Qurana görə İslam dini oxumamış bir şəxsə nazil olmuşdur bunu nöqsan hesab etməmək qəbul olunandırmı?!


Hitçens: “Bu din, Allahın oxumaq əmrini cahil bir şəxsə verməsini həqiqət hesab etməyən milyonlarla insan kimi, mənə də yaddır”.

                CAVAB:   Bu iradda həzrət Peyğəmbərə (s) nazil olan ilk Quran ayəsindəki “Oxu!” əmrinə işarə olunmuşdur. Allah tərəfindən Peyğəmbərə (s) “Oxu!” deyilirsə, deməli peyğəmbər qeyri-adi bir qüdrətə amlikdir ki, mələyin “Oxu!” səsini eşidir. Bu vəhydir və ona oxumaq qüdrəti də verilmişdir. Digər bir tərəfdən, əgər oxumağı bacaran bir kəsə bu əmr verilsəydi, onda onu qəbul edəcəkdinizmi? Əlbəttə ki, xeyr!

Digər tərəfdən, siz həmin dövrdə yaşamamısınız, Peyğəmbərin (s) oxuya bilmədiyini nəyə əsaslanaraq iddia edirsiniz? Bəlkə Qurandakı “ümmi” sözünə əsaslanır və bunu “oxuya bilməmək” mənasına yozursunuz.

Həqiqətdə, qeyb elminə malik olan və peyğəmbərlik verilən bir şəxsin oxuya bilməməsini ağıl qəbul edə bilməz. Hətta Quranda bildirilməmişdir ki, Peyğəmbər (s) heç nəyi yazıb oxuya bilmir. Allahın Peyğəmbəri (s) qeyb elminə malik olduğundan yazıb oxuya bilirdi, lakin müəyyən səbəblərdən bunu etməmişdir. Həmin səbəblər­dən biri də gələcəkdə irad tutanların ona Quranı başqa bir insandan öyrəndiyini deyə bilməməsi ilə bağlıdır. Quranın bəzi ayələrində həzrətə “Sən Quranı qeyri-ərəb olanlardan öyrənmisən” deyənlərin olduğu bildirilmişdir. Halbuki Quran bir vəhy və ərəbcə olması ilə yanaşı Allah-taala tərəfindən Peyğəmbərə (s) nazil edilmişdir.

“Ənkəbut” surəsinin 48-ci ayəsində buyrulur:

وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذاً لَّارْتَابَ الْمُبْطِلُونَ.

“Sən bundan əvvəl nə bir kitab oxuyurdun, nə də əlinlə bir şey yazırdın. Yoxsa sözlərini inkar etmək istəyənlər şübhəyə düşərdilər”.

Qeyd etdiyimiz kimi, sonradan başqalarının Quranı inkar etməməsi və həzrətə irad tutmaması üçün Peyğəmbər (s) nə oxuyur, nə də yazırdı. Bu isə oxumağı bacarmamaq deyildir.

Digər bir tərəfdən, oxumaq və yazmağı bilməmək bir cahillik (savadsızlıqdır) və bu, pislənən bir xüsusiyyətdir, Peyğəmbər (s) isə cahillik və nadanlıqdan uzaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter