdən sonra onu çağırdı: “Ey ana! Dünyaya qayıtmaq istəyirsənmi?” Xanım Məryəm cavab verdi: “Bəli, iki iş üçün qayıtmaq istəyirəm: çox soyuq gecələrdə Allaha ibadət və çox isti günlərdə oruc tutmaq üçün. Ey oğlum! Yol çox təhlükəli, qorxuludur!”3
1-Həmin mənbə, s. 401, hədis 17
2-“Mustədrəkul-vəsail”, c. 7, s. 504, hədis 1
3-Həmin mənbə, s. 506, hədis 6