Din elmi düşüncə və azad fikrin düşmənidir. Bu iddianın puç olduğnu necə sübut etmək olar?
“Tanrı böyük deyildir” kitabında dinin elmi düşüncə və azad fikrin düşməni olduğu iddia olunur.
CAVAB: Bu iddia da digərləri kimi heç bir dəlil və məntiqə söykənmir. Din heç vaxt düşüncə və təfəkkürün, elmin düşməni olmamış, əksinə, buna təşviq etmişdir. Öncəki cavablarımızda bu mövzuya toxunduğumuz üçün burada qısaca məlumat verəcəyik. Quran və hədislərdə bu haqda kifayət qədər dəlillər mövcuddur ki, onlardan bir qismini nəzərinizə çatdırmaq istərdik:
Allah-taala “Zumər” surəsinin 9-cu ayəsində buyurmuşdur:
أَمَّنْ هُوَ قَانِتٌ آنَاء اللَّيْلِ سَاجِداً وَقَائِماً يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ.
“(Bu cür adam dəyərlidir, yoxsa) gecə saatlarını qiyam və səcdə halında ibadət edərək keçirən, axirət əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəsləyən adam? De: “Bilənlərlə bilməyənlər eynidirmi? Təkcə ağıl sahibləri xatırlayar”.
“Mucadələ” surəsinin 11-ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انشُزُوا فَانشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ.
“Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə, yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə, qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş şəxslərin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır”.
Allah-taala elm əhlinə dəyər verir və onların məqamlarının üstün olduğunu insanlara bildirir. Hətta alimlərin yuxusu belə dəyərlidir. İslam dini insanlara müstəqil düşüncəni aşılayır və onlara korkoranə təqlid etməyi qadağan etdiyini bildirir və bu məsələni pisləyərək tənqid edir. Allah-taala “Bəqərə” surəsinin 170-ci ayəsində buyurur:
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ.
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”, – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? (Yenədəmi onlara tabe olacaqlar?)”
“Maidə” surəsinin 104-cü ayəsində buyrulur:
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ قَالُواْ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْلَمُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ.
“Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızdan mənimsədiyimiz bizə yetər”, - deyə cavab verərlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, necə?!”
Allah-taala qeyd olunan ayələrdə insanları azad düşüncə və təfəkkürə dəvət edir və onları nadanlıqdan və korkoranə təqliddən çəkindirir.
“Əraf” surəsinin 157-ci ayəsində buyrulur:
الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ.
“Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) peyğəmbərə tabedirlər, onun hansı xüsusiyyətlərə malik olduğunu əllərindəki Tövrat və İncildən bilirlər. Onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal, təmiz olmayanları haram edər, onların ağır yükünü götürər və üzərlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlar nicat tapanlardır!”
“Nəhl” surəsinin 36-cı ayəsində buyrulur:
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ.
“Biz hər ümmətə: “Tək olan Allaha ibadət edin, həddi aşanlardan uzaq durun”– deyə, elçi göndərdik. Allah kimisini doğru yola yönəltdi, kimisinə də azmaq nəsib etdi. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu!”
“Bəqərə” surəsinin 44-cü ayəsində buyrulur:
أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ.
“İnsanları yaxşı işlərə (nişanələri Tövratda aydın şəkildə verilən peyğəmbərə iman gətirməyə) dəvət etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”
“Bəqərə” surəsinin 73-cü ayəsində buyrulur:
فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ.
“(Belə olduqda) dedik: “(Kəsilmiş inəyin) bir parçasını ölüyə vurun (ki, dirilib qatilinin kim olduğunu bildirsin)”. Allah ölüləri belə dirildər və sizə Öz nişanələrini göstərər ki, bəlkə düşünəsiniz”.
“Bəqərə” surəsinin 242-ci ayəsində buyrulur:
كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ.
“Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə düşünəsiniz”.
“Ali İmran” surəsinin 65-ci ayəsində buyrulur:
يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ.
“Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərirsiniz? (Hər biriniz onu öz dininin davamçısı kimi təqdim edirsiniz?) Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir, məgər düşünmürsünüz?”
“Ali İmran” surəsinin 118-ci ayəsində buyrulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ.
“Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş etməyin. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşməyinizi istəyərlər. Onların ədavət və düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olar. Qəlblərində gizlətdikləri isə daha böyükdür. Əgər fikirləşsəniz, (onların pisilklərinin qarşısını almaq üçün yollar və) əlamətləri artıq sizə izah etdik”.
“Ənam” surəsinin 32-ci ayəsində buyrulur:
وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ.
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət evi müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
“Ənam” surəsinin 151-ci ayəsində buyrulur:
قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلاَّ تُشْرِكُواْ بِهِ شَيْئاً وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ.
“De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Nə aşkarda, nə də gizlində pis işlərə yaxın durmayın. Allahın toxunulmaz etdiyi insanı haqsız yerə qətlə yetirməyin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”
“Əraf” surəsinin 169-cu ayəsində buyrulur:
فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ وَرِثُواْ الْكِتَابَ يَأْخُذُونَ عَرَضَ هَـذَا الأدْنَى وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌ مِّثْلُهُ يَأْخُذُوهُ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَاقُ الْكِتَابِ أَن لاَّ يِقُولُواْ عَلَى اللّهِ إِلاَّ الْحَقَّ وَدَرَسُواْ مَا فِيهِ وَالدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ.
“Onlardan sonra yerlərini kitaba (Tövrata) sahib olan övladlar tutdu. (Ancaq bununla belə,) onlar bu dəyərsiz dünya malını götürüb deyirlər: “Biz (günahkarıqsa, tövbə edib) bağışlanacağıq!” Əgər əllərinə bunun misli qədər daha bir dünya malı gəlsə, onu da alarlar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı?! Onlar onu dəfələrlə oxuyublar. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
“Yunis” surəsinin 16-cı ayəsində buyrulur:
قُل لَّوْ شَاء اللّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلاَ أَدْرَاكُم بِهِ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُراً مِّن قَبْلِهِ أَفَلاَ تَعْقِلُونَ.
“De: “Əgər Allah istəsəydi, mən bu ayələri sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Bundan əvvəl mən uzun illər sizin aranızda yaşadım (heç bir ayə gətirmədim). Məgər başa düşmürsünüz?”
“Hud” surəsinin 51-ci ayəsində buyrulur:
يَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْراً إِنْ أَجْرِيَ إِلاَّ عَلَى الَّذِي فَطَرَنِي أَفَلاَ تَعْقِلُونَ.
“Ey qövmüm! Mən buna (peyğəmbərliyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Başa düşmürsünüz?”
“Yusif” surəsinin 2-ci ayəsində buyrulur:
إِنَّا أَنزَلْنَاهُ قُرْآناً عَرَبِيّاً لَّعَلَّكُمْ تَعْقِلُونَ.
“Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə dərk edəsiniz”.
“Yusif” surəsinin 109-cu ayəsində buyrulur:
وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِم مِّنْ أَهْلِ الْقُرَى أَفَلَمْ يَسِيرُواْ فِي الأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَدَارُ الآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ اتَّقَواْ أَفَلاَ تَعْقِلُونَ.
“Biz səndən əvvəl məmləkətlərin sakinlərindən yalnız vəhy etdiyimiz kişiləri elçi göndərdik. (Sənin çağırışına qarşı çıxanlar) özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi? Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər düşünmürsünüz?”
“Ənbiya” surəsinin 10-cu ayəsində buyrulur:
لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَاباً فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ.
“Biz sizə xatırladan (və ayıldan) bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?”
“Ənbiya” surəsinin 67-ci ayəsində buyrulur:
أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ.
“Ar olsun sizə də, Allahdan başqa tapındıqlarınıza da! Düşünmürsünüzmü?”
“Muminun” surəsinin 80-cı ayəsində buyrulur:
وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ أَفَلَا تَعْقِلُونَ.
“Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun işidir). Məgər düşünmürsünüz?”
“Nur” surəsinin 61-ci ayəsində buyrulur:
لَيْسَ عَلَى الْأَعْمَى حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَى أَنفُسِكُمْ أَن تَأْكُلُوا مِن بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا جَمِيعاً أَوْ أَشْتَاتاً فَإِذَا دَخَلْتُم بُيُوتاً فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُون.
“Kor, çolaq, bir də xəstəyə (sizinlə oturub çörək yedikləri üçün) günah yazılmaz. Sizin özünüzə də (xüsusi bir icazə olmadan) öz evlərinizdə (övladlarınız və həyat yoldaşlarınızın evləri də sizin eviniz sayılır), yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları ixtiyarınızda olan evlərdə, yaxud dostlarınızın evlərində bir yerdə və ya ayrı-ayrılıqda yemək yeməkdə heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və pak bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz”.
“Şuəra” surəsinin 28-ci ayəsində buyrulur:
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا إِن كُنتُمْ تَعْقِلُونَ.
“(Musa) dedi: “Əgər ağlınızı işə salsanız, (bilərsniz ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
“Qəsəs” surəsinin 60-cı ayəsində buyrulur:
وَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَى أَفَلَا تَعْقِلُونَ.
“Sizə verilən ancaq dünya malı və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər başa düşmürsünüz?”
“Yasin” surəsinin 62-ci ayəsində buyrulur:
وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلّاً كَثِيراً أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ.
“(Şeytan) çoxunuzu yoldan çıxarmışdır. Məgər düşünmürdünüz?”
“Saffat” surəsinin 138-ci ayəsində buyrulur:
أَفَلَا تَعْقِلُونَ.
“Düşünmürsünüzmü?”
“Ğafir” surəsinin 67-ci ayəsində buyrulur:
هُوَ الَّذِي خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلاً ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخاً وَمِنكُم مَّن يُتَوَفَّى مِن قَبْلُ وَلِتَبْلُغُوا أَجَلاً مُّسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ.
“Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, körpə surətində dünyaya gətirən Odur. Sonra siz böyüyüb yetkinlik yaşına çatır, daha sonra da qocalırsınız. Bir dəstəniz bu mərhələyə yetişməzdən əvvəl ölür, nəhayət, ömrünüzün sonuna gəlirsiniz. Bəlkə, düşünəsiniz”.
“Zuxruf” surəsinin 3-cü ayəsində buyrulur:
إِنَّا جَعَلْنَاهُ قُرْآناً عَرَبِيّاً لَّعَلَّكُمْ تَعْقِلُونَ.
“Biz onu ərəbcə və fəsih bir Quran etdik ki, bəlkə siz dərk edəsiniz”.
“Hədid” surəsinin 17-ci ayəsində buyrulur:
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ.
“Bilin ki, Allah, torpağı öldükdən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə, düşünəsiniz”.
“Bəqərə” surəsinin 219-cu ayəsində buyrulur:
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ.
“Səndən şərab və qumar haqqında soruşurlar. De: “Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz”.
Qeyd edək ki, 60-dan çox olan digər ayələrdə Allah-taala insanı azad düşüncə və ağılı işə salmağa dəvət edir və din heç zaman ağıl və azad düşüncə ilə düşmən olmayıb.
Tanrı böyükdür Kitabı 77-84 səhifələr. İlahiyyatçı: Camir Ağayev.