Şübhə: Dinin dünya tibbinə münasibəti elmi inkişafa qarşı olan mövqeyi kimidir?!


Dinin tibbə münasibəti elmə münasibəti kimidir. Hər zaman qanunauyğun ədavət və bir çox hallarda düşmənçiliklə xarakterizə olunur. Müasir mömin dinin elm və tibblə uyğun olduğunu deyə və hətta inana bilər, lakin narahatedici həqiqət ondadır ki, həm elm, həm də tibb tez-tez din inhisarını pozaraq şiddətli müqavimətlə qarşılaşır.

       CAVAB: Sual veririk: Din harada elm və tibblə ziddiyyətə malikdir və düşmən xarakteri daşıyır? Dinin elm və elm öyrənənlərə verdiyi dəyər haqqında ötən iradlara verdiyimiz cavablarda qeyd etmişik. İndi isə xülasə şəkildə bir daha nəzərinizə çatdırırıq.

“Zumər” surəsinin 9-cu ayəsində buyrulur:

أَمَّنْ هُوَ قَانِتٌ آنَاء اللَّيْلِ سَاجِداً وَقَائِماً يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ.

“(Bu cür adam dəyərlidir, yoxsa) gecə saatlarını qiyam və səcdə halında  ibadət edərək keçirən, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən adam? De: “Bilənlərlə bilməyənlər eynidirmi? Təkcə ağıl sahibləri xatırlayar”.

 “Taha” surəsinin 114-cü ayəsində buyrulur:

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُل رَّبِّ زِدْنِي عِلْماً.

“Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de”.

İmam Sadiq (ə) buyurur:

اطلبوا العلم.

 “Elmi ciddiyyətlə öyrənin”.[1]

İmam Əli (ə) buyurur:

اطلبوا العلم ولو بالسین.

“Elm Çində belə olsa, onun dalınca gedin”.[2]

Qeyd edilən hədis Allah Rəsulundan (s) da nəql edilmişdir.

Peyğəmbər (s) buyurur:

طلب العلم فریضة علی کل مسلم ألا ان الله یحب بغات العلم.

 “Elm öyrənmək hər bir müsəlmana vacibdir. Bilin ki, Allah çox elmə sahib olanları sevir”.[3]

وارزقنی علما نافعا.

“(İlahi!) Bizə xeyirli elm nəsib et!”[4]

نعوذ بالله من علم لاینفع

“İlahi faydasız elmdən sənə sığınırıq.”[5]

Qeyd olunanlardan aydın olur ki, din elmə əsla zidd deyil və din elm, inkişaf və tərəqqiyə dəvət edir. Din faydasız elmi inkar edir və onun ziddinədir. Belə ki, müəyyən silahların icad edilməsinə və onlarla bəşəriyyət və dünyanın aradan getməsinə qarşıdır. Burada din elmə qarşı çıxmır, əslində, onun mənfi şəkildə istifadəsi qadağan olunur. Din tibbə də qarşı çıxmır. İmam Rzanın (ə) təbabətlə bağlı bir kitabı var və o, “Tibbur-Rza” ad­lanır.

Ateistlər iddia edir ki, “müasir mömin dinin elm və tibblə uyğun olduğunu deyə və hətta inana bilər, lakin narahatedici həqiqət ondadır ki, həm elm, həm də tibb tez-tez din inhisarını pozaraq şiddətli müqavimətlə qarşılaşır”.

Cavabında, əvvəla, onu deyək ki, elm və tibb ayrı-ayrı sahələrdir. Elmin müxtəlif sahələri var, dinin də bir hissəsi elmdir və din də elmə dəvət edir. Din təbabət və tibbi inkar etmir. Elmlə tibbin oxşar cəhətləri olsa da, fərqli cəhətləri də vardır. Dinin bir hissəsi həmin elmdir və insanları elmə dəvət edir. Onların oxşar və fərqli cəhətləri olduğu halda, necə ola bilər ki, din elm və təbabətlə ziddiyyətə malik osun?

Tibbin din inhisarını poz­m­asını söyləmək sırf bir iddia və arqumentsiz bir irad­dır.

  Tanrı böyükdür Kitabı səhifə-100-102. İlahiyyatçı: Camir Ağayev.


[1]  “Əl-Kafi”, c. 1, s. 36.

[2] “Misbahuş-şəriə”, s. 13.

[3] “Əl-Kafi”, c. 1, s. 30.

[4] “Əl-Kafi”, c. 4, s. 557.

[5] “Biharul-ənvar”, c. 2, s. 32.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter