İslam ölkələrində baş verənlər onun göstəricisi deyilmi ki İslam ruhaniliyi insanlarla yaxşı davranmırlar?!
“Tanrı böyük deyildir” kitabının müəllifi, bir sıra islam ölkələrində baş vermiş hadisələri və haqsızlıqları qeyd edərək yazır: “İslam ruhaniliyi müqayisədə daha yaxşı davranmır, hətta bəzi hallarda daha pis hərəkətlərə yol verir.”
CAVAB: İslam dinin iki əsas mənbəyi var: Qurani-Kərim və Peyğəmbər (s) sünnəsi. Həmins sünnəyə də Peyğəmbərin (s) Əhli-beyti (ə) olan məsum imamların kəlam və rəftarları daxildir. Hitçens insanların və alimlərin nöqsanlarını İslama nisbət verir. Ola bilər ki, hansısa bir şəxs özünü müsəlman hesab etsin və gördüyü yanlış işləri Qurana və Peyğəmbərə (s) nisbət versin. Əlbəttə, bununla da demək olmaz ki, həmin məsələlər İslama və onun mənbəyinə şamildir. Əgər iradınız varsa, bunu İslam və ya Quranla bağlı söyləməlisiniz, nəinki hansısa şəxslərin əməllərini ona nisbət verməlisiniz. Yəni hansısa üləma şurasının gördüyü işləri İslama nisbət vermək olmaz.
Tanrı böyükdür Kitabı səhifə-99. İlahiyyatçı: Camir Ağayev.