Dini komadan çıxan insanlar tibbə, elmə, hüquqa, siyasətə, sənətə böyük töhfələr verdilər!


K.Hitçens yazır: “Dini komadan çıxan insanlar tibbə, elmə, hüquqa, siyasətə, sənətə böyük töhfələr verdilər. Məsələn: Karl Marks, Freyd, Enşteyn və s.”

              CAVAB: Hitçensin iddiasına görə, dini komadan çıxan və dini öz həyatından uzaqlaşdıran insanlar bəşəriyyətə və müx­təlif elm sahələrinə böyük töhfələr vermişlər. Bunları qeyd etməklə dinin bəşəriyyətə faydasız və lazımsız olduğuna dəlil gətirmək istəyir. Əslində isə bu cür insanlar İslam dininin deyil, yəhudilik və məsihilik kimi təhrif edilmiş dinlərin komasından çıxmışlar. Əgər İslam dini ilə qarşı­laş­saydılar, onlar İslamın elm və inkişafın əleyhinə olmadığını görərdilər. Həqiqətdə, məsihilik və yəhudilik kimi təhrif edilən dinlərdən kənarlaşmışlar. Onlar əsla dinə daxil olmamışdılar ki, ondan da çıxmış olsunlar. Yəni İslamı nəzərdə tutursunuzsa, onlar İslama daxil olmamış­lar ki, onun komasından da çıxmış olsunlar!

      Əgər dinsizliyi nailiyyətlərin mənşəyi hesab edirsinizsə, onda ateistlərin hamısı dinsiz olduqlarına görə alim və ixtiraçılar olmalıdır. Çünki Hitçens dindən çıxan şəxslərin böyük alimlər olduğunu iddia edir. Adlarını çəkdiyi şəxslərin elmi nailiyyətlərini dindən çıxmaqla əlaqələn­dirmək əsla düzgün deyil. İddianız yersiz və məntiqsizdir. Xatırladaq ki, dünyada yeni-yeni icadlar edən, elmə nailiyyət gətirən müsəlman alimlərin sayı həddən artıq çoxdur, dindar insanlardan da elmə töhfələr verən kəslər meydana çıxmışdır. Dindən çıxmağın alimliklə heç bir rabitəsi yox­dur. Bu, fəlsəfi dəlillərlə də isbat edilir. Yəni səbəblə nəticə arasında uyğunluq olmalıdır. Məsələn, odun yandırıcı qabiliyyət varsa, onun bir şeyə toxunmasının nəticəsi, həmin şeyin yanması olmalıdır. Əgər alim olmağın səbəbi dindən çıxmaqdırsa, səbəb və nəticə qanununa əsasən, dinsiz olan bütün insanlar alim olmalıdır, halbuki bunun əksi müşahidə olunmaqdadır və hər bir dinsiz alim və ixtiraçı deyildir. Səbəb və nəticə qanununa əsasən isə, səbəblə nəticə arasında uyğunsuzluq mümkün deyildir. Bütün dinsizlərin alim olmaması bir daha onu göstərir ki, dinsizliyin alim olmaqla bir əlaqəsi yoxdur. Bəzən insan dinsiz və alim ola bilər. Bəzən həm dindar və həm də alim ola bilər. Deməli, K.Hitçensin “Dini komadan çıxan insanlar tibbə, elmə, hüquqa, siyasətə, sənətə böyük töhfələr verdilər” ifadəsinin yalnışlığı aydın oldu. Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter