Salman Rüşdünün Quranı ŞEytani ayətlər hesab etdiyinə görə şiə alimlərinin fərqli hökmlərini necə başa düşmək olar?!
K.Hitçens “Tanrı böyük deyildir” kitabında yazır: “Babası müqəddəs Qum şəhərində ayətullah və müfti olan Seyid Hüseyn Xomeynini öz şəxsi evimdə qonaq edərkən ona mənə aid olan bir Quran surətini təqdim etdim. O, kitabı öpdü, uzun-uzadı barəsində söhbətlər etdi və sonda kitabın arxa qabığında babasının teokratiya iddialarını təkzib edən və Salman Rüşdünün ölüm hökmünü ləğv edən Quran ayələrini yazdı. Bu mübahisədə kimin haqlı olduğunu hökm etmək mənim işim deyil, ancaq mən fərqli insanların bir mətndən fərqli hökmlər çıxartdıqlarının şahidi olmuşam. İslami həqiqətlərin xəyali dərinliyini yüksək qiymətləndirmək lazım deyil”.
CAVAB: Biz bu görüşün baş verib-vermədiyini dəqiq bilmirik. Bunu fərz etsək belə, xatırladaq ki, Seyid Hüseyn Xomeyni heç müctəhid də deyil, onun ictihad dərəcəsi yoxdur. Mərcəyi-təqlid olmadığı halda, onun İmam Xomeyninin hökmünü ləğv etməsi mümkün deyil, çünki özü alim və müctəhid deyil. Bu, qeyri-mümkündür. İmam Xomeyni ictihad dərəcəsinə çatmış bir şəxsdir. Təsəvvür edin ki, orta məktəbi yenicə qurtaran bir şəxs elmi dərəcəsi akademik səviyyədə olan Universitet müəlliminə irad tutur. Bu, nə dərəcədə qəbul olunar?
Müctəhidlə qeyri-müctəhidi bir-birindən ayırd edə bilməmək də, Hitçensin elmi səviyyəsinin azlığını göstərir. Onlar elə bilir ki, müctəhidlik nəyisə əzbərləməklə tez bir zamanda nail olunan bir pillədir.
Hitçens bu iddianı irəli sürdükdə, ən azından, bu iki şəxsiyyətin məqam və elmi dərəcəsini bilməli idi. Bunu yazan bir şəxsin İslami həqiqətlərdən kifayət qədər məlumatlı olmadığı anlaşılır. Əgər müctəhidlə qeyri-müctəhidi bir-birindən ayırd etmək bu qədər çətindirsə, görəsən İslami həqiqətlərin xəyali dərinliyini necə anlayırmış? Ümumiyyətlə, İslami həqiqətin nə olduğunu başa düşürsünüzmü?
Bundan başqa, bu iddianızda hansı dəlillərə əsaslanırsınız?
Tanrı böyükdür Kitabı 59-60 səhifələr. İlahiyyatçı: Camir Ağayev.