Dinin əsasları puç inanclaramı bağlıdır yoxsa ?! Yalan və qorxu pinsipləri kimi


   Qeyd etyimiz kimi, K.Hitçensin qənaətinə görə, din əksər hallarda yalana, qorxuya arxalanır, cahilliyə, həmçinin köləliyə, irqçiliyə, genosid və zülmə göz yumur.

          CAVAB:   Hitçens dinin yalana arxalandığını söyləyir, halbuki din, əslində, iddiada qeyd edilənləri pisləyir və insanları sözügedən məsələlərdən çəkindirir və onları doğruluğa, ədalətə, insani dəyərlərə önəm verməyə səsləyir. İslam dini qeyd edilən məsələlərin qəti surədə əleyhinədir. Dünyada yeganə amil elə dinin özüdür ki, insanları yalandan və zülmdən çəkindirir.

“Ənam” surəsinin 157-ci ayəsində buyrulur:

أَوْ تَقُولُواْ لَوْ أَنَّا أُنزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَى مِنْهُمْ فَقَدْ جَاءكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِآيَاتِ اللّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ.

“(Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların araşdırmasından xəbərsizik”, - deməmə­yiniz) və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, - söyləmə­məyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri əsassız yerə üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!”

 “Bəqərə” surəsinin 10-cu ayəsində buyrulur:

فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ.

“Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir”.

Allah-taalanın Özü yalan danışanlara əzab vədəsi verir. Allahın Rəsulu (s) buyurur ki, mömin yalan danışmaz. Bu qədər ayə və hədislər yalanı pislədiyi və ondan çəkindirdiyi halda, İslam dininin yalana əsaslan­dığını iddia etmək düzgündürmü? Əlbəttə ki, xeyr! Əgər belə bir iddianız varsa, bizə nümunələr göstərin, ayələr gətirin, səhih hədisləri misal göstərin, görək orada hansısa bir yalandan istifadə edilmişdirmi və insanlar yalanlarla nəyəsə dəvət olunmuşdurmu?

İqrçilik və təəssübkeşliyin tənqidi ilə bağlı da ayələr var. “Maidə” surəsinin 50-ci ayəsində buyurur:

أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْماً لِّقَوْمٍ يُوقِنُونَ.

“Onlar (səndən) Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Yəqin sahibi olan bir cəmiyyət üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!”

Yəni onlar irqçilik və təəssübkeşlik etməyini istəyirlərmi? İslamda irqçilik və yersiz təəssübkeşliyə yer yoxdur.

Allah-taala “Fəth” surəsinin 26-cı ayəsində buyurur:

إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَى وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا.

“Kafirlər qəlblərində Cahiliyyət qəzəbi və lovğalığına qapıldıqları zaman Allah Öz elçisinə və möminlərə rahatlıq və təskinlik nazil etdi, onlara təqva ruhunu bəxş etdi. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir”.

Yuxarıda artıq qeyd etdiyimiz kimi, Hitçens bu iddiasının ardınca belə bildirir: “...Qəti şəkildə sübuta yetirə bilməsəm də, əminliklə bəyan edirəm ki, müasir din bu ittihamlarla çox gözəl tanışdır”.

İndi soruşuruq: Nə üçün sübut edə bilmirsiz? Dəliliniz ola-ola sübut edə bilmirsiz, yoxsa dəliliniz yoxdur? Əgər dəlil ola-ola sübut edə bilmirsinizsə, bu, ağlasığmazdı və həmin dəlil də dəlil deyil. Əgər dəliliniz yoxdursa, onda nə üçün bunu iddia edirsiz? Əslində qeyd etdiklərinizdən asanlıqla anlaşılır ki, bu məsələlərlə bağlı çətinlikləriniz var və iddialarınızı sübut edə bilmirsiniz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter